“Ermənilər iki azərbaycanlı
girovu saxlaya bilməzlər, əminəm ki, onları gec-tez qaytaracaqlar”.
APA-nın məlumatına
görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud
Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında xarici işlər
naziri Elmar Məmmədyarov deyib.
Girovlar məsələsinin
hər zaman görüşlər zamanı gündəlikdə olduğunu vurğulayan E. Məmmədyarov ATƏT-in
Minsk Qrupu həmsədrlərinin son səfərinə də toxunub.
Nazir bildirib
ki, həmsədrlər münaqişənin həlli ilə bağlı işçi qrupların yaradılmasını təklif
ediblər: “Azərbaycan məcburi köçkünlərin qayıdışı zamanı görüləcək işlərlə
bağlı Dünya Bankı ilə birgə layihə hazırlayıb. Ancaq Ermənistanla da bu məsələləri
danışmalıyıq. İlk növbədə Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən
çıxarmalıdır. Ona görə də atəşkəsin pozulması hallarından danışarkən həmsədrlərdən
tələb edirik ki, söhbət ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş
torpaqlardan çıxarılmasından getməlidir. BMT, ATƏT və digər beynəlxalq
qurumların bu barədə qətnamələri, qərarları var. Bəzi qətnamələr, qərarlar qəbul
olunmamış icra olunur, ancaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təəssüf ki,
biz bunu görmürük”.
E. Məmmədyarov
bildirib ki, Ermənistanın da regional layihələrə qoşulmasını istəyir: “Amma Ermənistan
öz siyasəti ilə özünü küncə sıxır. Ermənistan regionda faydalı iş qurmaq istəyirsə,
Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmalıdır”.
http://musavat.com/mobile/dunya/hemsedrler-dagliq-qarabag-munaqishesinin-helli-ile-bagli-ishchi-qruplarin-yaradilmasini-teklif-edibler_249182.html?welcome=1

Комментариев нет:
Отправить комментарий