- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

7.31.2015

Rəsul Cəfərovun həbs müddəti 3 ay azaldıldı

Hüquq müdafiəçisi Rəsul Cəfərovun apellyasiya şikayətinin yekun baxış iclasında onun həbs müddəti üç ay azaldılıb.
BBC Azərbaycancanın məhkəmədə iştirak edən müxbiri Xanım Cavadovanın sözlərinə görə, bununla da, Cəfərov barəsində nəzərdə tutulmuş həbs müddəti 6 il 6 aydan 6 il 3 aya endirilib və vergidən yayınma maddəsinə xitam verilib.
Vəkil Fariz Namazlı prosesdən sonra "qərarı tam qanunsuz" adlandırıb.

İran Azərbaycana hərbi sənaye sahəsində kömək edə bilər

Bunu Trend-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, son zamanlar dünya ölkələrinin İrana qarşı siyasətində hiss olunan yumşalma yeni əməkdaşlıqlara gətirib çıxaracaq: "Bu prizmadan yanaşsaq, İran Azərbaycanla da bir sıra yeni sahələrdə əməkdaşlığa başlayacaq. Hesab edirəm ki, sözügedən ölkə hərbi sahədə çox inkişaf edib".
Deputat rəsmi Tehranın hərbi sahədə Azərbaycana kömək edəcəyini istisna etmir: "90-cı illərdə bu ölkəyə səfərim zamanı İranda çox nəhəng hərbi sənaye komplekslərinin olduğunu görmüşəm. Düşünürəm ki, İranın sanksiyalardan azad olması yeni əməkdaşlıqlara gətirib çıxaracaq. Ola bilsin ki, rəsmi Tehran Azərbaycana məhz hərbi sahədə yardım etsin".

"Azərbaycanda demokratiya naminə" velosipedlə Afrikaya

Gənc azərbaycanlı jurnalist və velosiped həvəskarı Yaşar Xudiyev "Azərbaycanda demokratiya naminə" velosipediylə Cənubi Afrikaya, 20000 km məsafəni qət etmək üçün yola çıxıb.
Bakıda jurnalistika təhsili almış Xudiyev, daha sonra ABŞ-da magistratura oxuyub.
Cənab Xudiyev daha öncə də velosipedlə uzun səfərə çıxıb. O, 2014-cü ildə ABŞ-da 45 gün ərzində 5000 km məsafəni qət edib.

7.29.2015

309 düşmən öldürən qadın snayper

Əvvəlcə, Rusiya və Ukraynanın çəkdiyi bir filmdən danışım, sonra cəbhə xəttindəki vəziyyətə keçəcəm. “Sevastopol uğrunda döyüş” adlanan bu filmin əvvəlində top mərmisinə bənzəyən kök bir qadının içəri girib “Başladı!” deməsi, əslində, hər şeyin bitməsi idi. İnsanlığın ikinci plana düşdüyü İkinci Dünya müharibəsi başlamışdı. Qadın snayper döyüşdə qələbənin yarısı deməkdir. Buna görə də Sovet ordusu peşəkar snayperlər hazırlamaq üçün fəaliyyətə keçir. Yüzlərlə qadın orduya cəlb olunur. Əyilib evinin döşəməsini silməyən ərköyün qızları birdən-birə gətirib palçığın içində süründürürlər. Zabitlərdən biri onların şkafını axtararkən busqalter, kukla və digər qadın ləvazimatları tapır. Sonra əmr verir ki, əşyalar yandırılsın. Elə həmin ocaqda da o qadınların xanımlığı yanır.

Ailəsi ilə Azərbaycana keçmiş Gevorkyan məhkəmə qarşısına çıxarılır

Ermənistanda üzləşdiyi acınacaqlı vəziyyət və ifrat yoxsulluq səbəbindən bir neçə il əvvəl könüllü olaraq Azərbaycan tərəfə keçmiş Yeqişe Gevorkyan barəsində başlanmış cinayət işi üzrə istintaq başa çatıb, iş məhkəməyə verilib.
APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Məhkəmə departamentinin mətbuat xidmətinin məlumatında bidirilib.

Rusiyaya qazanc üçün gedənlərin ailələri necə yaşayır...

