- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

6.30.2015

“ Qızıl oğlan “ İlham Zəkiyevin həyat hekayəsi

Qəhrəmanın həyat başlanğıcı...

İlham Zəkiyev 3 mart 1980-ci ildə Sumqayıt şəhərində sıravi zavod işçisinin ailəsində anadan olub. Ailədə özündən başqa 3 qardaşı və 1 bacısı var. İlham Zəkiyev 15 yaşından etibarən cüdo ilə məşğul olmağa başlayır. İlham çox qısa bir müddət ərzində uğurlara imza atır, Sumqayıt şəhərində keçirilən yarışmada qalib gəlir, gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində qaliblər arasında yer tutur və sambo üzrə yeniyetmələr arasında Respublika çempionu olur. 

Aynur Cəfər: Qarabağ müharibəsini yaşadım, amma təhsil arzularından vaz keçmədim

Nüfuzlu “Forbes” jurnalı və digər mötəbər dərgilərin hər il hazırladığı hesabatlarda dünyanın ən prestjili universitetlərinin siyahısı göstərilir. Bu universitetlər arasında ABŞ-ın prestijli təhsil ocaqları adətən ən yüksək yerləri tutur. Bu universitetlərdə gənclər təhsillə yanaşi, həm dəəyyən həyat təcrübəsi əldə edə və gələcəyə vəsiqə qazana bilir. Hər il yüz minlərlə xarici tələbə məhz bu təcrübəni əldə etmək üçün Amerika universitetlərində təhsil almağa üstünlük verir. Bu gənclərdən biri Kaliforniya ştatında Berkli universitetində magistr dərəcəsi almiş hüquqşünas Aynur Cəfərdir. Onun xaricdə təhsil haqda sosial mediada paylaşdığı esse böyük rəğbətlə qarşılanıb. Aynur Cəfər Amerikanın Səsinə müsahibəsində Berkli universitetində əldə etdiyi təcrübə, xaricdə təhsilin özəllikləri və qızların təhsilinin əhəmiyyətindən danışıb.

6.24.2015

AŞPA-dan hakimiyyətə ağır zərbə

Strasburqda Azərbaycandakı repressiyalarla bağlı sərt qətnamə qəbul olundu
 Müxtəlif ölkələri təmsil edən deputatlar Azərbaycanda baş verənlərə görə hökumətin ünvanına kəskin ittihamlar səsləndirdilər
Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası davam edir. Dünənki iclasda AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (Ispaniya) və Tadeuş Ivinskinin (Polşa) hazırladığı “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı qətnamə layihəsi müzakirəyə çıxarılaraq, qəbul olunub.

Zakir Həsənov: "Münaqişənin çıxış yolu ermənilərin ərazimizi tərk etməsidir"

Ordumuz son bir ildə bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət etməklə tam hərbi üstünlüyə yiyələndiyini sübuta yetirdi
"Münaqişənin yeganə çıxış yolu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məqsədilə erməni silahlı birləşmələrinin ərazilərimizi birdəfəlik və qeyd-şərtsiz tərk etməsidir".
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətlə etdiyi müraciətdə deyib.

Thomas de Waal: «Soçi kabusu Bakını izləyir»


«Prezident İlham Əliyev ilk Avropa Oyunları sayəsində bütün dünyanın onun ölkəsinə diqqət kəsiləcəyini və heyran olacağını düşünürdüsə, qanı qaralacaq» - Karneqi Fondunun əməkdaşı Thomas Waal «The Moscow Times» qəzetində belə yazır. 
«İdman tədbirinin özü, təmtəraqlı açılış mərasimini Avropa mediası yüngül işıqlandırdı. Daha çox ölkədəki insan haqları pozuntularına işıq saldılar», yazan müəllif Rusiya prezidentinin tədbirə qatılmasını da qeyd edir. «O, prezident Əliyevin özünü necə hiss etdiyini bilirdi. Ötən il Soçi Qış Olimpiadasına da çox adam gəlmədi və Putin özünü təhqir olunmuş hiss etdi. Avropa Birliyindən də elə bir yüksəkçinli siyasətçi Avropa oyunlarına gəlmədi».

