- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

4.26.2015

Avropa Olimpiya Komitələri Azərbaycanda "insan haqlarına qarışmayacaq"

Azərbaycanda ifadə azadlığı üzərinə getdikcə artan hücumlar barədə beynəlxalq insan haqları qruplarının müraciətinə cavab olaraq Avropa Olimpyia Komitələri (AOK) federasiyası bildirib ki, təşkilat bu narahatlığı Azərbaycan hökuməti ilə münasibətlərində qaldırmayacaq və o “suveren bir ölkədə gedən siyasi və hüquqi proseslərə müdaxilə etmək səlahiyyətinə malik deyildir”.
“The Guardian” qəzeti yazır ki, bu ayın əvvəllərində insan haqları qrupları bu barədə AOK-un prezidenti Pat Hickey-ə məktub göndərmiş, onu Azərbaycan prezidenti İlham Əliyevlə təmaslarında insan haqları ilə bağlı məsələni qaldırmağa çağırmışdı.

Yanlış mesaj

“Sakit dayanmaqla, Avropa Olimpiya Komitələri belə bir mesaj vermiş olur ki, Azərbaycan hökumətinin öz tənqidçilərini susdurduğu bir şəraitdə, onun həm də Xartiyasının əsasında insan ləyaqəti və idman olan bir tədbirə ev sahibliyi etməsi məqbul sayıla bilər” – deyilirdi insan haqları təşkilatları koalisiyaının məktubunda.
Qəzet yazır ki, insan haqları təşkilatlarının narahatlığını bu həftə artıran həm də insan haqları vəkili İntiqam Əliyevin 7 il yarım müddətinə azadlıqdan məhrum edilməsi olub. İnsan haqları təşkilatları onun qondarma ittihamlar əsasında məhkum edildiyinə inanırlar.
Azərbaycan rəsmiləri insan haqları ilə bağlı tənqidlərin qərəzli olduğunu deyirlər.

Vicdan məhbusları

“The Guardian” yazır ki, Amnesty İnternational təşkilatının qiymətləndirməsinə görə hazırda Azərbaycanda azı 20 vicdan məhbusu var, çox sayda fəala səfər qadağanı qoyulub və onların təqibi davam edir.
Avropa Olimpiya Komitələri bu narahatlıqlara cavab olaraq bildirir ki, təşkilat ölkədəki hüquqi və siyasi sistemə müdaxilə edə bilməz, lakin ölkə rəhbərliyindən Olimpiya Xartiyasına əməl olunacağı və beynəlxalq medianın Oyunlar zamanı sərbəst fəaliyyətinə imkan yaradılacağı barədə zəmanət alıb.

Suveren bir ölkədə

“AOK suveren bir ölkədəki hüquqi və siyasi proseslər barədə mühakimə yürütmək səlahiyyətində deyil və bütün başqa idman təşkilatları kimi biz də mövcud siyasi kontekst daxilində fəaliyyət göstərməliyik” – deyilir cavab bəyanatında.
Bəyanatda deyilir ki, AOK Olimpiya Xartiyasına “oyunların bilavasitə özü ilə bağlı bütün sahələrdə” əməl olunması prinsiplərinə sadiqdir, lakin o öz səlahiyyətlərini bundan o yana aşa bilməz.
AOK bildirir ki, Azərbaycan hökuməti Avropa Oyunlarında akkreditasiyası olan bütün media nümayəndələrinin sərbəst işləməsinə imkan yarartmaq zəmanəti verib.

Kimin akkreditasiyası varsa...

Bəzi tənqidçilər bildirirlər ki, Avropa Oyunlarına media akkreditasiyası verilməsi prosesinin özü tam şəkildə Azərbaycan hakimiyyətinin nəzarətindədir və bu oyunlara hansı medianın gəlib-gəlməməsini müstəsna olaraq rəsmi Bakı müəyyənləşdirib.
“The Guardian” yazır ki, 50 ölkədən 6 min idmançının iştirak edəcəyi bu tədbirə Azərbaycan hökumətinin tənqidçilərinin dediyinə görə 6,5 milyard dollar xərclənəcək.
AOK iddia edir ki, Bakı Oyunları Azərbaycanda sosial dəyişiklikləri stimullaşdıracaq, lakin insan haqları təşkilatları isə bu barədə fərqli mövqedədirlər. Onların fikrincə, əksinə, Oyunlar hökumətin öz tənqidçilərinin susdurulmasındakı qətiyyətini artıracaq.

