- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

8.26.2015

BTƏ: Azərbaycan partlayışdan zərər görməyib

Azərbaycanın Dövlət Neft Şirkəti Qarsın Sarıkamış vilayətində partladılan Bakı-Tbilisi Ərzurum qaz xəttində təmir işlərinin bir neçə gün davam edəcəyini deyir.
Şirkətin sözçüsü Nizaməddin Quliyev BBC Azərbaycancaya deyib ki, indiki partlayış avqustun əvvəlində baş vermiş hadisəylə eyni yerdə meydana gəlib.
Ötən gecə Qarsın Sarıkamış vilayətində Bakı-Tbilisi Ərzurum qaz xətti partladılıb, Anadolu Agentliyi məlumat yayıb.

Qazaxda sakinlərindən ATƏT-in monitorinq qrupuna SƏRT SÖZLƏR -

ATƏT-in nümayəndələri Qazaxda kənd sakinlərinin iradlarını dinləməli olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 25-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Qızıl Xaç Dilqəm və Şahbazla görüşüb

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Apa-ya bildirib ki, başçəkmə avqustun 20-də olub.
BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb.

8.24.2015

Çörək almağa pul tapmayan Qarabağ döyüşçüsü...

“Heç olmaya süpürgəçi işi versinlər, çörək almağa pulumuz olsun” 

Vaxtaşırı mətbuatda Qarabağ müharibəsində iştirak etmiş döyüşçülərin hazırkı vəziyyəti haqda yazılar dərc olunur. Əksər döyüşçülər bu gün ağır durumda yaşayırlar. Xüsusilə də onlar sağlıq durumlarından, sosial vəziyyətlərinin ağırlığından şikayət edirlər. 

Belə vəziyyətdə olan keçmiş döyüşçülərdən biri də Vaqif Vəliyevdir. Musavat.com-un əməkdaşına qarşılaşdığı problemlərdən danışan 63 yaşlı müharibə iştirakçısı bildirib ki, acınacaqlı vəziyyətdə yaşayır. Şikayətçinin bildirdiyinə görə, xəstə olması ona işləməyə imkan vermir. Təqaüd yaşına çatsa da, haqqı olan təqaüdü ala bilmir. Getdiyi bütün qapılardan əliboş şəkildə geri döndüyünü söyləyir.

Mingəçevirdəki aksiya vaxtı "21 nəfər saxlanılıb"

Azərbaycanın qərbindəki Mingəçevir şəhərində 27 yaşlı gəncin polis bölməsində ölümündən sonra etiraz nümayişi keçirilib. Cümə axşamı polis idarəsində intihar etdiyi bildirilən Bəhruz Hacıyev dəfn olunub.
Turan agentliyinə əsasən şəhərə xüsusi polis dəstələri cəlb edilib. Daxili İşlər Nazirliyi hadisədən "sui-istifadə edən destruktiv elementlərin təhriki ilə" şəhərdə ictimai qaydanı pozmağa yol verməyəcəyini bildirir.
Şənbə günü nümayişə toplaşan etirazçılar «Qardaşımızın qanı yerdə qalmayacaq», «Qanını yerdə qoymayacağıq» şüarlarını səsləndiriblər.

Müdafiə Nazirliyi: 3 hərbi qulluqçu qəlpə yarası alıb

Əldə olunan məlumata əsasən erməni tərəfin 5 nəfər hərbi qulluqçusu öldürülüb və 8 nəfər yaralanıb
Avqustun 22-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs haqqında razılaşmanı pozaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Ağdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqelərini qəflətən iriçaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minaatanlardan atəşə tutublar.

«Ölkədə ikiqat devalvasiya gözlənilir»


Avqustun 24-də «Azadlıq»ın baş məqaləsi belə adlanır.
«Ərzaq məhsulları bahalaşandan sonra ölkədə dollar qıtlığı yaranıb. Buna səbəb hökumətin növbəti dəfə devalvasiyaya gedəcəyindən ehtiyat edən əhalinin sürətlə dollar toplamağa başlamasıdır. Doğrudur, Mərkəzi Bank yayılan məlumatları əsassız adlandırır. Bankın iddiasına görə, həm nağd, həm də qeyri-nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur», - qəzet yazır.