Ermənistan hadisələrinə Azərbaycandan baxış

Ərəstun Oruclu: "Aksiyanın arxasında Moskva dayanır"

Zərdüşt Əlizadə: "Ermənistan Rusiyanın vilayətinə çevrilib"
Ermənistan paytaxtında iyunun 19-dan başlayan "Talana Yox!" aksiyası iyunun 23-də səhərə yaxın dağıdılıb. Nəticədə 237 nəfər saxlanılıb. Ermənistan mətbuatının verdiyi məlumata görə, paytaxtdakı polis idarələri dolduğu üçün saxlanılanların bir hissəsi Abovyan və Aştarak şəhərlərinin həbsxanalarına aparılıb.

6.22.2015

Kəlbəcərli girovun məktubundakı sirli sətirlər...

“Atamın son göndərdiyi məktubda 4-5 cümlə qaralanmışdı. Mən həmin yerləri oxutdurdum. Qaralanmış yerlərdə bildirirdi ki, heç bir günahı yoxdur”. 

Bunu ANS PRESS-ə açıqlamasında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. Onun sözlərinə,görə atasından son dəfə bir ay bundan qabaq məktub alıblar. 

Kürdoğlu Əsgərov həmçinin bildirib ki, atası məktubda ona qarşı sürülən iddiaların hamısını yalanlayıb.

Sərt və yumşaq güc: balansı necə qorumalı?

Demokratik dəyərlərə tapınan siyasi sistemlərin digər toplumlara təsir imkanı və maraqlarına çatması daha asan və rahatdır
Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistan qoşunları tərəfindən işğal olunduqdan bu günə kimi Azərbaycan hökuməti Dağlıq Qarabağ siyasətində daima sərt gücə (“hard power”) üstünlük verib. Qeyd edim ki, ədəbiyyatlarda “sərt güc siyasəti” dedikdə, bir dövlətin ümumi olaraq hərbi və iqtisadi gücü nəzərdə tutulur. Sərt güc - bir dövlətin istədiyi nəticəni əldə etməsi üçün digər dövlətə tətbiq etdiyi hərbi və iqtisadi təzyiq üsuludur.

O illərin uşağı

Bu günlərdə Tiflis kafelərinin birində bir amerikanlı ilə tanış oldum. O, iki il müddətində “Peace Corps” –un layihəsi çərçivəsində Azərbaycanda, Zaqatala şəhərində yaşayıb. Söhbətin bir yerində, bir də ayıldım  ikimiz də Dağlıq Qarabağ, onun insanlara vurduğu ağır maddi-mənəvi ziyan barədə danışırıq. Onun mənə dediyi sözləri olduğu kimi sizə çatdırıram: “Emin, bu müharibədə kimin haqqlı və ya haqqsız olduğunu qoyaq qırağa. Mənim dostum Ağcəbədidə, Taxta Körpü deyilən yerdə çalışırdı. O, orada insanların hər gün torpaqlarına geri dönəcəklərinə inandıqları, əvvəlki yerlərində necə xoşbəxt olduqlarını haqqında məni harda gördü, tutub danışırdı. Sən təsəvvür edirsənmi, dövlətin hər il insanlara “növbəti ilə torpaqları qaytaracağıq”  şəklində ümid verməsi nə deməkdir?! “This is insane!” “This is horrible!”.

Zakir Həsənov: `Hər an döyüşə hazır olmalıyıq`

Müdafiə Nazirliyində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətilə 2015-ci ilin qış tədris dövrünün yekunlarına həsr olunmuş Kollegiya iclası keçirilib.
Toplantıda Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, birlik komandirləri, Müdafiə Nazirliyinin baş idarə, idarə və xidmət, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri və digər məsul zabitlər iştirak edib.