"Bu siyasətçilərin işidir"

Associated Press Agentliyi isə yazır ki, Bakıda keçiriləcək Avropa Oyunlarının rəhbəri, Britaniyalı Simon Clegg də Azərbaycandakı insan haqlarının inaqurasiya üzərinə kölgə salacağına inanmadığını bildirib.
London 2012 Olimpiadasının təşkilatçısı, 55 yaşlı ingilis düşünür ki, insan haqları kimi məsələlərlə siyasətçilər məşğul olmalıdırlar.
AFP yada salır ki, hələ ötən həftə “The Washington Post” qəzeti Azərbaycanda keçiriləcək Oyunlar barədə “Olimpiya məşəlini söndürən ölkə” başlıqlı redaksiya məqaləsi ilə çıxış edib.

Britaniya Oyunların əsas təşkilatçısıdır

Simon Clegg deyib ki, “mən təmamilə vəzifəm xaricində olan fəaliyyət sahələrinə qarışmaq fikrində deyiləm, özümün kifayət qədər qayğım var”.
Cənab Cleggin bu bəyanatı verdiyi gün Britaniyanın başqa bir təşkilatı – böyük yayın şirkəti BT Sports Bakı oyunlarının translyasiyasına öz üzrinə götürdüyünü relan edib.
Britaniyanın Olimpiya Assosiasiyası Bakı oyunlarınas 153 idmançşıdan ibarət komanda göndərdiyini təsdiq edib.
Bu komandanın və Oyunlarda iştirak edəcək bütün başqa heyətlərin bütün xərclərini çəkməyi Azərbaycan hakimiyyəti öz üzərinə götürüb.
http://www.bbc.co.uk/azeri/azerbaijan/2015/04/150425_european_games_rights_media

Sərhədsiz Reportyorlar: Olland Əliyevdən jurnalistlərin azad olunmasını tələb etməlidir

"Biz Fransua Ollandı Fransa nümayəndə heyətinin oyunların açılış mərasimində iştirakı üçün həbs edilmiş jurnalistlərin azad edilməsini şərt qoşmağa çağırırıq"

“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatı Fransanı Bakıda Avropa Oyunlarının açılışında iştirakını Azərbaycanda bütün həbs edilmiş jurnalistlərin azad edilməsi ilə əlaqələndirməyə çağırır.

Təşkilatın bəyanatında deyilir ki, aprelin 25-də prezident Fransua Olland İlham Əliyevlə görüş üçün Bakıya səfər edəcək.

İcra başçısına qarşı bir milyonluq rüşvət iddiası

Əhliman Süleymanovun atası bəyan edir: "Əgər günahı oğlumun boynuna qoysalar, özümü Prezident Administrasiyasının qarşısında yandıracam"
Aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun 1998-ci il təvəllüdlü oğlu İlham Əsgərlinin növbəti məhkəmə prosesi keçirilib. 
"Azadlıq" qəzetinin prosesdə iştirak edən əməkdaşının məlumatına görə, söhbət ötən il sentyabrın 29-da baş vermiş və "Mc Donald's"ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümünə səbəb olmuş yol qəzası üzrə məhkəmə prosesindən gedir. 

Tovuzda dəhşətli qətl törədilib

Tovuzun Əlimərdanlı kənd sakini, 2 uşaq atası Müşfiq Hüseynov baş nahiyəsindən güllələnərək qətlə yetirilib.
43 yaşlı fermerin cəsədi özünə məxsus avtomobilin yük yerində kənd qəbiristanlığının yanında tapılıb. Dərhal hadisə yerinə Tovuz Rayon Polis şöbəsinin əməkdaşları çağırılıb. Meyit tapıldığı yerdən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin Tovuz rayon Şöbəsinə gətirilib.