BBC-nin Düşənbədəki müxbiri Anora Sarkorova tacik əməkçi miqrantların həyatından yazıb.
A.Sarkorova bildirir ki, miqranların Rusiyadan göndərdikləri pullar milyonlarla tacik ailəsinin dolanışığını təmin edir. Lakin ataların aylarla evdə olmaması övladlar üçün acınacaqlı vəziyyət yaradır.
Çox vaxt da belə olur ki, atalar özlərinə uzaq qürbətdə yeni yuva qururlar. Belə uşaqlar adətən özbaşına böyüyür, müstəqil olaraq pul qazanmağa çalışır və küçənin qəddar qaydaları ilə üzləşirlər.
Əslində atılmış analar övladlarının tərbiyəsi ilə təkbaşına məşğul ola bilmir, uşaqları internat məktəblərə verirlər.

7.27.2015

Qarabağ qaziləri problemlərini müzakirə etdi – razı və narazı qaldıqları məqamlar var

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ əlillərinin problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində I konfransını keçirib.

“Qarabağ qaziləri” birliyinin mətbuat xidmətindən verilən məlumata görə, konfransı giriş sözü ilə açan Qarabağ qaziləri birliyinin sədri Ehtimad Əsədov bu və digər layihələrə dəstək verdiyi üçün, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevə minnətdarlığını bildirib. Qazilərin problemlərindən danışan E.Əsədov bir çox məqamlara toxunub: “Bu layihənin əsas məqsədi Qarabağ əlillərinin, şəhid ailələrinin maarifləndirilmə yolu ilə problemlərinin həllinə yardım etməkdir. Biz onsuz də uzun illərdir bu qəbildən olan insanların probleminin həlli istiqamətində çalışırıq. Bu layihə gördüyümüz işlərin səmərəsini daha da artıracaqdır. Sözsüz ki, dövlət tərəfindən, xüsusi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Qarabağ əlillərinə, şəhid ailələrinə diqqət və qayğı göstərilir, onların problemlərinin həllinə çalışırlar. Biz də bu işdə dövlətə, müvafiq dövlət strukturlarına kömək etməyə çalışırıq. Bizim bir sıra problemlərimiz var ki, onları dəqiqləşdirib konkret qurumlar qarşısında qaldırırıq. Bizi ən çox narahat edən problem bəzi məmurların özbaşınalığı, biganəliyidir.

Təmas xəttində münaqişə alovlana bilərmi?

Təmas xəttində yaxın gələcəkdə tammiqyaslı müharibə ehtimalı olduqca aşağıdır, Dağlıq Qarabağ tənzimləməsinə dair son beynəlxalq hesabatın müəlliflərindən biri BBC Azərbaycancaya bildirib.
Britaniyalı təhlilçi Laurence Broers hazırda qəfil eskalasiya riskinin daha böyük təhlükə təşkil etdiyini deyib.

Müdafiə Nazirliyi şəhid əsgəri təltif etdi

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gədəbəydə Ermənistan ordusunun təxribatının qarşısı alınarkən şəhid olmuş əsgəri təltif edib.

APA-nın Müdafiə Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu nazirin əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Gədəbəydə şəhid yürüşlə anıldı

Rayon fəalları ələrində bayraq, şüarlar səsləndirərək, Eldar Fətəliyevin məzarını ziyarət ediblər
 
İyulun 27-də Gədəbəy rayonunun İvanovka kəndində şəhid Eldar Fətəliyevin 3 mərasimi keçirilib. Meydan TV əməkdaşının məlumatın görə, mərasimdə iştirak etmək üçün saat 11.00-da Saratovka kəndindən maşın karvanı yola düşüb. İvanovka kəndinə çatana kimi karvana 30-dək maşın qoşulub. Şəhidin ata evində təşkil olunmuş mərasimdən iştirak etdikdən sonra onun məzarı ziyarət olunub. Əllərində bayraqlar tutmuş ziyarətçilər "Şəhidlər ölməz, Vətən bölünməz", "Allahu əkbər" sədaları altında yürüş təşkil ediblər. 

7.23.2015

İlham Əliyev: “İşğaldan azad olunma başlayan kimi…”

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Bakıda birgə mətbuat konfransı keçiriblər. 
Prezident İ.Əliyev D.Tusku salamlayaraq qeyd edib ki, onun səfəri Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında münasibətlər üçün çox vacib olub. Aİ və Azərbaycan arasında çoxillik əməkdaşlığı vurğulayan dövlət başçısı deyib ki, hazırda müzakirə üçün ikitərəfli və regional əməkdaşlıq kimi geniş spektr məsələlər mövcuddur. İ.Əliyev bildirib ki, biz Aİ və Azərbaycan tərəfdaşlığında yaxşı müsbət inkişaf görürük. Dövlət başçısı bəyan edib ki, D.Tuskun Bakıya səfəri Azərbaycan və Aİ arasında münasibətlərin vacibliyini göstərir: "Bizim sıx siyasi əlaqələrimiz var və onları gələcəkdə inkişaf etdirəcəyik".