6.19.2015

Mətbuat icmalı: Neftin ucuzlaşması, Qərb yoxsa Rusiya və yeni devalvasiya xəbərdarlığı

“Azadlıq” qəzeti “Buzzfeed” saytında dərc olunmuş “Azərbaycanda neft bumu başa çatır - iflas başlayır” başlıqlı məqalənin tərcüməsini dərc edib.
Məqalədə deyilir ki, oliqarxların həbsi “Azərbaycanın sıçrayışına səbəb olan neft bumunun başa çatmasının siqnalı idi. Neft hasilatının aşağı düşməsi, həmçinin qiymətinin ucazlaşması ölkəni büdcəni doldurmaq üçün yeni yollar axtarmağa vadar edib. Azərbaycan Mərkəzi Bankı fevral ayında kəskin devalvasiya qərarı verdi və ölkənin milli valyutası olan manat 34 faiz dəyərini itirdi.

Siracla Fərəcin evində...

Xəzərə hasardan boylananlar...

"Taleyi Ukrayna kimi olar" - Qarabağda müharibə arzusuna cavab

“Qarabağ müharibəsi başlasa qan töküləcək”.
Bu fikri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sədri Nikolay Bardyuja bəyanatında deyib.
Politoloq Ərəstun OrucluATV.az-a verdiyi açıqlamasında   Nikolay Bardyujanın dediyi bu sözlərə münasibətini aşağıdakı kimi ifadə edib.
O deyib ki, Nikolay Bardyuja qeyri ciddi fiqurdur və onun verdiyi bəyanatların çoxu ya Kremlin, yada Rusiya hərbi dairələrinin fikridir. 

6.15.2015

Cəbhədən xəbər var

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 94 dəfə pozub. 

Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, Ermənistanın İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

6.13.2015

“Kimsəm də yoxdur ki, gedib dərdimi deyim”

“O məşəli gözlərini Qarabağda itirən...”- Deputatlar danışdı

Millət vəkilləri ötən gecə paytaxtda baş tutan I Avropa Oyunlarının açılış mərasiminə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, onlar bu barədə fikirlərini sosial şəbəkədə paylaşıblar. 

Fazil Mustafa Avropa Oyunlarını stadiondan canlı izləmənin daha gözəl olduğunu dilə gətirib: “Möhtəşəm bir tədbir, möhtəşəm bir tərtibat. Təbii ki, kompozisiya barədə hazır material üzərindən müəyyən tənqidlər səsləndirmək olar, bəlkə daha yaxşısını düşünmək olardı. Ancaq kifayət qədər rəngarənglik vardı və xüsusilə də Qobustan qayaları kompozisiyası mükəmməl idi. Alim Qasımov da, "Sarı gəlin" də, "Qarabağ şikəstəsi" də, hətta Ledi Qaqa belə tərtibatın içində tam uyğun görünürdü. Nizami əsərlərinin kompozisiyası yabançılar üçün bir qədər anlaşılmazdı, elə bizim üçün də müəyyən epizodlarda sual işarəsi yarandı. Kompozisiyada Şərqdə ilk cümhuriyyət yaradıldığını xatırlatmaq mədəni simamızın tanıtımı baxımından daha faydalı olardı. Nar simvolikası da uğurlu seçilmişdi və parçalanmış nardan nar dənəsini xatırladan şarların dağılımı gözəl düşünülmüşdü. Alov kompozisiyası da sonluq üçün xeyli uğurlu seçim idi”. 

