“Birdən güllə dəydi. Huşumu itirdim. Sonra bilmirəm nə oldu. Heç
yaralandığımı doğru-dürüst anlamadım. Huşsuzdum, üzümü kimsə şillələyirdi. Gözümü zorla açdım. Qarayanız biri idi. Elə bildim özümüzünkülərdir.
Gördüm ətrafımdakılar başqa dildə
danışır. Anladım ki, işlər pisdir...”
Bunları ömrünün iki ilini əsirlikdə keçirən Aqil Əhmədov deyir. Danışdıqca əllərinin qeyri-iradi titrəyişi, baxışlarının uzaq naməlum nöqtələrə zillənməsi onun həyəcanını, yaşanmışların içində buraxdığı xofu sezdirir.
Bunları ömrünün iki ilini əsirlikdə keçirən Aqil Əhmədov deyir. Danışdıqca əllərinin qeyri-iradi titrəyişi, baxışlarının uzaq naməlum nöqtələrə zillənməsi onun həyəcanını, yaşanmışların içində buraxdığı xofu sezdirir.
Əslən Zaqatala rayonundandır. Deyir ki, 1995-ci ildə elə Zaqatala Rayonunda hərbi komissarlığa çağırılıb. Ordan da həmin dövrdə Səlyanda yerləşən Xüsusi Təyinatlı Hərbi hissəyə yönləndirilib. Həmin hərbi hissədən də 1997-ci ildə 8 nəfərlik qrupla kəşfiyyata göndərilib. Aqil Əhmədov deyir ki, Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin tapşırığı ilə qrup şəklində xüsusi döyüş tapşırığını yerinə yetirərkən əsir düşüb. Elə orada öyrənib ki, özü ilə kəşfiyyata çıxan digər 7 yoldaşı həlak olub.
“Yarama baxdılar, bir həftə, ya on gün müalicə etdilər. Sonra saldılar kameraya. Bura “izolyator” desək daha doğru olardı. Pəncərəsi yox idi. Orada məni boş dəmir çarpayı, qara divarlar gözləyirdi. Quru dəmirin üstündə yatırdım. Üstümə atmağa heç bir əski parçası da yox idi, çox üşüyürdüm. Sonralar “Qızıl Xaç” gətirib ədyal verdi. Ondan sonra canım bir az isindi”.