Şəhid anası erməni əsgəri güllələdi

“Cəbhə xətti” layihəsinin bugünkü qonağı Məmmədov Elşən Məmməd oğludur. O, 1965-ci ildə Ağdam rayonunda anadan olub. Burada boya-başa çatıb. 1983-1985-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olub. Daha sonra vətənə qayıdaraq müxtəlif işlərdə işləyib. Bir müddət diş həkimi işlədikdən sonra Ağdam rayon polis idarəsində çalışıb. Ailəlidir.
 Bizi bu döyüşdə səhv yönləndirdilər...

Ermənilər girovları qaytarmağa hazırdır

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağın Xankəndi şəhərində Ermənistan müdafiə nazirinin müavini David Tonoyanın başçılıq etdiyi nümayəndə heyəti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin rəhbəri Tomas Xaye arasında görüş keçirilib.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilir ki, görüşdə əsir və itkin düşmüş, girov götürülmüş şəxslər barədə müzakirələr aparılıb və bu istiqamətdə olan problemlərin həlli yolları müzakirə edilib.
Ermənistan nümayəndə heyəti bəyan edib ki, Ermənistan tərəfi əsir və girovların qaytarılması istiqamətində Azərbaycan tərəfi ilə neytral zonada görüşərək istənilən formatda görüşlər keçirməyə hazırdır.

İlham Əliyev Tuskla konfransda İrəvana şərtini açıqladı

Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlər baxımından cənab Tuskun səfəri çox vacibdir.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Әliyev Bakıda səfərdə olan Avropa İttifaqı Şurası prezidenti Donald Tuskla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, Aİ ilə münasibətlər inkişaf edir:
 “Uzun illər aramızda məhsuldar münasibətlər formalaşıb.

7.15.2015

Ermənilərin Rusiyaya axını

Bu haqda Rusiya mədənbiyyət nazirliyi xəbər verib.

Rusiya mədəniyyət nazirliyinin yaydığı hesabata görə, 2014 və 2015-ci illərin birinci rübündə Rusiyaya axının artdığı göstərilir.
Siyahıda başda Ermənistan qərarlaşıb.

2014-cü illə müqaisədə ölkəyə gələn Azərbaycan vətəndaşlarının sayı isə 14 mindən 50 min nəfərə qalxıb. Sonrakı yerlərdə isə Moldova, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan gəlir.

Ermənilərin sıx yaşadığı yerlərə zərbə əmri verildi - RƏSMİ

Müdafiə Nazirliyindən (MN) Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın cəbhəboyu yerləşən yaşayış məntəqələrinin atəşə tutulması və atəşkəs rejiminin pozulması hallarının artmasına münasibət bildirilib.
 
MN-in mətbuat xidmətindən verilən açıqlamada deyilir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov yaşayış məntəqələrinin ermənilər tərəfindən atəşə tutulması halında atıcı silahların əhatə dairəsindən uzaq olan düşmən mövqelərinə, erməni əhalinin sıx yerləşdiyi yaşayış məntəqələrinə və oradakı hərbi obyektlərə Azərbaycan ordusunun sərəncamındakı iriçaplı silahlardan dərhal zərbə endirilməsi barədə xüsusi tapşırıq verib.

7.14.2015

Ermənistan hərbçiləri atəş açdı: Tovuzda 2 uşaq, 1 qadın yaralandı

Ermənistan silahlı bölmələrinin ötən gecə açdığı atəş nəticəsində Tovuzun Ermənistanla təmas xətində yerləşən Əlibəyli kəndində iki azyaşı olmaqla 3 nəfər yaralanıb.

Salamnews-un bölgə müxbirinin verdiyi xəbərə görə, yaralılar dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Zərərçəkənlərin və qonşuların sözlərinə görə, həyətdə olarkən qəfildən açılan atəş 12 yaşlı Nərmin, onun 8 yaşlı qardaşı Tuncay Xanbabayevə və 44 yaşlı Durdanə Nağıyevaya dəyib. 

