- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

9.09.2015

Tovuz: hörülən divarlar "təsəlli deyil"

Tovuzun cəbhə xətti yaxınlığında yerləşən Əlibəyli kəndində yollar və evlərin qarşısına daş divarlar hörülür, sakinlər deyir.
Divarlar, ötən həftə atəşkəsin pozulması nəticəsində sakinlərin yaralanması və evlərin dağılmasından sonra tikilir.
Cəbhə xəttindən 300-400 km uzaqlıqda yerləşən və yüzlərlə ailə yaşayan Əlibəyli kənd sakinlərinin fikrincə, bu divarlar "qoruyucu ola bilməz".
Deputat Aydın Mirzəzadə isə divarların çəkilməsinin təhlükəni "müəyyən qədər" azaltmağa xidmət etdiyini deyir.

Bundan əvvəl, Ağdam və Tərtərin bəzi kəndlərindəki yaşayış evlərinin qarşısında mühafizə divarları inşa olunub.
Əlibəyli sakini Çingiz Babayev BBC Azərbaycancaya bildirib ki, cəbhə xətti boyunca "məktəbə gedən yollar, eləcə də bəzi evlərin qarşısında yerdən asılı olaraq 3-4 metr hündürlüyündə hasarlar çəkilir".
Lakin bu divarlar sakinlər üçün təsəlli hesab edilə bilməz, o belə hesab edir. "Daş divarlar qoruyucu deyil axı, bununla təsəlli tapmaq da olsun".
Ötən həftə sakinlər BBC Azərbaycancaya deyib ki, atəş başlayanda onlar kəndin daha təhlükəsiz ərazilərinə gedir və vəziyyət sakinləşəndən sonra geri qayıdırlar.
Lakin sakinlərin sözlərinə görə, son iki gündə vəziyyət sakitləşib.
Mühafizə divarlarının çəkilməsinə "böyük ehtiyac olduğunu" deyən deputat Aydın Mirzəzadə qeyd edir ki, müharibə şəraitində olan ölkələr arasında sədlərin çəkilməsi dünya təcrübəsində mövcuddur.
"Divarlar kəndin vaxtaşırı Ermənistan tərəfdən atəşə tutulmasının və kəndə keçən kəşfiyyat-təxribat qruplarının qarşısını alacaq, kənd istiqamətində və kənddə olan nəqliyyatın təhlükəsiz hərəkəti təmin ediləcək".
Lakin iqtidar partiyasının nümayəndəsi, cənab Mirzəzadə hesab edir ki, bu yolla "təhlükənin qarşısını tam almaq qeyri-mümkün olsa da, ümumi təhlükənin xeyli azaldılmasına imkan verəcək".
Əhalinin qorxu hiss etməsiylə bağlı cənab Mirzəzadə qeyd edir ki, münaqişə həll edilməyənədək təhlükə hər zaman var.
"Amma bu təhlükənin qarşısını almaq üçün Azərbaycan Ordusu ordadır, Azərbaycanın hazırlıqlı hərbçiləri, müasir silahları və bərkidilmiş cəbhə xətti bu təhlükəni xeyli azaltmağa imkan verir", deputat qeyd edib.
Ermənistanla Azərbaycan arasında 20 ildən çoxdur ki, beynəlxalq birliklər tərəfindən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağ uğrunda münaqişə davam edir.
Münaqişə 1994-cü ildə bağlanan atəşkəslə dondurulsa da, hər il atəşkəs pozulmasından hər iki tərəfdən onlarla mülki vətəndaşın yaralanması məlumatları paylaşılır. Atəşkəsin pozulmasına görə tərəflər bir-birini ittiham edir.
http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150907_tovuz_security_walls 

Комментариев нет:

Отправить комментарий