4.24.2015

#BBCAzeriTrending: Azərbaycanlılar #buölkədən nə istəyir?

Son gün ərzində azərbaycanlı sosial media istifadəçiləri arasında #buölkədən həştəqi populyarlaşıb. Twitter şəbəkəsində başlayan həştəqdən istifadə edənlərin çoxu yumorla ölkəni tərk etməyin yollarından söz açıb, amma bəziləri onları tənqid edib.
Aztwi analitika saytının 21 aprelə aid məlumatına əsasən, bu həştəq - azərbaycanlı istifadəçilər arasında gün ərzində ən çox istifadə olunan beş soz arasındadır.

Beynəlxalq təşkilatlar İntiqam Əliyevin azad olunmasını tələb edirlər

Aprelin 22-də Bakı ağır Cinayətlər məhkəməsində hüquq müdafiəçisi İntiqam Əliyevə hökm oxundu. O, 3 il dövlət və bələdiyyə qurumlarında rəhbər vəzifə tutmaq haqqından məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. O, 2014-cü il avqustun 8-də həbs olunub və vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunurdu.
Bu qərar beynəlxalq təşkilatlar tərəfindən pisləndi. Amnesty İnternational bu qərarın hakimiyyətin Avropa Oyunları ərəfəsində bütün tənqidçilərini susdurmaq cəhdi olduğunu bildirib.

Türkiyə: Gelibolu-da Çanaqqala döyüşünün 100 illiyi qeyd olunur

Türkiyəyə gələn dünya liderləri Birinci Dünya Müharibəsinin ən qanlı hərbi döyüşündə həlak olmuşların xatirəsini yad edirlər.
1915-ci ildə Türkiyənin qərbindəki yarımadada başlayan kampaniyada 141 hərbçi həlak olmuşdu. Onlardan 55 min nəfəri müttəfiq qüvvələrin əsgəri olub. Döyüşlərdə türk qüvvələrinin itkiləri 86 min nəfər təşkil edib.
Anım tədbirlərində iştirak edənlər arasında Britaniya, Fransa, Avstraliya, Yeni Zelandiya və Türkiyə nümayəndələri var. Bundan başqa mərasimlərə ölənlərin yaxın və qohumları, ictimaiyyət nümayəndələri qatılacaqlar.

Heydər Oğuz: "Türkiyə Ermənistanı öz içərisində əritməlidir"

Bu gün aprelin 24-üdür. Bədxah qonşularımızın “erməni soyqırımı” adlandırdığı uydurma hadisənin üzərindən 100 il keçir. Bu yüz ildə ermənilərin türk düşmənçiliyi üzərində qurduğu siyasət müəyyən nəticələr verib. Xüsusilə son illərdə bir sıra ölkələrin “erməni soyqırımı”nı tanıması bu fəaliyyətin ən bariz nəticəsidir. Bəs, görəsən, ermənilər bununla nəyə nail olmaq istəyirlər? Ümumiyyətlə bu tanıma prosesi nəyi dəyişə bilər? Ədalət Partiyasının sədr müavini Heydər Oğuzla söhbətimizdə bu məsələyə aydınlıq gətirməyə çalışdıq:
-Heydər bəy, bu il dünya dövlətlərinin artıq ciddi şəkildə “erməni soyqırımı”nı tanıması  müşahidə olunur. Bu nəylə nəticələnə bilər?

Prezident oliqarxlara savaş açır- ilk sınaqdan yalnız Kəmaləddin Heydərov çıxıb

Azərbaycan iqtisadiyyatında neftin qiymətinin sürətlə aşağı düşməsiylə başlayan böhran hökuməti ciddi və sərt tədbirlərə əl atmağa, qısa müddətdə vəziyyətdən çıxmağa imkan verən proqramların qəbuluna vadar edib. Artıq hakimiyyətin ən üst qatında mövcud vəziyyətdən yeganə çıxış yolunun son illərdə “kölgə iqtisadiyyatı” hesabına sürətlə varlanmış oliqarxiyanın imkanlarından istifadənin olduğu qənaətinə gəliblər.

