Astara rayonunda keçən ilin müvafiq dövrü ilə müqayisədə ərizə və şikayət azalıb
Regionların sosial- iqtisadi
inkişafı həmişə diqqət mərkəzində olub. Astara rayonunda digər sahələrdə olduğu
kimi ötən il rayon əhalisinə göstərilən tibbi xidmətin daha da
yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Rayon Mərkəzi
Xəstəxanası yeni tibbi cihaz və avadanlıqlarla təmin edilib. Kijəbə qəsəbə sahə
xəstəxanası, Artupa həkim məntəqəsində təmir işləri davam etdirilir.
Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən ötən il fevralın 17-dən
mayın 1-dək ölkə əhalisinin tibbi müayinədən keçirilməsi təmin edilib. Cənub
regionun önəmli rayonlarından biri olan Astarada bu müddət ərzində 56 min nəfər
müayinəyə cəlb olunub, xəstəlik aşkar olunanlar respublikanın ixtisaslaşmış xəstəxanalarına
göndərilib.
Bu da əhalinin böyük rəğbətinin qazanılmasına səbəb olub. Bu
il də artıq fevral ayının 2-dən əhalinin tibbi müayinəsinə başlanıb, müayinələr
may ayının 1-nə kimi davam edəcəkdir. Ötən il səhiyyə xidmətinin təşkilində
və idarəetmədə nöqsanlara yol verildiyinə, tapşırılan işin öhdəsindən gəlmədiyinə
görə Mərkəzi Xəstəxananın baş həkimi tutduğu vəzifəsindən azad edilib. Yeni rəhbərliyin
müalicə, müayinə və profilaktik tədbirlərin keyfiyyətini yaxşılaşdırmaqla,
əhaliyə tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə nail olacağı şübhə doğurmur.
Rayon mədəni-maarif müəssisələrinin kollektivləri yaşayış və sərhəd məntəqələrində,
Bakı şəhərində və bir sıra rayonlarda keçirilən müxtəlif tədbirlərdə maraqlı
proqramlarla çıxış ediblər. Kakalos kənd Mədəniyyət evinin “Əvəsor”
xalq kollektivi Bakı şəhərində Novruz şənliyində, incəsənət festivalında,
Masallı şəhərində Beynəlxalq Folklor festivalında iştirak edib, diploma layiq
görülüb. Bununla yanaşı rayonun bir sıra mədəni-maarif müəssisələrində əhaliyə
göstərilən mədəni xidmətin səviyyəsi qənaətbəxş olmayıb. Klub, kitabxana, mədəniyyət
evlərində əmək intizamı və iş ahəngi günün tələblərinə cavab verməyib. Bəzi
hallarda keçirilən kütləvi tədbirlər formal xarakter daşıyıb. Artıq bu sahədə də
müəyyən işlər görülür. Dövlət Gənclər Siyasətinin ən vacib istiqaməti olan vətənpərvərlik
tərbiyəsi işinin həyata keçirilməsi onların vətənə məhəbbət, dövlətçiliyə sədaqət,
milli-mənəvi dəyərlərimizə hörmət, intellektual, bacarıqlı və yaradıcı gəncliyin
inkişafı daim diqqətdə olub. Gənclərin hərbi vətənpərvərliyə və orduya
hazırlanması məqsədilə ənənəvi olaraq “Şahin”, “Cəsurlar” hərbi idman oyunları
və “Vətən sərhəddən başlayır” mövzusunda tədbirlər keçirilməsinə xüsusi diqqət
yetirilib. Gənclərin fiziki tərbiyəsi istiqamətində həyata keçirilən məqsədyönlü
tədbirlər, idmançılarımıza göstərilən daimi diqqət və qayğı onların Respublika
və Beynəlxalq yarışlarda uğurlu nəticələr qazanması üçün şərait yaradıb.