"Sovetski"nin bəzi sakinlərinə ev veriləcək

İcra hakimiyyəti belə sakinlərin sayını və mənzillərin nə zaman veriləcəyini açıqlamayıb
Bakının “Sovetski” adlanan ərazisində (Nərimanov prospekti və ona bitişik küçələr) yaşayan və köçürülməsi planlaşdırılan bəzi sakinlərə ev veriləcək.
Yasamal rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, yaşadığı mənzilin sahəsi 25 kvadrat metrdən az olan sakinlərin ərazidən köçürülməsi üçün onlara kompensasiya deyil, ev veriləcək.
İcra hakimiyyəti belə sakinlərin sayını və mənzillərin nə zaman veriləcəyini açıqlamayıb.

Ağdam xəstəxanasında ağır cinayət - Həkimlər cəzalandırıldı

Uşağın ölümünə səbəb olan həkimlərə... töhmət verilib
"6 yaşlı Tunar Ağdam Rayon Mərkəzi Xəstəxanasının Elşən və Kamil adlı həkimlərinin səhlənkarlığının və qeyri-peşəkarlığının qurbanı oldu. O, mənim tək oğlum idi. Həyatdan vaxtsız getdi".
AzadXeber.az məlumat verir ki, bu sözləri "Bizim Yol"a Ağdam rayon, Üçoğlan kəndinin sakini Əliyev Vüqar Lənkəran oğlu bildirib. 

İKİ OĞLUNUN BAŞI ERMƏNİ MƏZARI ÜSTÜNDƏ KƏSİLƏN XOCALILI ANANIN AZƏRBAYCANDA YAŞADIĞI MÜSİBƏT

Məmmədova Anaxanım Heydərəli qızının həyatında iki dəfə yaşadığı torpaqlardan didərgin düşmək yazılıb. Öncə Qərbi Azərbaycandan Xocalıya qaçan Anaxanım xanım və ailəsi öncə əsir düşüb, sonra həyat yoldaşı və iki övladının başı erməni qəbri üzərində kəsilsə də, digər övladları ilə bərabər bir zəncinin meyiti ilə dəyişdirilərək, Azərbaycana təhvil verilib. Xocalı ilə bağlı video görüntülərdən adlarını bilmədən tanıdığımız o insanlardan biridir Anaxanım Məmmədova. Bəlkə də, oğlu Əhməd sevdiyi qızı qaçırmasaydı, onun hekayəsini heç bilməyəcəkdik. Sevib-sevildiyi qızı qaçırdığına görə, 8 il həbs cəzası alıb.

Prezident meydan oxudu: "Bir həftə ərzində orada daş daş üstündə qalmaz" (TAM MƏTN)

Bu gün Azərbaycanın prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. 
Mia.az dövlət başçısı İlham Əliyevin giriş nitqini tam şəkildə təqdim edir:
 - Bu gün biz ənənəvi olaraq ilin altı ayının yekunlarını müzakirə edəcəyik. Bəri başdan demək istəyirəm ki, yekunlar çox müsbətdir. Azərbaycan uğurla inkişaf edir. İnkişaf dinamik xarakter daşıyır və deyə bilərəm ki, altı ay ərzində əldə etdiyimiz uğurlar tarixi uğurlardır. Ona görə ki, bu gün biz dünyanın müxtəlif yerlərində çox xoşagəlməz prosesləri müşahidə edirik.

7.12.2015

“Zəhəri çıxartmaq üçün bir yol var...”

Bayram Səfərov: “Ermənilərin Qarabağda apardığı bütün tikintilərin qiyməti bizim bir tunelimizin əvəzi deyil” 
Rusiyalı milyarder German Sterliqov ailəsi ilə birgə qeyri-qanuni şəkildə 23 ildir erməni işğalında olan, Azərbaycanın ayrılmaz hissəsi Şuşa şəhərinə köçüb və həyasızcasına burada yaşayacağını bəyan edib. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri Bayram Səfərovla elə Şuşa İcra Hakimiyyətində baş tutan söhbətimizi də öncə bu mövzudan başladıq.
- Bayram müəllim, rus milyarderin səsi Şuşadan gəlir. Hətta burada biznes quracağını da deyib. Bir şuşalı olaraq narahatlığınız yoxdur ki, bu, bir presedent yarada, üstəlik, ermənilər Qarabağdakı rus faktorundan istifadə edə bilər?

