- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

11.28.2014

Cəlilabadda evlər və həyətyanı sahələr su altında qalıb

Cəlilabad rayonunda yağan güclü yağış nəticəsində Sabirabad kəndində yaşayan sakinlərin evlərinə və həyətyanı əkin sahələrinə su dolub.
Hadisə kəndin ərazisindən keçən Qarayar çayının məcrasından çıxması nəticəsində baş verib.
Yerli sakinlərin BBC Azərbaycancaya verdiyi məlumata görə, daşqın nəticəsində üç evə “ciddi ziyan” dəyib və divarlarında çat əmələ gəlib.
Qarayar çayının mövsümi çay olduğunu bildirən sakinlər daşqının səbəbinin çayın yatağının təmizlənməməsi ilə əlaqəli olduğunu deyir.

11.22.2014

21-ci əsrdə malyariyadan əziyyət çəkmək...

“Bu ailələr ki, burda məskunlaşıb, bizim taleyimiz heç kimin vecinə deyil! Allahın belə unutduğu adamlarıq...”

Kəlbəcərin Çaykənd kəndindən məcburi köçkün düşən Səfurə Həsənova hazırda ailəsilə birgə Mingəçevirdə 2 saylı poliklinikanın köhnə binasında məskunlaşıblar. Onlardan başqa bu binada ümumilikdə yeddi məcburi köçkün ailəsi yaşayır. 

Səfurə Həsənova dörd övladını bu şəraitsiz binanın divarı, döşəməsi beton olan otağında böyüdüb. Evin pəncərəsini karton əvəz edir. Döşəməni isə əllərinə keçən köhnə xalça-palazla döşəyiblər ki, ayaqlarının altı az da olsa isinsin.

“Adımız it dəftərində də yoxdu”

Yarımçıq binalar, yarımçıq talelər...

"Nəm dəsmalı sıxanda necə su tökülürsə, əlimizi divara vuranda da yağışın suları evimizin içinə elə süzülüb axır". 
Bunu Pirşağı qəsəbsəində yerləşən sovet dövründə "Santexmontaj" adlanan qurumun yarımçıq qalmış sanatoriyasında məskunlaşan Şuşa şəhər sakini Azər Cəfərov deyir. 

Qarabağ müharibəsi nəticəsində doğma Şuşasından, ev-eşiyindən didərgin düşmüş Azər Cəfərov hazırda həyat yoldaşı və 5 övladı ilə birlikdə 30 kvadratmetrlik şəraitsiz otaqda məskunlaşıb. O, deyir ki, aidiyyatı orqanlara dəfələrlə müraciət etməsinə baxmayaraq, dərdinə əlac qılan olmayıb: 

11.19.2014

20 il ərzində 1400-dən artıq Azərbaycan vətəndaşı girovluqdan azad edilib

"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaranandan keçmiş 20 il ərzində 1400-dən artıq Azərbaycan vətəndaşının Vətənə qaytarılmasına müvəffəq olmuşuq. Təəssüf ki, onlardan bir qisminin cənazələri gətirilib. Digərləri isə sağ olaraq əsir və girovluqdan azad edilib".
Kanal24.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: dünya həqiqətləri bilməlidir" mövzusunda keçirilən konfransda bildirib.

11.16.2014

Laurence Broers, Əvəz Həsənov və Richard Giragosian Mi-24 helikopterinin vurulmasını şərh edirlər

Noybarın 12-də Dağlıq Qarabağ üzərində ermənilərin Mi-24 helikopterinin vurulması geniş reaksiya doğurub. Beynəlxalq qurumlar gərginliyin artdığı şəraitində hər iki tərəfi təmkinli olmağa çağırıblar. BBC-ə danışan şərhçilər hadisənin mümkün fəsadları barədə mülahizələrilə bölüşüblər.

11.10.2014

“Bir həftə sonra güllələnməli idim...”

“Birdən güllə dəydi. Huşumu itirdim. Sonra bilmirəm nə oldu. Heç yaralandığımı doğru-dürüst anlamadım. Huşsuzdum, üzümü kimsə şillələyirdi. Gözümü zorla açdım. Qarayanız biri idi. Elə bildim özümüzünkülərdir. Gördüm ətrafımdakılar başqa dildə danışır. Anladım ki, işlər pisdir...”

Bunları ömrünün iki ilini əsirlikdə keçirən Aqil Əhmədov deyir. Danışdıqca əllərinin qeyri-iradi titrəyişi, baxışlarının uzaq naməlum nöqtələrə zillənməsi onun həyəcanını, yaşanmışların içində buraxdığı xofu sezdirir. 

Əslən Zaqatala rayonundandır. Deyir ki, 1995-ci ildə elə Zaqatala Rayonunda hərbi komissarlığa çağırılıb. Ordan da həmin dövrdə Səlyanda yerləşən Xüsusi Təyinatlı Hərbi hissəyə yönləndirilib. Həmin hərbi hissədən də 1997-ci ildə 8 nəfərlik qrupla kəşfiyyata göndərilib. Aqil Əhmədov deyir ki, Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin tapşırığı ilə qrup şəklində xüsusi döyüş tapşırığını yerinə yetirərkən əsir düşüb. Elə orada öyrənib ki, özü ilə kəşfiyyata çıxan digər 7 yoldaşı həlak olub.

