Aprelin 22-də Bakı ağır Cinayətlər məhkəməsində hüquq müdafiəçisi İntiqam Əliyevə hökm oxundu. O, 3 il dövlət və bələdiyyə qurumlarında rəhbər vəzifə tutmaq haqqından məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. O, 2014-cü il avqustun 8-də həbs olunub və vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunurdu.
Bu qərar beynəlxalq təşkilatlar tərəfindən pisləndi. Amnesty İnternational bu qərarın hakimiyyətin Avropa Oyunları ərəfəsində bütün tənqidçilərini susdurmaq cəhdi olduğunu bildirib.












