Ağcabədinin
Taxra körpü qəsəbəsində yaşayan Laçın rayonundan məcburi köçkünlər Ağcabədi
magistral yolunu bağlayaraq aksiya keçiriblər.
Bu barədə
Meydan Tv-yə aksiyada iştirak etdiyini deyən kənd sakini məlumat verib. Adını
açıqlamayan şəxsin sözlərinə görə, 150-200 yaxın məcburi köçkün
"Kamaz" markalı maşınlarla yolu kəsərək, özlərinə ev tələb ediblər və
son günlər olan qiymət artımına qarşı etirazlarını bildiriblər.
Məcburi
köçkünlər bildiriblər ki, köhnə daxmalarda yaşayırlar, havanın yağıntılı
keçməsi nəticəsində məskunlaşdığı yerləri su basıb. Aksiya iştirakçıları
məcburi köçkünlər üçün tikilmiş evlərdən onlara da verilməsini tələb ediblər.
Məlumata
görə, aksiyaya polis müdaxilə edib, bir yaşlı kənd sakini möhkəm xəsarət alıb.
Saxlananlar yoxdur. Aksiya təxminən 1 saat davam edib.
Taxta
körpüdə yerləşən Laçın rayon İcra Hakimiyyətinin telefonları cavab verməyib.
İcra Hakimiyyətinin Bakı nümayəndəliyinin əməkdaşı Babək Aslanov Meydan TV-yə
açıqlamasında məlumatı təkzib edib: “Bizə də bu barədə xəbər verdilər. Ancaq
rayonla əlaqə saxladıq, yalan olduğu bildirildi. Ötən il də bu cür şayiələr
yayılmışdı. İcra Hakimiyyətində aksiyayla bağlı hər hansı xəbər yoxdur”.
http://www.meydan.tv/az/site/opinion/4894/a-cab-did-m-cburi-koeckuenl-r-aksiya-kecirdi-fotolar.htm
Комментариев нет:
Отправить комментарий