Bakı Ali Neft Məktəbinin
(BANM) elektron kitabxanası dünya elektron arxivinin (repozitorilərinin)
reytinq cədvəlinə daxil olub. Belə ki, dünyanın 2200-dən artıq ali təhsil müəssisəsinin
elektron arxivini əhatə edən «Webometrics Ranking of World Universities»
ümümdünya reytinq cədvəlinin 2015-ci ilin yanvar ayına olan nəticələrinə əsasən,
Bakı Ali Neft Məktəbinin elektron kitabxanası Vebometriks reytinq cədvəlinə
daxil olub.
http://repositories.webometrics.info/en/Europe/Azerbaijan
Bundan başqa, BANM-in
elektron kitabxanası dünyanın aparıcı akademik repozitorilərinin iki reyestrində
qeydiyyatdan keçib.
DOAR (Directory of Open Access Repositories), ROAR (Registry of Open Acess
Repositories) ROARMAP (Registry of Open Acess Repositories Mandates and
Policy).
Reytinq dörd göstərici əsasında - zahiri görünüşünə, həcminə, xüsusi
fayllarına və elmi məqalələrinə əsasən təhlil olunaraq tərtib edilir.
Vebometriks reytinq cədvəli ali təhsil müəssisəsinin veb-resurslarının
İnternetdə populyarlığını xarakterizə edən, onların informasiya əhəmiyyətliliyini
ölçən universal və ixtisaslaşmış axtarış sistemlərinin qiymətləndirmə göstəricilərinə
əsaslanıb.
Reytinqin yenilənməsi ildə 2 dəfə baş verir və nəticələr Webometrics
Ranking of World Universities rəsmi saytında yerləşdirilir.
(www.wembomertics.info)Qeyd edək ki, BANM-in elektron arxivi (repozitori)
(http://dspace.bhos.edu.az ) Hevlett-Pakard və MTİ (Massaçusets Texnologiya
İnstitutu) kitabxanalarının birgə əməkdaşlığı nəticəsində yaradılmış DSpace
proqram təminatı əsasında çalışır. Proqram ilk dəfə 2002-ci ildə MTI-un
kitabxanaları tərəfindən dəstəklənən sistem kimi işə salınıb. DSpace proqram təminatı
akademik tədqiqatlarda istifadə olunan rəqəmsal materialların uzunmüddətli
saxlanmasını təmin edən platformadır.
Hal-hazırda BANM-in elektron kitabxanasının kolleksiyaları Ali Məktəbin müəllim
və tədqiqatçılarının tammətnli nəşrləri ilə zənginləşir. Elektron arxivin
effektivliyinin artırılması məqsədilə Ali Məktəbin əməkdaşları sona çatdırılmış
tədqiqat nəticələrinin elektron versiyasını kitabxanaya təqdim edirlər. Buraya
dissertasiyalar, magistr işləri, ekspert rəyindən keçərək dərc olunmuş və ya dərc
olunmağa hazırlanan elmi əsərlər və s. aid edilir. Ali Məktəbin elektron
arxivində müxtəlif mövzulardan olan elektron sənədlərin kolleksiyaları, tədris
proqramını dəstəkləyən tədris materialları, əməkdaşların tədqiqat nəticələri,
aparıcı müəllim və alimlərin şəxsi səhifələri və sair kitabxana kolleksiyaları
cəmlənib.
http://www.adalet.az/w59130/Bak%C4%B1_Ali_Neft_M%C9%99kt%C9%99binin_elektron_kitabxanas%C4%B1_d%C3%BCnya_reytinq_c%C9%99dv%C9%99lin%C9%99_daxil_olub_/#.VORoEeasW8J

Комментариев нет:
Отправить комментарий