6.12.2015

Almaniya Bundestaqı Azərbaycanla bağlı qətnamə çıxartmaq niyyətindədir

"Azərbaycan hökuməti olimpiya ruhunda hərəkət etmək, insan hüquqlarına və mətbuat azadlığına hörmət etmək üçün bu hadisənin yaratdığı imkanlardan istifadə etməlidir"
Almaniya parlamentində Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair qətnamə layihəsi hazırlanıb. Sənəd Bakıda Avropa Oyunlarının başlanmasına həsr olunub.
Sənəd hakim koalisiya qrupunun -XDİ/XSİ və  ASDP üzvləri tərəfindən hazırlanıb və Azərbaycanda insan hüquqlarının ssistematik pozulmasını pisləyir.

Bakıda Avropa Oyunları açılır

Avropa Oyunların rəsmi açılış mərasimindən əvvəl beynəlxalq yarışlara sinxron üzgüçülərin çıxışı ilə start verilib.
Su İdmanı Mərkəzində başlayan mübarizədə 20 duet iştirak edir.
Belarus təmsilçilərinin yarışlara qatılan ilk idmançı olduğunu bildirən APA agentliyi onlardan bir qədər sonra Azərbaycan komandasının üzvləri - Tatyana Nikitina və Yekaterina Valiulinanın çıxış edəcəyini yazır.

Avropa Şurası Nazirlər Kabineti İlqar Məmmədovla bağlı qərar verdi

İyunun 11-də Avropa Şurası Nazirlər Komitəsinin 1230 saylı toplantısı keçirilib. Toplantıda "İlqar Məmmədov Azərbaycana qarşı” məhkəmə işinin müzakirəsi aparılıb. Cumhuriyyet.org saytının məlumatına görə, toplantının protokolunda göstərilir: ""İlqar Məmmədov Azərbaycana qarşı" işi ilə bağlı 22 may 2014-cü ildə qərar qəbul olunub, 13 oktyabr 2014-cü ildə qərar qüvvəyə minib.

Aİ: Azərbaycandan "izahat gözləyirik”

Avropa İttifaqı bildirir ki, ATƏT-in Bakı ofisinin bağlanması ilə bağlı qərar gözlənilməz olub və Azərbaycan bu barədə iştirakçı dövlətlərlə məsləhətləşməyib.
Azərbaycan ATƏT-ə Bakıdakı ofisini bağlaması barədə məktub göndərib. XİN iyunun 4-dən etibarən Bakıda layihə əlaqələndiricisi postu ilə bağlı memorandumu başa çatdırdığını bildirib.
Avropa İttifaqı həmin sənəddə qərarın səbəbinin açıqlanmadığını qeyd edərək Azərbaycandan izahat gözlədiyini bildirir.

6.11.2015

Fransalı deputat: Oyunlar Azərbaycanın Avropanın dəstəyini qazanması üçün fürsətdir!

Avropa Oyunları Azərbaycana öz bacarığını nümayiş etdirmək ve Avropa qitəsinin dəstəyini yenidən qazanmaq üçün bir fürsətdir. Trend-in məlumatına görə, bunu Fransa Assambleyasının deputatı, Azərbaycan Dostları Assosiyasiyasının sədri Jean-François Mancel Fransa mətbuatında dərc edilən məqaləsində bildirib. Jean-François Mancel qeyd edib ki, Qafqazın bu cazibədar ölkəsi öz iradə və səriştəsini ortaya qoyaraq rekord zaman ərzində Avropa Oyunlarına hazırlaşır: “Azərbaycanı tanıyıb və dəyərləndirdiyimiz üçün bu, bizim üçün sürpriz deyil.

Amnesty International Bakıya səfərini ləğv etməli olub

Amnesty International təşkilatına Bakı 2015 Avropa Oyunları ərəfəsində Azərbaycana gəlməməsi barədə xəbərdarlıq edilib.
Azərbaycanın Londondakı səfirliyi çərşənbə axşamı göndərdiyi məktub vasitəsilə insan hüquqları ilə bağlı vəziyyətə dair yeni hesabat hazırlayan qrupa Bakıya səfərinin "arzuedilməz" olduğunu çatdırıb, Amnesty bildirir.