-  Mən çox narahatam. Belə şeyləri hər dəfə eşitdikcə də narahatlığım artır. Ancaq həmin rus milyarder kənd təsərrüfatı ilə məşğul olmaq istəyirsə, Rusiyanın kifayət qədər ərazisi var, işləyən isə yoxdur. Orta Asiyadan, Çindən, Vyetnamdan gəlib  işləyirlər. O, belə işgüzardırsa, gedib ölkəsində çalışsın. İkinci tərəfdən, mən deyilənlərin həqiqət olduğuna inanmıram. Çünki erməni tərəfi hər dəfə yeni təxribat xarakterli xəbərlər yayır, addımlar atır. Amma onların cəhdlərinin heç biri nəticə vermir. Azərbaycanla müqayisədə ermənilər quyunun lap dibindədir. 

Dövlət 16 Milli Qəhrəmana ayda 1000 manat pul verir

Cari ilin 01 iyul tarixinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 177 nəfər Azərbaycanın Milli Qəhrəmanı və ya onların ailə üzvləri Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi Femida.az-a verilən məlumata görə, Milli Qəhrəmanlarımızdan 16 nəfərinin şəxsən özünə, digərlərinin isə həlak olduqları üçün ailə üzvlərinə Prezident təqaüdü ödənilir. Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərə və onların ailə üzvlərinə Azərbaycan Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanına əsasən, həmin ilin avqustun 1-dən Prezident təqaüdünün təyin olunmasına başlanılıb.

Məcburi köçkünlərin nəzərinə!

Fərarilik etmiş, il ərzində 182 gündən artıq xaricdə olmuş və deputat seçilmiş məcburi köçkünlərə müavinət verilməsi dayandırılacaq
 
Azərbaycanda məcburi köçkün statusu olan şəxslərə hansı hallarda yemək xərci üçün aylıq müavinət verilib-verilməyəcəyi müəyyənləşib.
 
Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bununla bağlı “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimatı” yeni redaksiyada təsdiq edib.

Hakimiyyət ciddi şəkildə Rusiya təbliğatına başlayıb

Zahid Oruc: «7 rayonun qaytarılması, Putinin masası üzərinə Azərbaycanla bağlı planların yatırılması haqqında deyilənlər əsassız deyil»
Hikmət Hacızadə: «Rusiya yalnız bir halda Qarabağı Azərbaycana güzəştə gedə bilər, o yol isə ölkəmizin suverenliyini tam formada itirməsinə aparır»

7.09.2015

“Layihəmizin səsi Britaniyanı tərpədibsə, deməli, hədəfə çatmışıq” - Nicat Dağlar

“Böyük Britaniyanın Sülh və Müharibələrin İşıqlandırılması İnstitutu dövlət sirri təşkil edən informasiyaları daha Azərbaycan mətbuatnda tapa bilmir...”
“Azərbaycan və Ermənistan jurnalistləri arasında informasiya mübadiləsini təşkil etmək kimi “incə” maraqlar güdən Britanıyanın Sülh və Müharibənin İşıqlandırılması İnstitutunun  həyata keçirdiyimiz layihəyə verdiyi reaksiyada təəccüblü heç nə yoxdur. Bu layihənin hədəfləri sözügedən institutun məqsəd və məramına ziddir. Biz bilirdik ki, gördüyümüz işin səsi çox-çox uzaqlara gedib çıxacaq və çıxdı da. Bu həm də hədəfə çatdığımıza işarədir”.

7.07.2015

Həmsədrlər Vaşinqtonda toplaşıb

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və İqor Popov (RF) Vaşinqtondadırlar. Bu barədə amerikalı həmsədr Uorlik “Twitter”dəki mikrobloqunda yazıb.
Onun sözlərinə görə, həmsədrlər ABŞ Müdafiə Nazirliyində və ABŞ Milli Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə müzakirələr aparacaqlar.

7.06.2015

Ermənistan iqtisadiyyatı defolt təhlükəsi qarşısında

Son illər Ermənistan hökuməti böyük həcmdə daxili və xarici borc yığır ki, bu da defolta səbəb ola bilər. Bu barədə Trend Ermənistanın "Aykakan jamanak" qəzetinə istinadən məlumat verir.