Təcili yardım binasında yaşayan məcburi köçkün ailələri

Göz açdığın ocaqdan körpəliyindən bəri nəm iyinin gəlməsi, suyun, elektrik enerjisinin fasilələrlə verilməsi, evin divarlarının torpaqlanması, tozun çoxluğundan tez-tez öskürmək adi həyatın bir parçasına çevriləndə, yaşın az olsa da, uşaq kimi yaşamırsan...
Bakı şəhəri 9-cu mikrorayonda yerləşən yarımçıq Təcili yardım binasında illərdir məcburi köçkün ailələri yaşayır.

8.06.2015

Sərhəd Qoşunlarının əsgəri şəhid olub

Dövlət Sərhəd Xidmətinin Naxçıvandakı “N” saylı hərbi hissəsində xidmət edən əsgər Tural Nizami oğlu Nuriyev şəhid olub.

Bu barədə Modern.az saytına şəhid əsgərin qohumları məlumat veriblər. Bildiriblər ki, Tural Nuriyev əsgəri borcunu yerinə yetirərkən Ermənistan ordusunun əsgərlərinin açdığı  atəş nəticəsində şəhid olub.
Hadisə iyulun 31-sə baş averib. Şəhidin dəfni isə dünən gerçəkləşib. Doğulduğu Cəlilabad rayonunda torpağa tapşırılan şəhidin dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli zabitləri,  Cəlilabad rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak ediblər.

8.05.2015

Şəhid anası başından yaralanıb, İcra Hakimiyyəti isə... - Bərdədə etiraz aksiyası

Ötən gün Bərdə rayonunda dövlət tərəfindən verilən mənzillərin paylanması zamanı yol verilən haqsızlıqlardan narazı qalan məcburi köçkünlər yenidən aksiya keçiriblər.
 
 Bərdə rayon sakinlərinin "Yeni Müsavat”a verdiyi məlumata görə, aksiyada 150 nəfərə yaxın məcburi köçkün iştirak edib. 
 
Xəbər verdiyimiz kimi, Bərdə Rayonu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 105 saylı peşə məktəbinin binasında məskunlaşan Ağdam, Ağdərə, Xocalı, Laçın, Kəlbəcər rayonundan olan məcburi köçkün ailələrinin evlə təmin edilməsini həyata keçirir. İndiyə qədər 125 ailə mənzillə təmin olunsa da, lakin 30-a  yaxın ailə isə müxtəlif  səbəblərdən mənzillə təmin olunmayıb.  Nəticədə həmin ailələr etiraz aksiyası keçirməklə məsələni ictimailəşdirmyə çalışıblar.  

Məcburi köçkünlərin etirazı skandal yaratdı - İcra başçısına xəbərdarlıq edildi

Mingəçevir İcra Hakimiyyəti ilə bu şəhərdə məskunlaşan məcburi köşkünlər arasında ciddi problem yaşanır

Belə ki, bir neçə gün öncə Azmedia.İnfo-nun yaydığı məlumatda bildirilirdi ki, icra hakimiyyəti və "Qaçqınkom"un yerli şöbəsi ilə məcburi köçkünlər arasında yaşanan bu qarışıdurma ciddi rezonas doğurub. 

Hadisənin səbəbi isə məhz sözügedən qurumların özbaşınalığından qaynaqlanır. Belə ki, şəhərin girəcəyinin solunda məcburi köçkünlər üçün çoxmərtəbəli binalar tikilib. Bu ilin əvvəllərində onların həmin binalara köçürülməsi planlaşdırılsa da, sonradan “Bakı 2015″ Brinci Avropa Yay Oyunlarının bəzi yarışlarının Mingəçevirdə keçirilməsi və bu yarışa qatılan idmançıların bir müddət həmin binalarda yerləşdirilməsi bu planı bir qədər təxirə salınıb. 

Bakıda evi erməni tərəfindən ələ keçirilən vətəndaşın dramı...

“Təsəvvür edirsiniz, məmurlar ermənini, həm də qanunsuzluq edən ermənini müdafiə edirlər...”

