- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

11.04.2014

Donorlar QHT-lərlə necə işləyə bilər? – Analiz və Tövsiyyələr

“Region” Beynəlxalq Analitik Mərkəz (RBAM) və İnsan Hüquqları və Maarifçilik İB-yi donorlarla bağlı vətəndaş cəmiyyətində yaranan yeni situasiyaya uyğun analiz apararaq donorlar üçün təkliflərlə çıxış edib – Analiz və Tövsiyyələr
Tarixə ekskursiya
Vətəndaş cəmiyyəti quruculuğu prosesi Azərbaycanın müstəqil dövlət quruculuğu ilə paralel başlayıb. Vətəndaş cəmiyyətinin aparıcı subyektlərindən olan QHT-lərin formalaşması öz tarixini, məhz elə bu mərhələ ilə başlayır. QHT-lərin kəmiyyət və keyfiyyətcə artımı, bir institut kimi formalaşması prosesi də 90-cı illərin ortalarında daha geniş yayılmağa başlayıb və əsrin sonuna yaxın artıq oturuşmuş bir struktura çevrilib.

Allahşükür Paşazadə girov götürülmüş azərbaycanlıların azad olunmasına çalışır

Şeyx bu məsələni erməni katolikosu ilə görüşündə müzakirə edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ermənilər tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından danışıb.

İlqar Məmmədov əfv ərizəsi yazmayacaq

REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədov əfv ərizəsi yazmayacağını bildirir. Bunu cənab Məmmədov noyabrın 1-də REAL-dan olan həmkarlarına söyləyib. Bu barədə hərəkatın üzvü Azər Qasımlı noyabrın 2-də facebook səhifəsində yazıb.

İstinad divarı arxasında həyat

Qarabağ əlili icra hakimiyyətinin önündə dilənir

Azərbaycanlıların “nisyə” həyatı

Bədbəxt ölkələrin siyahısı - Azərbaycan 38-cidir

ABŞ-ın 'Cato Institute' Tədqiqat Mərkəzi ən bədbəxt ölkələrin reytinqini açıqlayıb.

'Qafqazinfo' 'Media forum'-a istinadən xəbər verir ki, bədbəxtlik indeksi inflyasiya və işsizlik dərəcəsinə, ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcminə əsaslanır. Reytinq cədvəlinə 109 ölkənin adı düşüb.

Ən bədbəxt ölkələr siyahısında Suriya, Venesuela, Sudan və İran ilk pillələrdə yer alıb.

11.02.2014

Adı əsir, itkin və girov düşənlərin siyahısında olan şəxslərdən birinin sağ olduğu məlum olub

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2013-cü il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 25 nəfərin taleyinə aydınlıq gətirilib. Komissiyadan APA-ya verilən məlumata görə, taleyinə aydınlıq gətirilən 25 nəfərin adları itkinlərin siyahısından çıxarılıb. Həmin şəxslərdən 1 nəfərin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 19 nəfərin isə siyahılardan təkrar keçdiyi müəyyən edilib.

Azərbaycanın Argentinadakı səfiri Dağlıq Qarabağ problemi ilə bağlı məqalə yazıb

Bakı-APA. Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin KİV-də geniş məqalə ilə çıxış edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Argentinanın “La Nacion” qəzetində səfirin erməni təcavüzünə dair növbəti yazısı dərc olunub.

Yazıda Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı məlumat verilib. Buranın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğu, qondarma "Dağlıq Qqarabağ Respublikasının" Ermənistanın Azərbaycana qarşı təcavüzünü ört-basdır etmək üçün qanunsuz olaraq yaradıldığı və heç bir ölkə tərəfindən tanınmamış separatçı rejim olduğu vurğulanıb.

10.31.2014

Mülkiyyətə çevrilməyən prezident hədiyyəsi


“Bu yer bizə 1997-ci ildə verilib. Suraxanı rayonu Bahar qəsəbəsində Qarabağ qazilərinin təsərrüfatla məşğul olması üçün verilən torpaqdan söhbət gedir. Sənədi keçmiş mer Rafael Allahverdiyev imzalayıb. 2001-ci ildə Qarabağ Əlilləri Cəmiyyəti dağıldı. Onun varisi Vətən müharibəsi Veteranları, Şəhid ailələri İctimai Birliyi yarandı. Təsərrüfat bölündü. İndi biz bu təsərrüfatdan istifadə edə bilmirk”, –1-ci qrup Qarabağ qazisi Loğman Paşayev deyir.

Ədalətsiz ev bölgüsü


“Evim olmadığına görə ailəm dağıldı, indi Tər-Tərin mərkəzində 3 kvadratmetrlik otaqda yaşayıram, buna yaşamaq demək olarsa”, - dərindən ah çəkib bizi qaldığı otağa dəvət edir. Balaca, pəncərəsindən içəri gün düşməyən, təmirsiz və rütübətli daracıq otaqda yaşayır. Bura otaq demək də mümkün deyil. Ev əşyası yalnız bir çarpayıdan ibarətdir. Mətbəxi, hamamı hətta tualeti belə olmayan bu otaqda sağlamlığını vətənin müdafiəsi üçün itirən Qarabağ müharibəsi əlili İsmayıl İsmayılov yaşayır...

8.04.2014

Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması



Azərbaycan Respublikasının Dövlət Neft Fondu 2001-ci ildən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə vəsait ayırır. Bu dövr ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, İmişli, Göygöl, Bərdə, Oğuz, Şəki, Gədəbəy, Saatlı, Hacıqabul rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax, Balakən şəhərlərində, Mehdiabad, Ramanı, Müşviqabad, Masazır, Pirşağı, Fatmayı və Ümid qəsəbələri ərazisində qaçqın və məcburi köçkünlər üçün hündürmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilmişdir.

8.01.2014

Məcburi köçkünlər aldıqları evləri sata bilərmi?



Bir nəfər yazırdı ki, məcburi köçkün qohumunun həyat yoldaşı xəstədir və təcili pula ehtiyacı var. Amma işləmədiyi üçün kredit götürə bilmir, borc almağa imkanlı qohumu da yoxdur. Həmin şəxs sual verirdi ki, qanunla qohumu dövlətin ona verdiyi evi satma hüququna malikdirmi? Açığı, bu suala mən də birmənalı cavab verə bilmədim. Həmin şəxs onu da bildirmişdi ki, qohumu evini satma məsələsi ilə bağlı dost-tanışa müraciət etsə də, ona müsbət cavab verən olmayıb. Lakin qohumunun Ermənistandan gələn qaçqın tanışlarından biri ona verilmiş evi satıb: “Ona görə qohumum çaşıb qalıb ki, biz evimizi sata bilərik ya yox”.