Qəzet yazır ki, rəsmi proqnozlara əsasən, 2015-ci ildə Ermənistanın dövlət borcu 4,9 milyard dollar təşkil edəcək, bu göstərici 2008-ci ildə 2,13 milyard dollar olub və bunun 1,82 milyard dolları xarici borcun payına düşüb: "Əgər 2008-ci ildə dövlət borcu ÜDM-in 18 faizini təşkil edirdisə, o, 7 ildə cəmi 2,5 dəfə artaraq 2015-ci ildə təqribən 44,5 faizə çatacaq".

Bahar Muradova ATƏT PA-nın iclasında erməni həmkarına cavab verib

“Azərbaycan İrəvan da daxil olmaqla, öz tarixi torpaqlarına qayıdacaq, buna əmin ola bilərsiniz”
“Münaqişələrin tezliklə həll olunması üçün səylərimizi birləşdirməli, ərazi bütövlüyü və suverenliyə hörmət əsasında mehriban qonşuluq münasibətlərini saxlamalıyıq”. 
 
APA-nın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova ATƏT PA-nın növbəti sessiyası çərçivəsində keçirilən müzakirələr zamanı deyib.
 
Onun sözlərinə görə, artıq münaqişələrin həlli prosesində danışıqlar üçün rəsmi dəstək və ya “həllinə ümid etmək kimi” ifadələr çərçivəsindən çıxmaq lazımdır: “Biz münaqişə zonalarında “status-kvo”nun qəbuledilməzliyi ilə bağlı praktiki addımlar atmalıyıq.  ATƏT və onun Parlament Assambleyası nə qədər ki, gec deyil hərəkət etməlidir. Münaqişələr nəticəsində öz evlərindən didərgin düşmüş milyonlarla insanın əzabının davam etməməsi üçün təcili addımlar atılmalıdır”.

18 nəfəri ilan sancıb


İyun ayı ərzində Azərbaycanda 18 nəfəri ilan sancıb.
Bu barədə APA-ya Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudovməlumat verib. Bildirib ki, zərərçəkənlərdən 12 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 2-si azyaşlıdır.

Rusiyanın erməni iddiasından yaratdığı böyük itki

Moskva  Qafqazda uzunmüddətli nə müharibə, nə sülh şəraitinə nail oldu
Bu günlərdə orta məktəbdə dərs aldığım ədəbiyyat müəllimimlə Ermənistandakı hadisələri müzakirə edirdik. Müəllimim ermənilərin 1988-ci ildə Dağlıq Qarabağı istəməklə çox böyük səhv etdiyini söyləyib dedi ki, həmin səhv bu gün də davam edir, ruslar onları o vaxt da, indi də istədikləri kimi oynadır. Səhvin nədən ibarət olduğunu soruşduqda müəllimim 30-35 il əvvələ ekskurs etdi: "1965-77-ci illərdə Sumqayıtda zavodda işlədiyimdən yataqxanada qalırdım. O zaman şəhərdə gəzərkən qarşına çıxan 3 adamdan biri erməniydi, amma yataqxanalarda onlara rast gəlməzdin, hamısı mərkəzdəki (İcra hakimiyyətinin ətrafı, 3-cü mikrorayon və s.) binalarda yaşayırdı.

"Siyasət soyuqbaşlı hesabat işidir" - Roznerdən Qarabağ açıqlaması


"Rusiya üçün Azərbaycanla münasibətlər Ermənistanla münasibətlərdən daha önəmlidir".
Strateq.az Anspress-ə istinadən xəbər verir ki, bu fikri Rusiyanın tanınmış jurnalisti və teleaparıcısı Vladimir Pozner bildirib. 
İrəvanda Rusiya şirkətinin elektrik enerıjisinin qiymətini qaldırmasından sonra başlanan etiraz aksiyasına toxunan Pozner Ermənistanla Azərbaycan arasında yaşanan Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Siyasət soyuqbaşlı hesabat işidir, milli marağın bu baxımdan dəqiq hesablanmasıdır”

Azərbaycan uğrunda ABŞ-Rusiya savaşı: İlham Əliyev hansı addımı atacaq?

ABŞ-Rusiya qarşıdurmasının şiddətlənməsi region ölkələrinə də təsir edir və post-sovet regionunda yeni siyasi situasiya yaradır.

Rusiyanın Qərblə aqressiv qarşıdurma vəziyyəti heç şübhəsiz ki, region ölkələrini, xüsusən də keçmiş sovet respublikalarını təsirləndirir. Ukraynada baş verənlər göstərdi ki, əslində Rusiya  -  ABŞ (Qərb) savaşının əsas meydanı post-sovet respublikalarıdır və biz böyük bir davanın içindəyik. 