4.20.2015

“Diqqət! Düşmən mətbuatıdır” - Yeni layihə

“Azərbaycan mətbuatı, xüsusən online internet resursları bəzi hallarda düşmən mətbuatının dövlətimizin, cəmiyyətimizn əleyhinə olan məkrli məlumatlarının bilməyərəkdən təbliğatçısına çevrilir. Qəzetlər, saytlar əsasən cəbhə mövzulu xəbərlərdə ermənilərin dezinformasiyalarının təsiri altına düşür”. 


"Qafqazinfo" AzNews.az-a istinadən xəbər verir ki, bu fikirləri Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu “Diqqət! Düşmən mətbuatıdır” adlı adlı layihənin mətbuat konfransında səsləndirib. O, mətbuatın bu sahədə yol verdiyi yalnışlıqların, yaydığı dezinformasiyaların Azərbaycan dövlətinin əleyhinə yönəldiyini bildirib:
“Təxribatların qarşısının alınmasında şəhid olan və yaralanan əsgərlərimizin sayı, Milli Ordunun cəbhəboyu həyata keçirdiyi müdafiə xarakterli taktik planları, qoşunların dislokasiya, həyata keçirilən əməliyyatlar, o cümlədən sərhədyanı kəndlərdəki real vəziyyətlə bağlı informasiyalarda bəzən yalnışlıqlara yol verilir. Yalnışlıqlar isə birbaşa Azərbaycan dövlətinin əleyhinə yönəlir”.

Müharibədə itirilmiş uşaqlıq illəri

1994-cü il mayın 2-də məcburi köçkün Natiq Həsənovun iki oğlu həyətdə oynayarkən yanlarında “qrad” mərmisi partlayır və onlar eşitmə qabiliyyətlərini itirir. Hadisə Həsənqaya kəndinə baş verir.
Həsənov əslən Kəlbəcər rayonundandır. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Tərtərin Həsənqaya kəndində məskunlaşır. Bu kənd Azərbaycan və Ermənistan cəbhə xəttində yerləşir. İki ölkənin döyüş postları arasındakı məsafə 2 kilometrdir.
“Böyük oğlum Elnur o vaxt 6, kiçik oğlum Nicat isə 2 yaş yarımlıq idi. Qardaşım qızı da onlarla birlikdə idi, onun da o vaxt 7 yaşı vardı. Böyük oğlum və qardaşım qızı “qrad” mərmisi düşmüş əraziyə çox yaxın idilər, kiçiyi isə çox aralıda olsa da, partlayış nəticəsində hər üçünün qulaq pərdələri cırıldı,” Natiq Həsənov xatırlayır.

Qarabağın naməlum əsgərləri: Ağdamda cəsədlərin dəyişdirilməsi

Qarabağ müharibəsinin qaynar fazasında mən əsirlərin və həlak olmuş erməni əsgərlərin cəsədlərinin dəyişdirilməsi ilə məşğul olmuşam.
Qarabağ Müdafiə Ordusunun bir neçə əsgəri Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında gedən döyüşdə həlak olmuşdu və onların cəsədləri Azərbaycan ordusunun nəzarətində olan ərazidə qalmışdı.

Ermənilər azərbaycanlı futbolçunu qətlə yetirdi

Azərbaycanlı sabiq futbolçu Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilib.  

Korner.az-ın “Report"a istinadən məlumatına görə, E.Hüseynov Rusiyanın Yekaterinburq şəhərində ermənilərlə dava zamanı bıçaqlanıb.
 
Hadisə dünən baş verib. Mərhumun cənazəsi Gəncə şəhərində torpağa tapşırılacaq.
 
Qeyd edək ki, Emil Hüseynov futbolçu karyerası ərzində "Neftçi" və artıq fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarının formasını geyinib.

