Bakı-APA. Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin KİV-də geniş məqalə ilə çıxış
edib.
Azərbaycan
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya daxil olan məlumata
görə, Argentinanın “La Nacion” qəzetində səfirin erməni təcavüzünə dair növbəti
yazısı dərc olunub.
Yazıda
Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı məlumat verilib. Buranın Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış ərazisi olduğu, qondarma "Dağlıq Qqarabağ
Respublikasının" Ermənistanın Azərbaycana qarşı təcavüzünü ört-basdır etmək
üçün qanunsuz olaraq yaradıldığı və heç bir ölkə tərəfindən tanınmamış
separatçı rejim olduğu vurğulanıb.
Diplomat
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi barədə də qeyd edib. O
yazısında vurğulayıb ki, Dağlıq Qarabağa azərbaycanlılar qaytarıldıqdan sonra hər
iki icma Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək muxtariyyət, sülh və
ləyaqətlə yaşaya bilərlər. Məsələnin yalnız bu cür həlli ədalətlidir və beynəlxalq
təşkilatlar tərəfindən qəbul olunmuş çoxsaylı sənədlərə, beynəlxalq hüquqa, BMT
Nizamnamasinə və Helsinki Yekun Aktına uyğundur.
Комментариев нет:
Отправить комментарий