- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

11.02.2014

Azərbaycanın Argentinadakı səfiri Dağlıq Qarabağ problemi ilə bağlı məqalə yazıb

Bakı-APA. Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin KİV-də geniş məqalə ilə çıxış edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Argentinanın “La Nacion” qəzetində səfirin erməni təcavüzünə dair növbəti yazısı dərc olunub.

Yazıda Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı məlumat verilib. Buranın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğu, qondarma "Dağlıq Qqarabağ Respublikasının" Ermənistanın Azərbaycana qarşı təcavüzünü ört-basdır etmək üçün qanunsuz olaraq yaradıldığı və heç bir ölkə tərəfindən tanınmamış separatçı rejim olduğu vurğulanıb.


Diplomat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi barədə də qeyd edib. O yazısında vurğulayıb ki, Dağlıq Qarabağa azərbaycanlılar qaytarıldıqdan sonra hər iki icma Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək muxtariyyət, sülh və ləyaqətlə yaşaya bilərlər. Məsələnin yalnız bu cür həlli ədalətlidir və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş çoxsaylı sənədlərə, beynəlxalq hüquqa, BMT Nizamnamasinə və Helsinki Yekun Aktına uyğundur.



Комментариев нет:

Отправить комментарий