Rayonda ideoloji işin təşkili, ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində
müəyyən işlər görülb. Azərbaycan Respublikası Prezidentinin tövsiyə və
tapşırıqlarından irəli gələn vəzifələrin əhaliyə çatdırılması məqsədilə
yaradılmış təbliğat qrupları yerlərdə, o cümlədən Heydər Əliyev Mərkəzində,
idarə, müəssisə və təşkilatlarda ardıcıl olaraq tədbirlər keçiriblər. Bura əhalinin
bütün təbəqələrini cəlb etməklə yetişməkdə olan gənc nəslin vətənpərvərlik,
dövlətçilik və milli adət-ənənələrimizə hörmət ruhunda formalaşması istiqamətində
tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilib. Rayonda siyasi partiyaların,
qeyri-hökumət təşkilatları ilə işin təşkilinə diqqət artırılmış, onların normal
fəaliyyəti üçün lazımi şərait yaradılıb. “Dini etiqad azadlığı haqqında” Azərbaycan
Respublikasının Qanununun tələblərinə ciddi əməl olunmuş, dini durum daim nəzarətdə
saxlanılmış, bu sahədə sabitlik tam təmin edilib. 2014-cü il dekabrın
23-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələri uğurlu olub. Seçkilər
demokratik prinsiplərə tam uyğun keçirilmiş bələdiyyə üzvlərinin keyfiyyət tərkibi
gənclər hesabına xeyli yaxşılaşıb. Müstəqil respublikamızın müdafiə qüdrətinin
möhkəmləndirilməsi istiqamətində bütün tədbirləri həyata keçirilib. Rayon İcra
hakimiyyəti başçısının aparatı, şəhər, qəsəbə və kənd ərazi nümayəndələri, bələdiyyələr
və sahibkarlar tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrin yardım
fonduna 114 min 691 manat vəsaitin köçürülməsi təmin edilmişdir. 2014-cü il ərzində
həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 532 nəfər gənc hərbi xidmətə
yola salınıb. Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması,
cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində müəyyən
işlər görülüb. Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması
işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində
qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər
həyata keçirilib. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticəsini
vermişdir. Vətəndaşların müraciətlərinə yerində baxılmış, operativ zəruri tədbirlər
görülüb. Bu da əvvəlki dövrlə müqayisədə edilən müraciətlərin sayının
azalmasına səbəb olub. 2014-cü ildə rayon İcra hakimiyyətində 1122 ərizə
və şikayət qeydə alınıb, o cümlədən onlardan 590-ı vətəndaşlardan, 532 ərizə isə
yuxarı təşkilatlardan daxil olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə
316 ərizə və şikayət azalıb. Bu dövrdə ayrı-ayrı yaşayış məntəqələrində 38 səyyar
qəbul keçirilib, 186 nəfər vətəndaşın müraciətləri əsasında qaldırılan məsələlər
yerində həllini tapıb. Rayon İcra hakimiyyəti “Dövlət qulluğu haqqında” və
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq kadrların
seçilib yerləşdirilməsi, ehtiyat kadrların hazırlanması istiqamətində məqsədyönlü
tədbirlər həyata keçirib. İlk növbədə işgüzar, bacarıqlı, təcrübəli, tapşırılan
işin öhdəsindən layiqincə gələn, dövlətçiliyə sədaqətli gənc kadrların dövlət
qulluğuna qəbul olunmasına xüsusi diqqət yetirilib. Ümumilikdə 2014-cü ilin
uğurlu nəticələri, əlbəttə, qənaətbəxşdir. Lakin hələ görüləsi işlər də çoxdur.
Rayonun gələcək sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin
davam etdirilməsi məqsədilə daha vacib olan məsələlər gündəmdədir. İlk növbədə
rayon əhalisinin içməli su təminatı, Astara şəhərinin kanalizasiya sisteminin
qurulması, Burzubənd-Tüləgüvan və Taxtanakəran-Miki-Toradi kəndlərarası
yolların asfaltlaşdırılması, Düriyə-Şümrüd yolunun əsaslı təmiri,
qazlaşdırılmamış yaşayış məntəqələrinə təbii qazın çəkilməsi, Astara və Pensər
çaylarında sahilbərkitmə işlərinin aparılması, rayonun elektrik təsərrüfatının
yenidən qurulması, ümumtəhsil məktəbləri, klub, kitabxana, mədəniyyət evlərinin,
körpələr evi-uşaq bağçalarının tikintisi və əsaslı təmiri qarşıda duran ən
vacib məsələlərdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 2015-ci ili “Kənd təsərrüfatı” ili elan etməsi əhalinin ərzaq təhlükəsizliyinin
təmin edilməsinə nail olmaq üçün atılmış addımdır. Rayon qarşıya qoyulan məqsədə
çatmaq üçün öz tövhəsini verəcəkdir. 2014-cü ilin nəticələri bunu deməyə əsas
verir.
http://ucnoqta.az/news/12012

Комментариев нет:
Отправить комментарий