- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

9.15.2015

Ata-anası çanta ala bilmədi, şagird özünü asdı

Dünən İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
12 yaşlı məktəbli yeni dərs ilinin başlamasına bir gün qalmış özünü asaraq intihar edib.
İsmayıllı Rayon Polis Şöbəsindən verilən məlumata görə, intihar edən 2003-cü il təvəllüdlü İsmət Qismət oğlu Əsədovdur. O, özünü yaşadığı evin həyətindəki anbarın çardağından asıb. İntiharın dəqiq səbəbi hələlik bəlli deyil, araşdırma aparılır.

Bu gün Bakının azad olunduğu gündür

97 il öncə Qafqaz İslam Ordusu paytaxtımızı düşmənlərdən azad edib.
15 sentyabr Bakının erməni-bolşevik işğalından azad edildiyi gündür. 97 il öncə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycanın düşmənlərdən azad edilməsi prosesini başa çatdırdı.

Rayon maşınlarına qadağa başlayır

Sentyabrın 15-də səhər saatlarından etibarən rayon qeydiyyatında olan minik avtomobillərinin gündüz saatlarında Bakıya buraxılmaması ilə bağlı qayda qüvvəyə minəcək.
Bu, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 23 iyul 2015-ci il tarixli Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında qərarına əsasən həyata keçiriləcək.
Bir müddət əvvəl bu barədə jurnalistlərə açıqlama verən baş nazirin müavini Abid Şərifov, "sadəcə insanların təhlükəsizliyi, rahatlığı barədə düşünürük" deyə şərh verib.

Azərbaycanda əlillik müddətsiz təyin ediləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. 
Sənəddə deyilir: 
"Azərbaycan Respublikasında vətəndaşların əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, habelə əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) yaradılsın.

9.14.2015

Qarabağ iki şərtlə azad olunur – Rusiyadan ŞOK AÇIQLAMA

“Putinlə Sarkisyanın Moskva görüşü bu yaxınlarda İrəvanda baş qaldıran etirazlara və Qarabağla bağlı Rusiyanın yeni planlarına həsr olunmuşdu”.XeberXetti.az xəbər verir ki, bu barədə rusiyalı analitik Vitali Arkov deyib.
Onun fikrincə, Sarkisyan Rusiyanı xalqın etirazları ilə şantaj etməklə əslində odla oynayır: “Hesab etmək olar ki, budəfəki etirazlar da İrəvan hökumətində hazırlanıb. Lakin bu dəfə Sarkisyan nəzarəti itirəcək və bu, onun və administrasiyasının Olimp zirvəsindən aşağı yuvarlanmasına gətirib çıxaracaq.

9.09.2015

BMT Ali Komissarı Azərbaycanda siyasi məhbusları azad etməyə çağırıb

BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad al-Hüseyn çərşənbə axşamı Azərbaycanda vətəndaş cəmiyyətinə davam edən təzyiqi pisləyib.
“Dəfələrlə dövlət hakimiyyətinin ali orqanlarına, o cümlədən ölkə prezidentinə jurnalistlərə, hüquq müdafiəçilərinə və fəallara qarşı dövlət orqanları tərəfindən hədsiz təzyiq, təqib və qorxutma ilə bağlı çağırışlarıma baxmayaraq, bu cür faktlar davam edir”, deyə Zeyd bildirib.
“Mən Azərbaycan hökumətini ifadə, birləşmək və ya dinc toplaşmaq habelə digər hüquqlarını müdafiə azadlığı hüquqlarına görə azadlıqdan məhrum edilmiş şəxsləri dərhal azad etməyə çağırıram”, deyə o əlavə edib.

Tovuz: hörülən divarlar "təsəlli deyil"

Tovuzun cəbhə xətti yaxınlığında yerləşən Əlibəyli kəndində yollar və evlərin qarşısına daş divarlar hörülür, sakinlər deyir.
Divarlar, ötən həftə atəşkəsin pozulması nəticəsində sakinlərin yaralanması və evlərin dağılmasından sonra tikilir.
Cəbhə xəttindən 300-400 km uzaqlıqda yerləşən və yüzlərlə ailə yaşayan Əlibəyli kənd sakinlərinin fikrincə, bu divarlar "qoruyucu ola bilməz".
Deputat Aydın Mirzəzadə isə divarların çəkilməsinin təhlükəni "müəyyən qədər" azaltmağa xidmət etdiyini deyir.

Əvəz Həsənov: “İstər Avropa Birliyi, istər Avropa Şurası seçkilərlə bağlı lazım olan mərhələnin böyük bir hissəsini buraxıb”

Avropa Şurası Parlament Assambleyası Bürosunun bu gün keçirilən iclasında Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərmək barədə qərar qəbul edilib. Missiyanın tərkibinə AŞPA-nın 13 üzvü daxildir.

Mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşən hüquq müdafiəçisi Əvəz Həsənov bildirib ki, hökumət seçkiyə qədər olan müddəti udub:“Ümumiyyətlə bir məsələni bilmək lazımdır ki, hər hansısa xarici təşkilatın keçirilən seçkilərə təsir etmək fikri varsa, onu seçkilərdən 6 ay öncə ölkədə müəyyən aktivlik etməyə başlayır.

9.04.2015

ATƏT-in Dağlıq Qarabağda keçirilən "seçkilər"lə bağlı mövqeyi dəyişməz qalır

Dağlıq Qarabağda keçirilən “seçkilər”lə bağlı ATƏT-in mövqeyi dəyişməz olaraq qalır.

Bu barədə APA-ya ATƏT-in mətbuat xidmətindən işğal olunmuş Azərbaycan ərazisində separatçı rejimin “yerli özünüidarə orqanlarına seçkilər” keçirməsi ilə bağlı planlarına münasibət bildirilərkən məlumat verilib.

Mətbuat icmalı: Britaniya və Azərbaycan arasında "növbəti qalmaqal"

“Azadlıq”: “The Washington Post”: «Qərb dözümlü yanaşmasa, Azərbaycandakı repressiya maşını çökəcək»
““The Washington Post”da araşdırmaçı jurnalist Xədicə Ismayılova barəsində çıxarılmış hökm fonunda Azərbaycandakı repressiyalardan bəhs edən redaksiya məqaləsi dərc olunub. Məqalədə Azərbaycanın sərt polis dövlətinə çevrilməsinə imkan yaratdıqlarına görə ABŞ və digər Qərb dövlətləri ittiham olunub.”

Moskva İrəvanı Qarabağı qaytarmağa məcbur edir

Ermənistan Dağlıq Qarabağ münaqişəsində güzəştlər edə bilər”.  
Publika.az xəbər verir ki, bu barədə Amerika-Britaniya Konsorsiumuna daxil olan LİNKS (Dövlət Quruculuğu və Münaqişələrin Həlli üzrə London İnformasiya Şəbəkəsi) təşkilatının icraçı direktoru Denis Sammut Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakı səfərini şərh edərkən deyib.  

Tərtər: Şahidlər toy mağarının atəşə tutulmasından danışır

Azərbaycanın Tərtər rayonunda toy çadırının atəşə tutulması nəticəsində yaralanmış qadının vəziyyəti əməliyyatdan sonra "normaldır", yaxınları həkimlərə istinadən deyir.
Qapanlı kənd sakini Nofəl Əliyev BBC Azərbaycancaya danışıb ki, sentyabrın 1-də həyat yoldaşı Müşkinaz Tanrıverdiyeva ilə birgə qohumlarının toyuna gəliblər.
"Sünnət toyuna dəvətli idik, yoldaşım bacısıyla çörək yediyi zaman düz yaxınlıqdakı ağaca vurdular, güllə istiqamətini dəyişib yoldaşımı yaraladı, güllə mədəsini, dalaq və diafraqmasını, döş qəfəsini deşib içəri keçib", Nofəl Əliyev deyir.

Atəşkəs pozulması: Tovuzda "iki nəfər yaralanıb"

Ermənistan və Azərbaycan arasındakı cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Tovuzda iki nəfər yaralanıb, evlər ziyan görüb, sakinlər deyir.
Yaralılar, 87 yaşlı İsa Musayev və onun həyat yoldaşı 83 yaşlı Sehran Musayeva qəlpə yaraları alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, onların vəziyyətləri "orta ağır"dır, APA yazır.
"Atışma 9-10 radələrində başladı, gecə 2-nin yarısına qədər davam elədi. Evlərdən biri elə mənimkidir, Güllə tavanı dağıdıb içəri keçərək qarşı divardakı şüşəni, divarları dağıdıb", Çingiz adlı sakin BBC Azərbaycancaya deyib.

Boğulmuş 3 yaşlı uşağın atası ürəkləri parçaladı

Türkiyədəki çimərlikdə cəsədi tapılmış üç yaşlı suriyalı oğlanın atası BBC-ə övladının necə dəhşətli vəziyyətdə ölməsindən danışıb.
Aylan Kurdinin atası Abdullah deyib ki, mindikləri qayıq yola düşməyə başlayandan bir neçə dəqiqə sonra hündür dalğalar onu aşırıb, gəminin kapitanı isə qaçıb.
"Uşaqlarımı və yoldaşımı tutmağa çalışdım, amma olmadı. Onlar bir-birinin ardınca öldülər", cənab Kurdi deyir.