“Yarama baxdılar, bir həftə, ya on gün müalicə etdilər. Sonra saldılar kameraya. Bura “izolyator” desək daha doğru olardı. Pəncərəsi yox idi. Orada məni boş dəmir çarpayı, qara divarlar gözləyirdi. Quru dəmirin üstündə yatırdım. Üstümə atmağa heç bir əski parçası da yox idi, çox üşüyürdüm. Sonralar “Qızıl Xaç” gətirib ədyal verdi. Ondan sonra canım bir az isindi”.

“Biz yaxşı qonşu idik...”

Mingəçevirdəki Taun Əleyhinə Şöbənin böyük darvazasından içəri girəndə məni yaşlı bir qadın qarşıladı. Hal-əhval tutdum. Nənənin qulağında aparat var, zəif eşidir, “nə xəbər alırsan, ucadan soruş” dedi. Nə üçün gəldiyimi izah etdim. Ağca nənə jurnalist olduğumu bilən kimi məni tələm-tələsik yaşadıqları balaca otağa apardı. Sual verməyə isə heç ehtiyac qalmadı. “Bilsən başım nələr çəkib...” deyib söhbətə başladı. Kəlbəcərdən necə köçkün düşməklərindən, burada hansı çətinliklərə qatlaşmalarından tutmuş övladlarına kreditlə toy etməyinə kimi...

11.05.2014

Şuranın iclasında 2015-ci il qrant müsabiqəsinin istiqamət və şərtləri müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Şura sədri, millət vəkili Azay Quliyev iclası açaraq gündəlikdə rəhbərlik etdiyi qurumun 2015-ci il birinci maliyyə müsabiqəsinin mövzuları, maliyyələşdirdiyi xarici QHT-lərin layihələrinin yekunlarına həsr edilən beynəlxalq konfransın keçirilməsi və daxil olan layihələr haqqında məsələlərin olduğunu bildirib.

Məcburi köçkünlərə məxsus obyektlər sökülür

Tərtərdə Ağdam rayonundan olan məcburi köçkünlərə məxsus ticarət və xidmət obyektləri söküləcək.
Bunlar əsasən yerli əhali arasında daha çox dördyol kimi tanınan Bakı-Xankəndi magistral və dəmir yolunun mühafizə zolaqlarında yerləşən obyektlərdir.
Ərazini boşaltmaq üçün sahibkarlara verilmiş 15 günlük müddət başa çatmaq üzrədir.

11.04.2014

BMT-dən kəlbəcərli girovlarla bağlı məsləhət: Qırmızı Xaçla əlaqə saxlayın

Azərbaycan ərazisində Ermənistan tərəfindən girov götürülən azərbaycanlılar, Dilqəm Əhmədov və Şahbaz Quliyevlə bağlı məsələyə hələ də ədalətli qərar verilməyib. Beynəlxalq təşkilatlara edilən müraciətlərə baxmayaraq nəticə yoxdur. Dünyanın ən mötəbər qurumlarından olan BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı da məsələyə laqeyd yanaşır.
BMT-nin Azərbaycandakı nümayəndəliyi də bu qanunsuzluğa rəğmən heç bir iş görmür.

Donorlar QHT-lərlə necə işləyə bilər? – Analiz və Tövsiyyələr

“Region” Beynəlxalq Analitik Mərkəz (RBAM) və İnsan Hüquqları və Maarifçilik İB-yi donorlarla bağlı vətəndaş cəmiyyətində yaranan yeni situasiyaya uyğun analiz apararaq donorlar üçün təkliflərlə çıxış edib – Analiz və Tövsiyyələr
Tarixə ekskursiya
Vətəndaş cəmiyyəti quruculuğu prosesi Azərbaycanın müstəqil dövlət quruculuğu ilə paralel başlayıb. Vətəndaş cəmiyyətinin aparıcı subyektlərindən olan QHT-lərin formalaşması öz tarixini, məhz elə bu mərhələ ilə başlayır. QHT-lərin kəmiyyət və keyfiyyətcə artımı, bir institut kimi formalaşması prosesi də 90-cı illərin ortalarında daha geniş yayılmağa başlayıb və əsrin sonuna yaxın artıq oturuşmuş bir struktura çevrilib.

Allahşükür Paşazadə girov götürülmüş azərbaycanlıların azad olunmasına çalışır

Şeyx bu məsələni erməni katolikosu ilə görüşündə müzakirə edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ermənilər tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından danışıb.

İlqar Məmmədov əfv ərizəsi yazmayacaq

REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədov əfv ərizəsi yazmayacağını bildirir. Bunu cənab Məmmədov noyabrın 1-də REAL-dan olan həmkarlarına söyləyib. Bu barədə hərəkatın üzvü Azər Qasımlı noyabrın 2-də facebook səhifəsində yazıb.