- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

9.25.2015

Əvəz Həsənov: “Qərbin Azərbaycanı bu asanlıqla itirməsi inandırıcı deyil”

AŞPA nümayəndə heyyəti Azərbaycana səfəri çərçivəsində ölkə KİV rəhbərləri və siyasi müxalifətlə görüşüb. Amma KİV və siyasi müxalifət nümayəndələri bu görüşdən nikbin ayrılmayıblar. Belə ki, baş tutan görüşü formal xarakterli olduğunu qeyd edirlər. AŞPA-nın bu seçkilərdə rolunun neqativ olacağını deyənlər dә var.
Hüquq müdafiəçisi Əvəz Həsənov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, ATƏT imtina etdikdən sonra AŞPA-nın ciddi bir səlahiyyətә sahib olacağı inandırıcı deyil: “AŞPA nüməyəndə heyyəti seçki prosesini öyrənməyə gəlib. Bu nüməyəndə heyyətinin tərkibi ilə tanış oldum.
  
Çox ciddi gözləntilərim yoxdur. AŞPA nümayəndələrinin hökumətlə hər hansı danışıqlar apardığını düşünmürəm. Məncə bu səfər o qədər də ciddi alınmadı. Sadəcə onların borcudur ki, Azərbaycanla bağlı öz faktlarını ortaya qoysunlar. Səfər də bu baxımdan reallaşıb. Bu növbəti müzakirələrdə məruzə edilməsi üçün edilən səfərdir”.
Ə.Həsənov Azərbaycan və Qərb münasibətlərinə fikir bildirərkən deyib ki, Qərb Azərbaycana qarşı aqressiv deyil: “Qərbin Azərbaycanda bir neçə hakimi özünün bəyənatına salması o demək deyil ki, onlar Azərbaycanı itirmək istəyirlər. Hal-hazırda Qərb Azərbaycanı yaxında tutmaq istəyir. Çünki, Azərbaycanda Rusiya ilə bağlı danışıqlar prosesi sürətlә gedir.
Azərbaycan Qərbə qarşı aqressiv münasibət sərgiləyir. Çünki, onların insan haqları, seçkilər və demokartiya ilə bağlı dedikləri xoşumuza gəlmir. Biz onlardan qaçırıq. Milli Məclisin aqressiv bəyanatı fonunda Avronestin mülayim bəyanatına diqqət edək. Əslində Qərb çox maraqlıdır ki, Azərbaycan onun yanında olsun. Azərbaycan özünü müstəqil siyasət yeridən bir ölkə kimi tanıtmaq istəyir. Amma bu nə Rusiya tərəfindən, nə də Qərb tərəfindən qəbul edilmir. Qərb bu asanlıqla Azərbaycanı itirə bilməz”.
http://m.deyerler.org/

Комментариев нет:

Отправить комментарий