“Mən nədə ittiham olunduğumu
bilmirəm”
Fevralın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində
hüquq müdafiəçisi, “Hüquq Maarifçiliyi” Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin
cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Rasim Sadıxov
sədrlik edib.
Meydan TV əməkdaşının verdiyi məlumata görə,
proses başlayan kimi hakim zərərçəkmiş Gülşən Orucovanın ifadə verəcəyini elan
edib. Lakin İntiqam Əliyev etiraz edərək, vəsatətlə çıxış edib. O, ittiham
aktının ona aydın olmadığını, nədə günahlandırıldığını bilmədiyini deyib.
Hakim
vəsatəti təmin edib və təkrar ittiham aktını oxumağa başlayıb. İntiqam
Əliyev ittiham aktını oxuduğunu, ancaq nədə ittiham olunduğunu bilmədiyini
deyib və izah istəyib.
Hakim onun sualını “siz nədənsə zərərçəkənin
ifadə verməsini istəmirsiz” deməklə cavablandırıb.
Bundan sonra İntiqam Əliyev məhkəmə heyətinə
etiraz edib: “İndiyədək heç bir normal vəsatətimiz qəbul olunmayıb. Buna görə də
mən məhkəmənin ədalətli keçiriləcəyinə inanmıram”.
Bundan sonra məhkəmə heyəti fasiləyə çıxıb.
http://www.meydan.tv/az/site/politics/4785/ntiqam-liyev-m-hk-m-hey-tin-etiraz-etdi.htm
Комментариев нет:
Отправить комментарий