- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

11.04.2014

BMT-dən kəlbəcərli girovlarla bağlı məsləhət: Qırmızı Xaçla əlaqə saxlayın

Azərbaycan ərazisində Ermənistan tərəfindən girov götürülən azərbaycanlılar, Dilqəm Əhmədov və Şahbaz Quliyevlə bağlı məsələyə hələ də ədalətli qərar verilməyib. Beynəlxalq təşkilatlara edilən müraciətlərə baxmayaraq nəticə yoxdur. Dünyanın ən mötəbər qurumlarından olan BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı da məsələyə laqeyd yanaşır.
BMT-nin Azərbaycandakı nümayəndəliyi də bu qanunsuzluğa rəğmən heç bir iş görmür.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən Modern.az-a verilən məlumata görə adı çəkilən təşkilat girovlarla bağlı bu vaxta qədər heç bir iş görməyib.
“Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxlayın. BMT-nin Azərbaycandakı nümayəndləiyi ancaq inkişaf məsəlləri ilə bağlı Azərbaycanda fəaliyyət göstərir. Həmçinin Azərbaycan hökumətinə yardım göstərərək hökuməti dəstəkləyir. Azərbaycanda hər bir beynəlxalq təşkilat akreditasiya olunanda ona status və səlahiyyətlər verilir. Qaçqınlarla bağlı BMT-nin Venesiya komitəsi var. Bu işlə o məşğul olur və Azərbaycan hökumətinə yardım edir. Dediyiniz məsələlərlə bağlı BMT-nin Azərbaycandakı nümayəndəliyi heç bir iş görmür. Bütün təşkilatların statusu müəyyənləşdirib”.

Комментариев нет:

Отправить комментарий