- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

9.09.2015

Əvəz Həsənov: “İstər Avropa Birliyi, istər Avropa Şurası seçkilərlə bağlı lazım olan mərhələnin böyük bir hissəsini buraxıb”

Avropa Şurası Parlament Assambleyası Bürosunun bu gün keçirilən iclasında Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərmək barədə qərar qəbul edilib. Missiyanın tərkibinə AŞPA-nın 13 üzvü daxildir.

Mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşən hüquq müdafiəçisi Əvəz Həsənov bildirib ki, hökumət seçkiyə qədər olan müddəti udub:“Ümumiyyətlə bir məsələni bilmək lazımdır ki, hər hansısa xarici təşkilatın keçirilən seçkilərə təsir etmək fikri varsa, onu seçkilərdən 6 ay öncə ölkədə müəyyən aktivlik etməyə başlayır.
İndi isə parlament seçkilərinə çox qısa müddət qalıb. İstər Avropa Birliyi, istər Avropa Şurası lazım olan mərhələnin böyük bir hissəsini buraxıb. Onlar ölkəyə sadəcə müşahidəçi missiyası ilə gəlir. Müşahidəçi missiyası seçkinin nəticələrinə təsir edə biləcək hər hansısa bir səlahiyyətlərə mandatı olmayacaq. Onlar ümumi prosesin nəticəsini ortaya qoyacaq. Bəzən bəlli olur ki, Azərbaycanda seçki prosedurları o qədər də kobud pozuntularla keçmir. Çünki, hakimiyyət seçki kompaniyası müddətini, namizədlərin seçicilərlə görüş vaxtını azaldıb. Hakimiyyət artıq bütün hazırlıqlarını seçkiyə qədər görür. Seçki prosesində hansısa qanun pozuntusuna yol verməyin hakimiyyət heç marağında da deyil. Düşünürəm ki, AŞPA gələcək və kiçik pozuntularla seçkini müşahidə edəcək. AŞPA gördüklərini bəyan edəcək və düşünürəm ki, gördükləri o qədər də pis olmayacaq. Bu baxımdan AŞPA-nın seçkinin nəticələri ilə bağlı hansısa ciddi iradlarının olacağına inanmıram. Çünki, formal olaraq parlament seçkilərinə partiyalar öz namizədlərini irəli sürüblər. Seçkilərdə müxtəlif partiyaların da namizədlərinində iştirakına hökumət şərait yaradacaq. AŞPA-nın ölkəyə gəlişi baş verən prosesləri təsdiq edən bir fəaliyyət kimi dəyərləndiriləcək. Hökumət seçkiyə qədər olan müddəti udub. Seçkiyə 1-2 ay qalıb, proses çox sakit gedir, heç bir ciddi iradlar yoxdur. Hakimiyyət bundan sonra ciddi səhflərə yol verəcəyinə inanmıram”.

http://deyerler.org/273841-zhvjz-hjsjnov-vdstjr-avropa-birliyi-istjr-avropa-eurasd-segkiljrlj-badld-lazdm-olan-mjrhjljnin-bgygk-bir-hissjsini-buraxdbv.html

Комментариев нет:

Отправить комментарий