Avstriya nümayəndə heyəti Bakıda atletlərin qəzaya düşməsindən "şokdadır"

Bakıda sabah açılan Avropa Oyunlarında yarışacaq üç avstriyalı atlet cümə axşamı günü səhər Atletlər Şəhərciyindəki Nəqliyyat ərazisində baş verən qəza nəticəsində zədə alıb.
Bu xəbəri Avstriya Olimpiya Komitəsi BBC-ə təsdiqləyib. Onların rəsmi bəyanatında deyilir: "Bu gün, cümə axşamı yerli vaxtla səhər saat 8.30-da Avstriya sinxron üzgüçülük komandasının üç üzvü maşın qəzasına düşüb. Qızlar Olimpiya Kəndində səki ilə gedərkən, avtobus onları vurub".
Komitə bu xəbərdən şokda olduğunu deyib.

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 34,9 min nəfər və ya 0,4% artaraq bu il may ayının 1-i vəziyyətinə 9 mln. 627,9 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub. 

Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür. Ümumi əhalinin 53,1%-i şəhər, 46,9%-i isə kənd sakinləridir.

Köçkün məktəbinin direktoru: “Qadın həm iş adamı olmalıdır, həm də evinin xanımı”

 “Əgər şagirdlərim öz sözlərini deyə bilir, öz ayaqları üstə durmağı bacarırsa, deməli illərimi boş yerə keçirməmişəm”

İlin əvvəlində Təhsil Nazirliyinin sifarişi ilə icra olunacaq layihəmizlə bağlı daha çox müstəqilliyə can atan məktəb axtarışında idik. Yaxşı ki, Bərdədə yaşayan Ülkər xanımın 1 saylı Ağdam məcburi köçkün məktəbi ilə əlaqə qurmaq təklifini qəbul etdik.  May ayının sonuna qədər bu təhsil müəssisəsi ilə çalışarkən məktəbin direktoru Çimnaz Kərimova ilə dəfələrlə görüşmək, həm təhsilin, həm də cəmiyyətin problemlərini birgə müzakirə etmək imkanı qazandıq.  Düşündük ki, bu il 60 illik yubileyini qeyd edən xanımın həyatı və fəaliyyəti əksəriyyətə nümunə ola bilər.

“Ermənistanla sərhəd açıslın, soyqırım tanınsın, Qarabağ Türkiyənin məsələsi deyil”

Türkiyədəki seçkilərdə 80 deputatla Böyük Millət Məclisinə daxil olan Xalqların Demokratik Partisi (HDP) Ermənistanla normal münasibətlərin qurulmasına çağırıb.

Strateq.az bildirir ki, HDP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Nəzmi Gur RİA-Novosti-yə bildirib ki, partiya qondarma soyqırımın tanınmasının tərəfdarıdır.

Azay Quliyev jurnalistlərə çağırış etdi

Biz ilk Avropa Oyunları zamanı yaranmış imkandan faydalanaraq Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ problemi, Azərbaycan ərazilərinin işğal edilməsi haqqında məlumatları gələn qonaqlara çatdırmalıyıq.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev jurnalistlərə açıqlamasında deyib.

«Kredit qurbanları»nın icra başçısı ilə görüşü nəticə vermədi

Qazax rayonunun Xanlıqlar kəndinin bir qrup sakini ötən həftədən aclıq aksiyası keçirdiklərini bildirirlər. Onlar aksiya keçirmələrini qarşılaşdıqları fırıldaq əməl və rayon rəhbərliyinin buna biganəliyi ilə izah edirlər. Aksiya iştirakçılarının iddialarına görə, 2013-cü ilin müxtəlif vaxtlarında kəndin 230-a yaxın sakininin adına külli miqdarda kreditlər götürülüb və ödənilməyib. Demələrinə görə, onlar bu hadisədən işləri məhkəməyə verildikdən sonra xəbər tutublar. Sakinlər deyirlər ki, krediti onların adina götürən bağça müdiri borcları ödəməkdən imtina etdiyindən, qərarın icrası üzərlərində qalıb. Aldanıldıqları ilə bağlı rayon rəhbərliyinə dəfələrlə müraciət ediblər, müsbət nəticə əldə edə bilmədikdə isə aksiyaya qərar veriblər.