4.16.2015

Rəsul Cəfərov 6 il 6 ay azadlıqdan məhrum edilib

Cümə axşamı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərova hökm oxunub. O, 3 il müddətinə dövlət və bələdiyyə qurumlarında rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Vəkili Fariz Namazlının sözlərinə görə, qərar qanunsuz və əsassız olaraq çıxarılıb: "Bizim təqdim etdiyimiz heç bir sübutlar Rəsul Cəfərovun təqsirsizliyi kimi qiymətləndirilmədi. Hətta zərərçəkmişlər belə Cəfərovun xeyirinə çıxış etdilər. Hökm ancaq istintaq orqanının topladığı sübutlara qiymət verdi və belə nəticəyə gəldi".
Rəsul Cəfərov isə qərarla bağlı, "bu, siyasi sifarişdir və mən təqsirsizəm" deyib.

Şuşanın rəmzi sayılan xarıbülbül Qaxda bitib

Təmizlikçi qadın: «Heydər Əliyev bizi qucaqlayardı, söhbət edərdi...»

«Briqadirimiz deyir, yarış qabağıdır, hər şey yaxşı olmalıdır. O dedi-demədi, biz öz işimizi səliqəli görürük. Mən istəyərəm Azərbaycan birinci olsun».
Nizami rayon Mənzil-İstismar Sahəsinin təmizlikçilərindən olan Kəmalə Əbilova zarafatla deyir ki, «ən çox Avropa Oyunlarına hazırlaşırıq». Həm də prezidentin keçdiyi yollarda işlədiyindən daha çox məsuliyyət hiss edir:
«İşə səhər tezdən – saat 5- də başlayırıq. Hər yeri yaxşı-yaxşı süpürürük, təmizləyirik, gül kimi. Saat 10-da gedirik yerimizə, bir az çaydan-çörəkdən yeyirik. Sonra yenə çıxıb təmizləyirik. Hər tərəf tər-təmiz olmalıdır. Çünki biz prezident yolunda işləyirik. Bizə səhv eləmək olmaz. Qonaqlar gələndə elə olur saat 6-ya qədər yollarda qalırıq».
«180 MANAT MAAŞ ALIRIQ, YANINDA QƏPİYİ DƏ VAR»

Şəhid gizirin son fotoları


Bu gün şəhid olan gizir Şahmurad Əlizadənin fotoları yayılıb.
ANS PRESS-in məlumatına görə, Şahmurad Əlizadə 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzini (TTM) bitirib. 
Qeyd edək ki, Erməni silahlı bölmələrinin atəskəs rejimini pozması nəticəsində xidməti vəzifələrini yerinə yetirən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, gizir Əlizadə Şahmurad Hilal oğlu şəhid olub.

AZƏRBAYCAN GÖMRÜYÜNDƏ “ZƏLZƏLƏ” OLACAQ! – “İnhisarçı sistem” ləğv olunur!

Prezidentin tətbiq ediləcəyini vəd etdiyi yeni mexanizm oliqarxların maraqlarına hansı zərbəni vuracaq?
Yaxın vaxtlarda, böyük ehtimalla gələn ayın əvvəlindən Azərbaycan gömrüyündəki mövcud sistemin əsaslı şəkildə dəyişdirilməsi gözlənilir. Bu, Azərbaycanın idxal-ixrac əməliyyatlarında inqilabi bir dəyişiklik olacaq. Söhbət uzun illərdir gömrükdə mövcud olan “monopolist sistemin” yumşaldılmasından, hətta ola bilər ki, ləğvindən gedir. Bu məlumat “AzPolitika.info”ya hökumətə yaxın mötəbər mənbədən daxil olub.

4.08.2015

Bakı, Avropa Oyunları öncəsi "siyasi məhbusları" azad etməyə çağrılıb

İdman və İnsan Haqları Alyansı Avropa ölkələrinin olimpiya komitələrini Azərbaycanda olan siyasi məhbusların azad edilməsi üçün hərəkətə çağırıb.
Avropanın əsas olimpiya komitələrinə və milli olimpiya komitələrinə ünvanlanmış çağırışda deyilir ki, Azərbaycan hakimiyyəti siyasi məhbusları azad etməzsə, bu, Avropa Oyunlarının üzərinə ləkə sala bilər.
Bakıda iyunun 12-dən 28-dək keçiriləcək Oyunlarda idmanın 20 növü üzrə 50 ölkədən 6 min idmançı iştirak etməlidir.