- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

1.30.2015

Səlim Müslümov 4 rayon və şəhər üzrə vətəndaşları qəbul edib

Nazir: “Bu il müharibə əlilləri və şəhid ailələrinə 1031 ədəd mənzil və gözdən əlilliyi olan şəxslər üçün çoxmənzilli yaşayış binası  istifadəyə veriləcək”
 Növbədə olan müharibə əlilləri və şəhid ailələrini mənzillə təmin etmək məqsədi ilə ayrılan ilkin vəsait hesabına bu il  ümumilikdə 1031 ədəd mənzilin bu kateqoriyadan olan şəxslərə verilməsi nəzərdə tutulur. Bu barədə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yanvarın 30-da nazirliyin Abşeron rayon əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında vətəndaşları qəbul edərkən məlumat verib. 

1.16.2015

“Məişət evi”ndə məişət dərdi

“Oğlanlarım məktəbi atıb hamballıq edirlər”

Tərk edilmiş xarabalığı xatırladan bina... Çat vermiş, hər an uçmağa hazır olan divarlar... Nəmişlikdən kif bağlamış tavanlar... Yeridikcə yırtıq-deşiyi ayaq büdrədən döşəmələr... Mingəçevirdə sovet dönəmindən “Məət evi” kimi tanınan bu məkanda məskunlaşan məcburi köçkünlər hər gün üzləşdikləri bu mənzərədən təngə gəldiklərini deyirlər. 

Bu çətin şəraitdə iki oğulu ilə bir otağa sığınan Rəsmiyyə Abdullayeva heç olmasa bircə gün rahat yaşamaq istəyir.

Bir gün Qubadlıya dönmək arzusu ilə

“Qaçqınlığın imtiyazını görməsək də, tənəsini yaşayırıq
““Məcburi köçkün” ifadəsinin ağırlığını dərk etmədən bizim nə çəkdiyimizi anlamaq olmaz. Deyirlər, Allah adama daşıya bilməyəcəyi yükü vermir.Amma filankəs “qaçqın”dır sözünü eşitmək doğurdan da böyük dərddir”, - Zeynəb Məmmədova danışır.

Deyir ki, yurd-yuvamızdan didərgin düşməyimiz, başımızı soxmağa yer tapmaq üçün həftələrlə ora-bura baş vurmağımız, müxtəlif bölgələrdə, çətin şəraitdə yaşamağımız onu o qədər yandırmır. Amma “qaçqın” sözünü eşidəndə çox məyus olur. 

2016-ya yönələn ümidlər

“Deyirlər, gələn il bizi Qobudakı yeni qəsəbəyə köçürəcəklər...”
Onlar Rabitə və Nəqliyyat Kollecinin Yasamal rayonunda Abbas Mirzə Şərifzadə küçəsi - 443 ünvanındakı yataqxanasında yaşayırlar. Ətrafdakı zibilliyin, qaranlıq dəhlizlərin, rütubətli mənzillərin fonunda hər şeyə əyləncə kimi baxa bilən uşaqlar yeganə həyat işartısı, ümid mənbəyidir buradakı sakinlər üçün.

Hacıqulu Kərimov Laçın rayonunun Daşlı kəndindəndir, 1993-cü ildən bu yataqxanada məskunlaşıb. Övladları Hafiz və Fəqan 811-ci Laçın alayının tərkibində müharibədə iştirak ediblər. İndi isə özü, həyat yoldaşı, 3 nəvəsi və gəlini ilə bərabər yataqxanadakı bir otaqda yaşamağa çalışır. Məhz çalışır, çünki burda yaşayış üçün heç bir şərait yoxdur: 
“Biz bura gələndən binada qaz yoxdur. Bir müddət əvvəl türklər gəlmişdi. Dedilər ki, bina təmir ediləcək. Amma sonra yataqxana yox, kollecin binasının təmirinə başladılar. Əslində buranı təmir etmək də mümkün deyil. Bu qədər adam burda yaşaya-yaşaya necə təmir aparmaq olar?”