Hal-hazırda ciddi ekspertlər regionun bir sıra ölkələrinin Vaşinqton-Moskva qarşıdurması ilə əlaqədar böyük risk daşıdığını və hətta işğal təhlükəsi altında olduğunu qeyd edirlər. Ancaq ümumilikdə yeni"soyuq müharibə” bütün dünyada, ələlxüsus da region ölkələrində ciddi təsir yaradıb. Nəzərə alsaq ki, hazırda hər keçən gün bu qarşıdurma daha da dərinləşir, o zaman sual yaranır, qarşıda daha hansı proseslər olacaq? Bizimçünsə təbii ki, ilk növbədə Azərbaycanla bağlı nüanslar daha maraqlıdır. 

7.02.2015

Azərbaycandan Böyük Britaniyaya nota

Məktubda separatçı rejimin başçısının Böyük Britaniyaya səfərinin hökumət tərəfindən təşkil edilmədiyi və onun Londonda olacağı müddətdə heç bir hökumət rəsmisi ilə görüşünün olmayacağı xüsusi vurğulanıb
Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq iyulun 1-də Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Böyük Britaniyaya səfəri və “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nda  8 iyul 2015-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirdə iştirak edəcəyi ilə bağlı Azərbaycan Respublikası Hökumətinin qəti etirazı bildirilib.

Qarabağda “ildırım sürətli” müharibə hazırlığı

Ermənistan fəlakətin bir addımlığında; Rusiya hərbi əməliyyatların ilk 3 saatında gözləmə mövqeyi tutarsa, işğalçı ordu layiqli cavabını ala və ağıllana bilər; Kreml satqınlığa meylli Sərkisyanın “qulağının kəsilməsində” niyə maraqlıdır? Dünya birliyi getdikcə daha yaxşı anlayır ki, Qafqaz kimi vacib bir regionda Azərbaycan, özündən qat-qat zəif və zəlil Ermənistana torpaqlarını heç bir halda güzəştə getməyəcək... 
Avropa Oyunları ərəfəsi cəmiyyətdə Ermənistanın bu mötəbər yarışa xələl gətirmək üçün cəbhədə təxribatlar törədə biləcəyi ilə bağlı narahatlıq vardı. Amma hələ bir neçə ay əvvəldən cəbhə xəttində üstünlüyü ələ alan Azərbaycan ordusu düşmənin təxribatlarına imkan vermədi. Avropa Oyunlarının açılış məşəlinin yandırılmasının torpaqlarımızın müdafiəsində gözünü itirmiş qazi İlham Zəkiyevə etibar edilməsi dünyaya bir mesaj oldu.

"Əmanətlərin geri çəkilməsi prosesi başlansa, bir çox banklar çökə bilər"

"Təəssüf ki, hökumət böhranı görmək istəmir və ondan yaranan fəsadlardan nəticə çıxartmır"
Beynəlxalq kredit reytinqi agentliyi “Moody’s” Azərbaycanın bank sisteminin reytinqinin proqnozunu “Stabil”dən “Neqativ”ə dəyişib. "Neqativ" (Mənfi) proqnoz o deməkdir ki, reytinq aşağı salına bilər. Bu barədə “Marja” “Moody’s”ə istinadən xəbər yayıb.
“Moody’s Investors Service” bildirir, aşağı neft qiymətləri və valyuta devalvasiyası bankların əməliyyat mühitinə, eləcə də aktivlərin keyfiyyətinə, kapital, gəlirlilik və maliyyələşdirilməsinə təsir edir.

7.01.2015

Mərkəzi Bank "Şübhəli və ümidsiz borclar üzrə Agentlik" yaratsın

Qubad İbadoğlu: “Kasıb vətəndaşlar çoxmərtəbərli borclarla özlərini yükləyərək, "quyunun dibi"nə düşüb”
Son günlər problemli kreditlərin silinməsi ilə bağlı müzakirələr daha da aktuallaşıb, mətbuatda bu istiqamətdə müxtəlif varinatlar müzakirə olunur. Onların içərisində ən cəlbedicisi və reallaşma dərəcəsi aşağı olan dövlətin həmin borcları silməsidir.
Bu barədə Facebook səhifəsində yazan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı  Qubad İbadoğlu Mərkəzi Bankın bu varianta üstünlük verəcəyinə ciddi şübhələri olduğundan təkliflərini bölüşüb.