O, artıq üç ildir ki, küçələrdədir. Daha çox Dənizkənarı Milli Parkın ərazisində görmək olar, istirahət etmir, qəzet satır. Gün çıxandan gün batana qədər qəzet satan 65 yaşlı bu adam gecə getməyə yeri olmadığından, yay-qış elə parkın ərazisində də gecələyir. Getməyə yeri yoxdur deyəndə... paytaxtda, Bakıda yaşadığı evini bir neçə il əvvəl erməni əlindən alıb. Onu isə üç il əvvəl döyüb küçəyə atıblar. Hazırda iş məhkəmədədir...

Güllə altında çörək qazananlar

8.04.2015

Qarabağ azad olunur: Bakının bir ay vaxtı var

Vaşinqton Dağlıq Qarabağı qaytarır? ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Moskva səfərindən sonra “İşğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır” deyə konkret mövqe nümayiş etdirməsi bir sıra suallara yol açdı.   

Ötən həftə baş verən proseslər də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni proseslərin baş verdiyini göstərir. Xüsusilə iki səfər diqqət çəkdi.   

Azərbaycan müdafiə naziri Zakir Həsənov Moskvaya səfər etdi. Bakı ilə Moskva arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir və bu cür səfərlər normal hal hesab olunur. Lakin Rusiyanın forpostu olan Ermənistanın müdafiə nazirinin birinci müavini David Tonoyanın eyni ərəfədə Vaşinqtona getməsi diqqətlərdən yayınmadı.   

“Mən necə dolanım, cənab prezident?”

İsmayıllıdan olan tarix müəllimi Ilham Əliyevdən yardım istəyir
«Dəfələrlə Bakıda və Ismayıllıda «qul bazarı»na çıxıb iş axtarmışam, amma tapmayıb peşman halda qayıtmışam...»
Ismayıllı rayonunun Qubaxəlilli kənd sakini, tarix müəllimi Vüqar Vaqif oğlu Hüseynov dövlət başçısı da daxil olmaqla, bir sıra dövlət strukturlarına ünvanladığı məktubun surətini “Azadlıq”a da göndərib. Müəllim həmin məktubda özünün və ailəsinin acınacaqlı vəziyyətindən bəhs edir. Məlum olur ki, Vüqar müəllim deputat Hadı Rəcəblinin tövsiyəsinə uyğun olaraq, məktəbdən sonra qalan vaxtlarında fəhləlik eləməyə də razıdır. Hətta bu məqsədlə yay tətilində paytaxtda rayondakı “qul bazarına” da gedib, amma orada da iş tapa bilmir.

8.03.2015

Fazil Mustafa: “Real təhlükə artıq qapıdadır”

“Bəzi insanların həbsdə saxlanması yaxşı hal deyil” 

Parlament seçkisi ilində, xüsusilə də seçkilərə 90 gündən də az zaman qalması şəraitində Azərbaycanın siyasi gündəmini tamam ayrı mövzular zəbt edib. Uzaq-yaxın demokratik ölkələrin təcrübəsində isə seçkilər ölkə vətəndaşının taleyüklü məsələsi olduğu üçün aparıcı mövzu olur və digər məsələlər arxa plana keçir. Böyük Quruluş Partiyasının (BQB) sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a müsahibəsində bu situasiyanın obyektiv və subyektiv səbəbləri barədə danışdı.

Almaniya Dağlıq Qarabağ məsələsində Azərbaycana qarşı

Almaniyanın ictimai yayım şurasının orqanı olan “Alman dalğası” radiostansiyası Dağlıq Qarabağ məsələsində Azərbaycana qarşı açıq-aşkar düşmənçilik mövqeyi nümayiş etdirib.
Virtualaz.org xəbər verir ki, insan haqları və mətbuat azadlıqları kimi problemləri bəhanə edərək davamlı olaraq Azərbaycana qarşı gözdənsalma kampaniyası aparan Almaniyanın siyasi dairələrinin mövqeyi növbəti dəfə özünü bu radiostansiyanın işğal altındakı ərazilərimizdən hazırladığı reportajda göstərib. Çünki söhbət sıradan alman KİV-lərindən birindən deyil, məhz “Alman dalğası”ından gedir və bu radiostansiyanın mövqeyini rəsmi Berlinin mövqeyi hesab etməkdə yanılmırlar.