- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

12.29.2014

Evsizlikdən evlənə bilməyənlər

“Bir otağa üç adam zorla sığışırıq, gəlini hara gətirək?!”
Sevda R
əşidqızı, MingəçevirMingəçevirdəki “Kür” mehmanxanası bir zamanlar turistlərin, şəhərə üz tutan qonaqların ən sevimli məkanı idi. Xudmani, rahat otaqları xeyli xoş günlərə, sevincli anlara şahid olub. İndi mehmanxananın o bəxtəvər çağlarından əsər-əlamətt qalmayıb. Qırıq pəncərələri, uçuq-sökük divarları, otaqların içindəki nimdaş əşyalar tərk edilmiş viranəni xatırladır. Amma tərk edilməyib. Mehmanxana otaqları hazırda dolanışığından, acınacaqlı yaşam şəraitindən gileylənən acı insan talelərininin məskənidir. 20 ildən çoxdur ki, bu mehmanxanada Qarabağ müharibəsi zamanı ermənilərin nəzarətinə keçən rayonlarlardan gələn məcburi köçkünlər məskunlaşıb. 

Bağçada “ev” quranlar

“Bizi köçürsəydilər, bizim də canımız dincələrdi, bağça da bizdən qurtulardı”

Sevda R
əşidqızı, Mingəçevir

Gözlərini dünyaya Ağdamda açdığına, Ağdamın havasını udub, torpağında gəzdiyinə görə özünü çox xoşbəxt hesab edir. Niyə də etməsin? Ömrünün ən qayğısız anlarını, xoşbəxt günlərini, sevincli məqamlarını, uşaqlığını, gəncliyini, hətta ilk sevgisini Ağdamda yaşayıb. Orada ailə həyatı qurub, ata olub, ən xoş arzuları orada həyata keçib. Amma 20 ildən çoxdur Ağdamın üzünə həsrət qalıb. 

Azərbaycan 2014: ilin əsas hadisələri

Başa çatan 2014-cü ilin əsas hadisələri barədə xülasə Milli Məclisdə smartfonların yasaqlanması barədə məlumatla başlayır.
Yanvarın 10-da Milli Məclisə daxil olan şəxslərin istisnasız olaraq smartfon keçirilməsinə qadağa qoyulması haqda məlumat yayılıb. Parlamentin sözçücü yeni qaydanın “sırf təhlükəsizliyə” görə tətbiq olunduğunu desə də, ekspertlər bu qadağanın hüquqi əsasının olmadığını və jurnalistlərə də aid edilməsinin informasiyaya azad çıxış imkanının azaldılması anlamına gəldiyini bildiriblər. 2013-cü ildə yerli mediada deputatların öz həmkarlarının yerinə qanunların səsverməsi zamanı səs verməsi ilə bağlı fotoşəkillər yayımlanmışdı.

Bələdiyyə seçkilərinin nəticələri açıqlandı

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında 5015 seçki məntəqəsi üzrə keçirilən seçkilərdə 1607 bələdiyyənin formalaşdığını və 15035 lider namizədin müəyyənləşdiyini açıqlayıb
Azərbaycanda keçirilən sayca dördüncü bələdiyyə seçkiləninin ilkin nəticələri açıqlanıb.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pəhanov çərşənbə günü keçirdiyi mətbuat konfransında 118 seçki dairəsindən 5015 seçki məntəqəsinin hamısından protokolların daxil olduğunu bildirib.

Əvəz Həsənov: “2015-ci ildə qrant layihələrində hökumətə loyal QHT-lər iştirak edə biləcək”

Avropa Şurası və Aİ-nin Komissiyası altı “Şərq tərəfdaşlığı” ölkəsində insan hüquqlarının, demokratiya və qanunun aliliyinin inkişaf etdirilməsinə yardıma yönəldilmiş əməkdaşlıq haqqında yeni saziş imzalayıblar.  Məlumatda deyilir ki, saziş 2015-2017-ci illərdə “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrdə - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynada birgə proqramların maliyyələşdirilməsinə 33,8 mln. avro ayrılmasını nəzərdə tutur. Azərbaycanda QHT-lər haqqında qanunlara düzəlişlərin qəbulundan sonra, QHT-lərin bu layihələrdə iştirak etməsi demək olar ki, qeyri-mümkün olub.

12.11.2014

Azərbaycan və Rusiya arasında bəzi qatar xidmətləri dayandırılır

Məlumata görə, Rostov-Bakı, Tümen-Bakı və Moskva-Bakı qatarları "iqtisadi cəhətdən səmərəli olmadığına görə" Rusiya Dəmir Yolları bu reysləri daha həyata keçirməyəcək.
Rostov-Bakı dekabrın 16-dan, Tümen-Bakı dekabrın 18-dən, Moskva-Bakı reysi isə dekabrın 18-dən dayandırılır.
Tümen-Bakı sərnişin qatarının əvəzinə dekabrın 14-dən Tümen-Mahaçqala qatarı təyin olunacaq və biletlər Bakıda alına biləcək, Azərbaycan Dəmir Yolları (ADY) məlumat verir.
Buna baxmayaraq ADY-a məxsus Bakı-Moskva sərnişin qatarı həftənin 4-cü günləri hərəkətdə olacaq, məlumatda deyilir.

Nardaran sakinləri qazsızlıqdan şikayətçidir

Kənd ağsaqqalı Natiq Kərimov BBC Azərbaycancaya deyib ki, dekabrın 6-da elektrik enerjisinin fasilələrlə verilməsinə etiraz ediblər. Amma hazırda kənddə təbii qazın olmadığı iddia olunur.
“Qaz trubaları çəkilib və sayğaclar qoyulub. Sayğaca müdaxilə olunduğunu deyirlər, ya da bəhanə gətirirlər ki, qazın təzyiqi yoxdur. Qış gəlib, amma biz evimizi isidə bilmirik”, kənd ağsaqqalı Natiq Kərimov BBC Azərbaycancaya deyir.
BBC Azərbaycancanın Sabunçu Rayon Qaz İstismar İdarəsindən şərh almaq cəhdləri baş tutmayıb.

Əvəz Həsənov: “Azərbaycanın Qərbə qarşı cavabları daha da sərtləşəcək”

Son günlər Qərb və ABŞ rəsmilərinin bir-birinin ardınca Azərbaycanın ünvanına ciddi tənqidlər gəlməkdədir. Belə ki, Cen Psaki Azadlıq radiosunun əməkdaşı Turxan Kərimovun mülki geyimli şəxslər tərəfindən saxlanılaraq polis bölməsinə aparılmasına münasibət bildirərkən rəsmi Bakını vətəndaşların universal hüquqlarına hörmət etməyə və onları öz baxışlarını sərbəst şəkildə ifadə etməyə imkan verməyə çağırıb. Cen Psakinin bu bəyanatına Azərbaycan tərəfindən çox sərt reaksiya verilib.