- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti
Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"
5.06.2015
“Qarabağ və Krımın işğalı eynidir” - Ruslana
“Gəldilər və bizim torpaqlarımızı zəbt elədilər. Bu məsələlərdə birmənalı olaraq paralellik var. Qarabağ və Krımın işğalı eyni dəst-xətdir”.
“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın xalq artisti, tanınmış ictimai-siyasi xadim, “Eurovision” musiqi yarışmasının qalibi Ruslana vesti.az saytına müsahibəsində Krım və Dağlıq Qarabağ münaqişələri arasında paralellik apararkən bildirib.
Neftin qiyməti ilin rekordını qırdı
Bu gün neftin qiyməti 69 dollara yüksələrək illik rekordunu qırıb.
Regioninfo xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,52 dollar artaraq 61,92 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,56 dollar artaraq 69,08 dollar olub.
Qaçqınkom haqqında şok iddia...
Üstündən bir il keçməmiş yeni salınmış şəhərcikdəki məcburi köçkünlərə verilən evlərin acınacaqlı durumu barədəModerator.az-a çoxsaylı fotolarla bərabər şikayət məktubu daxil olub.
İddia olunur ki, Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş qəsəbədəki özbaşınalıqdan səlahiyyət sahibləri nəinki narahatlıq keçirmir, əksinə, etiraz edənləri aşağılayıcı ifadələrlə ələ salırlar:
5.05.2015
Putin azərbaycanlı milyarderi sevindirdi
Rusiya prezidenti Vladimir Putin neft şirkətlərinə Baltik dənizində hasilat işlərinə başlamasına icazə verib.
Bu barədə Rusiya prezidenti qanun imzalayıb. Belə ki, əgər şirkət 2008-ci ilə qədər bu sahədə yeraltı geoloji tədqiqat aparılmasına dair rəsmi icazə alıbsa, onda həmin şirkətlərə hasilata görə də lisenziyanın verilməsi zəmanəti verilib.
Bu isə o deməkdir ki, Rusiya qanunvericiliyi hasilatla məşğul olan şirkətlərin bir çoxunun fəaliyyətini məhdudlaşdırır.
"Yaxın 10 il ərzində dünyada qadınlar güc strukturlarında daha çox təmsil olunacaq"
Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənovun Azərbaycanda qadınların nə zamansa müdafiə naziri postuna gətiriləcəyinin mümkün olub-olmadığı barədə fikrini öyrəndi.
Ə.Həsənov qeyd etdi ki, Müdafiə Nazirləri postuna qadınların təyin olunması yeni bir trend olduğundan hələ ki, cəmiyyət tərəfindən bu vəzifəni icra edən qadınlara ciddi münasibət yoxdur. Lakin, nəzərə almaq lazımdır ki, bu ənənə davam edəcək və yaxın 10 il ərzində dünyada qadınlar güc strukturlarında daha çox təmsil olunacaqlar. Onu deyə bilərəm ki, artıq Gürcüstanda bu posta qadın təyin olunub. Norveç, İsveç, Hollandiya və Almaniyanın müdafiə nazirləri də qadınlardır. Almaniyanın 55 yaşlı Müdafə Naziri Ursula von der Leyen yeddi uşaq anası olmasına baxmayaraq ən populyar namizdələrdən biri kimi bu vəzifəyə təyin olundu.
5.02.2015
Freedom House Azərbaycanı mətbuatı "azad olmayan" ölkələrə aid edib
İnsan haqları üzrə Freedom House təşkilatınınn sonuncu hesabatında Azərbaycan mətbuatı azad olmayan ölkələr siyahısına aid edilib.
ABŞ-da mənzilllənən kampaniya qurumunun 199 ölkəni əhatə edən hesabatında 63 ölkə azad, 71 ölkə qismən azad, 65 ölkə isə azad olmayan mətbuata sahib kimi qeyd edilib.
Hər bir ölkə və ərazi üçün Azad, Qismən Azad və ya Azad olmayan statusunun təyin edilməsi üçün, 100 xallıq şkala təyin edilib.
“Hakimiyyət başını itirib”
“Bir tərəfdən Avropaya qarşı müharibə elan olunur, digər tərəfdən Avropa Oyunları üçün ölkə vətəndaşları aşağılanır”
Cəmil Həsənli: “Olmayan
ofisdən nəyinsə koordinasiya
edildiyini demək savadsızlıqdan daha çox sərsəmlikdir”
Hakimiyyət isterik durumdadır, kor-koranə şəkildə
saga-sola “zərbələr” endirir, demokratiya tələbləri
artdıqca hər kəs gözünə düşmən kimi görünür. Ötən ildən başlanan “əcinnə ovu” davam edir. Son günlər ABŞ hədəf
seçilib. Hakimiyyətin nəzarətində olan bütün media qurumları bu ovqata köklənib,
düşmən
axtarışındadır. Gündəmdə olan məsələlərlə bağlı Milli Şuranın sədri Cəmil Həsənli “Azadlıq”ın suallarını cavablandrıb.
Azərbaycanlıların yandırılmasından yazan erməni jurnalist danışdı
Virtualaz.org saytı dünən erməni jurnalist Mane Papyanın 80-ci illərin sonlarında Ermənistanda baş vermiş qanlı hadisələrdən bəhs edən sensasion araşdırmasını dərc etmişdi.
M.Papyanın ciddi riskə gedərək apardığı araşdırmanın nəticələri də bir daha və birmənalı şəkildə təsdiq edir ki, Ermənistanda azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsi və deportasiya edilməsi hələ Sumqayıt hadisələrindən də xeyli əvvəl başlayıb, bu prosesin özü isə Moskva tərəfindən təşkil və idarə olunub.
Prezident Avropa Oyunlarının xərcini açıqladı
“Ümid edirik ki, Birinci Avropa Oyunları bütün Avropa idmançılarının ümumi bayramına çevriləcək. Bu bizim üçün böyük məsuliyyətdir”.
“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində deyib. Prezident qeyd edib ki, Azərbaycan bu Oyunların keçirilməsinə yeganə namizəd idi: “Ümumiyyətlə, əgər o zaman buna razılığımızı verməsəydik, yəqin ki, bu, ideya olaraq qalacaqdı. Mən bu ideyaya həmişə dəstək verən Avropa Olimpiya Komitəsinin Prezidenti cənab Patrik Hikkinin müstəsna rolunu qeyd etmək istəyirəm. Bu bizim üçün böyük məsuliyyət idi, lakin bizi daha böyük - Olimpiya Oyunları ilə müqayisəyə gələn Avropa Oyunlarını 2,5 ilə və hətta daha az müddətə keçirmək şərəfi gözləyirdi. 6 mindən çox idmançı, idmanın 20 növü”.
Qızı “yox” cavabına görə öldürən oğlan- “Bıçaq qırıldı, yoxsa...”
Bakının Nizami rayonunda 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Babayeva Aytac Nazim qızını qətlə yetirən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.
“Qafqazinfo”nun report-a istinadən məlumatına görə, Nizami rayon Məhkəməsinin qərarı ilə cinayəti törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Hüseynov İzzət Natiq oğlu 3 ay istintaq dövrü müddətində həbs edilib.
Подписаться на:
Сообщения (Atom)
.jpg)