“Vaqon evlərin” sakinləri

Ərazinin sahibi 20 il səbr edib, indi deyir ki, çıxın...”

Mingəçevirin Sağ Sahil adlanan ərazisində hər tərəfi qamışlıqla əhatə olunmuş səmtsiz bir yerdə gözə yalnız paslanmış bir darvaza görünür. Həmin darvazanın birləşdiyi panel hasarlar isə hər an uça biləcək vəziyyətdədir, neçə yerdən bərkidilmiş dirəklərin ümidinə qalıb. Darvazanın o tayında ev əvəzinə köhnə dəmir vaqonlar düzülüb. Bu vaqonlarda 20 ildən artıqdır ki, Kəlbəcərdən məcburi köçkün düşən üç qardaş məskunlaşıb, öz ailələrilə birgə...

Günü 5 manata mövsümi işlə dolananlar

“Qızımı 4-cü sinifdən, oğlumu 1 yaşından tarlaya gətirirəm”

İşsizliyin hökm sürdüyü cəbhə bölgəsi ərazisində qadınların vəziyyəti daha çətindi. Onlar özlərini və övladlarını dolandırmaq üçün min bir zəhmətə qatlaşdıqlarını deyirlər. 
Tamara Seyidova 8 ildir Ağdam rayonunda yerləşən Kəlbəcər qəsəbəsində məskunlaşıb. Qəsəbə sakinləri Kəlbəcər rayonundan olan məcburi köçkünlər olduğu üçün qəsəbəni də rayonun adı ilə eyniləşdiriblər. 

“İş yoxdur ki, gedib 5 manat qazanasan. Sahələrdə iş olanda bütün qadınlar əlimizə kərtmən alıb işləyirik. O da mövsümi işdir. Qışda işsiz qalırıq. Günümüzə 6 manat verirlər, səhər saat 7-nin yarısında da sahədə olmalıyıq. Gündə 8 saat işləyirik. Pambıq, şəkər çuğunduru, kələm əkirik”.

Müharibə əlili doğmalarının ümidinə qalıb

“Veteran olduğumu 18 ildən sonra sübut elədim...”

“Başımdan yaralananda ilk yardımı Ağdərədə göstərdilər. Sonra isə Göyçaya göndərdilər. Amma burada başıma saplanan qəlpəni çıxara bilmədilər. Ona görə Şəkiyə gəldim. Burada əməliyyatla qəlpəni çıxarandan sonra müalicəmi Mingəçevirdə davam etdirdim. Birtəhər məni ayağa qaldırdılar. Amma artıq orduya yaramırdım”.

Şəhid ailəsi dözülməz vəziyyətdə yaşayır

Qarabağ Azadlıq Təşkilatı İdarə heyətinin üzvü Mahirə Muradova, mətbuat xidmətinin əməkdaşları Əzizə Muradova, Ələsgər Hacıyev Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küç, bina 24, mənzil 58 ünvanında yaşayan şəhid ailəsinə baş çəkiblər. 
Ailə başçısı Səfər Bəyməmməd oğlu Lətifov 1994-cü ilin yanvar ayında Füzuli rayonu ərazisində gedən döyüşlərdə həlak olub. Həyat yoldaşı Sahibə Lətifova bu illər ərzində bütün əziyyətlərə dözüb, övladlarını çətinliklə böyüdüb, hazırda qızı, anası, nəvələri ilə birlikdə (cəmi 5 nəfər) acınacaqlı vəziyyətdə yaşayırlar. 