Ermənistanla sərhəd bölgəsində yeni layihəyə start verildi

Humanitar Tədqiqatlar İctmai Birliyi iyun ayından etibarən Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sərhəd bölgələrində təhlükəsiz yaşayış: icma davamlılığı” adlı layihənin icrasına başlayıb. 
Birlikdən verilən məlumata görə, layihənin əsas məqsədi Azərbaycanın Ermənistanla sərhəd kəndlərində yaşayan insanların təhlükəsiz yaşamasını təmin edən proseslərin qiymətləndirilməsi, onlara təhlükəsiz yaşamaq üçün məlumatların verilməsi və icma potensialının artırılmasına dəstək göstərilməsindən ibarətdir. 

6.09.2015

Avropa rəsmilərinin yazısına Azərbaycan hakimiyyəti tənqidlə cavab verib

Avropa rəsmilərinin “İdman insan haqlarına biganə qala bilməz” adlı məqaləsi Azərbaycan hakimiyyətinin tənqidinə səbəb olub.
Avropa insan haqları komissarı Nils Muzinieks, BMT-nin insan haqları məruzəçisi Michel Forst və ATƏT-in mətbuat azadlığı təmsilçisi Dunja Mijatovicin “Opendemocracy” saytında dərc etdirdikləri yazıda deyilir ki, xüsusilə də son 12 ayda Azərbaycanda insan haqlarının vəziyyəti kəskin şəkildə pisləşib və hökumətin tənqidçisi kimi tanınan çox sayda jurnalist və fəal həbs edilib.

Avropa Parlamentinin üzvlərindən hakimiyyətə siyasi məhbusları azad etmək çağırışı

"Avropa Azərbaycanda siyasi məhbuslar probleminə biganə qalmamalı və bununla bağlı qətnamə çıxarılmalıdır"
İyunun 8-də Avropa Parlamentinin vitse-prezidenti və Avropanın Yaşıllar Partiyasının üzvü Ulrike Lunaçek və  bir sıra avropalı parlamentarilər qurumun sessiyasının açılış iclasına  Azərbaycanda həbs olunan hüquq müdafiəçilərinin şəkilləri olan köynəklərlə qatılıblar.
Qara köynəklərin üzərində jurnalist Xədicə İsmayılova,  hüquq müdafiəçiləri Rəsul Cəfərov, Anar Məmmədli, Leyla Yunus, Emin Hüseynov, İntiqam Əliyevin şəkilləri olub.

AÇIQLAMA: “Azərbaycan bunu edəcəksə, Qarabağ problemi həll ediləcək”

"Beynəlxalq Avrasiya Hərəkatı"nın lideri, Rusiyanın başqa ölkələri hədəfə alan xarici siyasətinin alovlu tərəfdarı, Aleksandr Duqin Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü perspektivini şərh edib.
Modern.az saytının verdiyi xəbərə görə Aleksandr Duqin Ermənistan mətbuatına müsahibəsində deyib ki, Azərbaycanın Avrasiya İttifaqına girərsə, bu, tamamilə düzgün addım olar. 


Ekspertin fikrincə, Azərbaycan Avrasiya İttifaqına daxil olacağı təqdirdə, Dağlıq Qarabağ münaqişəsinin həlli tam başqa məna kəsb edəcək:
“Məsələn, Türkiyə və NATO üzvü olublar və ortada hələ də Kipr problemi var. Əslində bu,  Qarabağ məsələsində real irəliləyişi qeyd etmək üçün əsas vasitədir  ”,-deyə belə müqayisə aparıb.

