Azərbaycan Respublikasının Dövlət Neft Fondu 2001-ci
ildən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində
öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin
məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün
tədbirlərin həyata keçirilməsinə vəsait ayırır. Bu dövr ərzində Dövlət Neft
Fondunun vəsaiti hesabına Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad,
Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, İmişli, Göygöl, Bərdə,
Oğuz, Şəki, Gədəbəy, Saatlı, Hacıqabul rayonlarında, Naxçıvan Muxtar
Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax, Balakən
şəhərlərində, Mehdiabad, Ramanı, Müşviqabad, Masazır, Pirşağı, Fatmayı və Ümid
qəsəbələri ərazisində qaçqın və məcburi köçkünlər üçün hündürmərtəbəli
binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər
obyektlərin tikintisi həyata keçirilmişdir.
- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti
Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"
8.04.2014
8.01.2014
Məcburi köçkünlər aldıqları evləri sata bilərmi?
Bir nəfər yazırdı
ki, məcburi köçkün qohumunun həyat yoldaşı xəstədir və təcili pula ehtiyacı
var. Amma işləmədiyi üçün kredit götürə bilmir, borc almağa imkanlı qohumu da
yoxdur. Həmin şəxs sual verirdi ki, qanunla qohumu dövlətin ona verdiyi evi
satma hüququna malikdirmi? Açığı, bu suala mən də birmənalı cavab verə bilmədim.
Həmin şəxs onu da bildirmişdi ki, qohumu evini satma məsələsi ilə bağlı
dost-tanışa müraciət etsə də, ona müsbət cavab verən olmayıb. Lakin qohumunun
Ermənistandan gələn qaçqın tanışlarından biri ona verilmiş evi satıb: “Ona görə
qohumum çaşıb qalıb ki, biz evimizi sata bilərik ya yox”.
7.29.2014
6.30.2014
Qaçqınların və məcburi köçkünlərin statusu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu
Qanun beynəlxalq normalara uyğun olaraq Azərbaycan
Respublikası ərazisində qaçqınların və məcburi
köçkünlərin statusunu və onu həyata keçirməyin hüquqi,
iqtisadi və təşkilati əsaslarını müəyyən
edir.
Maddə 1. “Qaçqın” və
“məcburi köçkün” anlayışları
Milliyyətinə,
irqi və vətəndaşlıq əlamətinə, dini
etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən
sosial qrupa mənsubiyyətinə görə təqibə məruz
qalması, həyatına, ailəsinə, əmlakına real təhlükə
yaranması ilə əlaqədar daimi yaşadığı
dövlətin onu müdafiə etməsindən istifadə edə bilməməsi,
yaxud təhlükəyə görə bu müdafiədən istifadə
etmək istəməməsi üzündən yaşadığı
ölkənin hüdudlarından kənarda olan, Azərbaycan
Respublikasının vətəndaşı olmayan şəxslər
Azərbaycan Respublikası ərazisində “qaçqın”, Azərbaycan
Respublikası ərazisində daimi yaşayış yerini tərk
etməyə məcbur olub başqa yerə köçən şəxslər
və ya başqa ölkədə daimi yaşayış yerini tərk
etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş
Azərbaycan Respublikasının vətəndaşları “məcburi
köçkün” sayılır.
Подписаться на:
Сообщения (Atom)