12.29.2014

Evsizlikdən evlənə bilməyənlər

“Bir otağa üç adam zorla sığışırıq, gəlini hara gətirək?!”
Sevda R
əşidqızı, MingəçevirMingəçevirdəki “Kür” mehmanxanası bir zamanlar turistlərin, şəhərə üz tutan qonaqların ən sevimli məkanı idi. Xudmani, rahat otaqları xeyli xoş günlərə, sevincli anlara şahid olub. İndi mehmanxananın o bəxtəvər çağlarından əsər-əlamətt qalmayıb. Qırıq pəncərələri, uçuq-sökük divarları, otaqların içindəki nimdaş əşyalar tərk edilmiş viranəni xatırladır. Amma tərk edilməyib. Mehmanxana otaqları hazırda dolanışığından, acınacaqlı yaşam şəraitindən gileylənən acı insan talelərininin məskənidir. 20 ildən çoxdur ki, bu mehmanxanada Qarabağ müharibəsi zamanı ermənilərin nəzarətinə keçən rayonlarlardan gələn məcburi köçkünlər məskunlaşıb. 

Bağçada “ev” quranlar

“Bizi köçürsəydilər, bizim də canımız dincələrdi, bağça da bizdən qurtulardı”

Sevda R
əşidqızı, Mingəçevir

Gözlərini dünyaya Ağdamda açdığına, Ağdamın havasını udub, torpağında gəzdiyinə görə özünü çox xoşbəxt hesab edir. Niyə də etməsin? Ömrünün ən qayğısız anlarını, xoşbəxt günlərini, sevincli məqamlarını, uşaqlığını, gəncliyini, hətta ilk sevgisini Ağdamda yaşayıb. Orada ailə həyatı qurub, ata olub, ən xoş arzuları orada həyata keçib. Amma 20 ildən çoxdur Ağdamın üzünə həsrət qalıb. 

Azərbaycan 2014: ilin əsas hadisələri

Başa çatan 2014-cü ilin əsas hadisələri barədə xülasə Milli Məclisdə smartfonların yasaqlanması barədə məlumatla başlayır.
Yanvarın 10-da Milli Məclisə daxil olan şəxslərin istisnasız olaraq smartfon keçirilməsinə qadağa qoyulması haqda məlumat yayılıb. Parlamentin sözçücü yeni qaydanın “sırf təhlükəsizliyə” görə tətbiq olunduğunu desə də, ekspertlər bu qadağanın hüquqi əsasının olmadığını və jurnalistlərə də aid edilməsinin informasiyaya azad çıxış imkanının azaldılması anlamına gəldiyini bildiriblər. 2013-cü ildə yerli mediada deputatların öz həmkarlarının yerinə qanunların səsverməsi zamanı səs verməsi ilə bağlı fotoşəkillər yayımlanmışdı.

Bələdiyyə seçkilərinin nəticələri açıqlandı

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında 5015 seçki məntəqəsi üzrə keçirilən seçkilərdə 1607 bələdiyyənin formalaşdığını və 15035 lider namizədin müəyyənləşdiyini açıqlayıb
Azərbaycanda keçirilən sayca dördüncü bələdiyyə seçkiləninin ilkin nəticələri açıqlanıb.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pəhanov çərşənbə günü keçirdiyi mətbuat konfransında 118 seçki dairəsindən 5015 seçki məntəqəsinin hamısından protokolların daxil olduğunu bildirib.

Əvəz Həsənov: “2015-ci ildə qrant layihələrində hökumətə loyal QHT-lər iştirak edə biləcək”

Avropa Şurası və Aİ-nin Komissiyası altı “Şərq tərəfdaşlığı” ölkəsində insan hüquqlarının, demokratiya və qanunun aliliyinin inkişaf etdirilməsinə yardıma yönəldilmiş əməkdaşlıq haqqında yeni saziş imzalayıblar.  Məlumatda deyilir ki, saziş 2015-2017-ci illərdə “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrdə - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynada birgə proqramların maliyyələşdirilməsinə 33,8 mln. avro ayrılmasını nəzərdə tutur. Azərbaycanda QHT-lər haqqında qanunlara düzəlişlərin qəbulundan sonra, QHT-lərin bu layihələrdə iştirak etməsi demək olar ki, qeyri-mümkün olub.