6.02.2015

«Hakimiyyət Azərbaycanın belə sürətlə böhranla üzləşəcəyinə hazır deyildi»


«Azərbaycanda hökumətin fəaliyyətini analiz edən ictimai təşkilatlar hamısı qapıdılıb, vətəndaş cəmiyyəti taqətdən salınıb, ictimai nəzarət, demək olar, tam itib. Bu olmasaydı, heç olmasa cəmiyyətdə baş verənlərlə bağlı həyəcan səsləri daha ucadan səslənərdi. Ona görə inanmıram ki, ictimai nəzarətin bərpasına hakimiyyətdə ciddi maraq var».
Bunu «Turan» İnformasiya Agentliyinin direktoruMehman Əliyev «Azadlıq» qəzetinə müsahibəsində deyir.

Bakının bu ay bağlı olacaq yolları (Ünvanlar)


Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxtın bəzi yol və prospektləri bağlanır.

ANS-in məlumatına görə, iyunun 30-dək beş küçə bütünlüklə avtomobillərin hərəkəti üçün bağlı olacaq.

Mehdi Hüseyn, Teymur Elçin, Lermontov, Xanlar, Qurban Abbasov küçələrinə yalnız həmin əraziyə giriş üçün icazəsi olan nəqliyyat vasitələri buraxılacaq. Həmin icazə isə qeyd edilən ünvanlarda yaşayan vətəndaşlara verilib.

Azərbaycan-Avropa münasibətlərində “maska” böhranı


Ekspert Razi Nurullayevin fikrincə, son dövrlərdə Rusiya ilə Azərbaycan arasında ciddi yaxınlaşma var və bu əlaqələr getdikcə daha da dərinləşir.
BAKI, 1 iyun – Sputnik. Artıq neçə aydır ki, Azərbaycanla Avropa Şurası arasında ikitərəfli əlaqələrdə soyuqluq müşahidə olunur. 

BMT Azərbaycanın təklifinə `HƏ` dedi

BMT-nin Ümumdünya Turizm Təşkilatının ötən ilin oktyabrında Səmərqənddə keçirilən iclasında Azərbaycanın təklif etdiyi qətnamə bu ilin mayın 28-29-da Xorvatiyada keçirilən iclasda qəbul edilib.

AzVision.az-ın məlumatına görə, Azərbaycanın BMT-yə təqdim etdiyi layihə “Münaqişə zonalarının turizm sahəsində qanunsuz təbliğinin qarşısının alınması” adlanır.
Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi bu gün tədbir keçirib.

Tədbirdə bildirilib ki, bu qərar münaqişəli ərazilərin Azərbaycan üçün ən əsası Ermənistan tərəfindən işğal edilmiş ərazilərin xarici turizm sərgilərində və digər yollarla təbliğinin alınması üçün istinad ediləcək beynəlxalq sənəddir. Qərar bilavasitə Turizm üzrə Qlobal Etika Kodeksinə, həmçinin BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının bütün etika prinsiplərinə əsaslanır və turistlərin təhlükəsizliyi, ölkələrin suverenliyinə hörməti təşviq edir.

Mətbuat icmalı: "Rusiyanın Xəzərdə Qərbi sıxışdırmaq planı"

Kreditlər üzrə işlər niyə məhkəməyə çatmır?

Son dövrlər yerli mətbuat Beynəlxalq banka kredit borcu olduğu deyilən sahibkarların həbsindən yazır. BBC Azərbaycanca müzakirə edilən bu mövzu barədə ekspertlərin rəyini öyrənib.
"Götürülmüş kreditlərin belə addımlarla geri ödənilməsi çətin olacaq. Söhbət 100 milyonlarla vəsaitdən gedir”, iqtisadçı Natiq Cəfərli BBC Azərbaycancaya müsahibəsində deyib.