Azərbaycanda fəaliyyət göstərən bir
sıra kommersiya banklarının valyuta mübadiləsi məntəqələri ABŞ dollarının alış-satış məzənnəsinin müəyyənləşdirilməsi prosesində Mərkəzi Bankın (AMB) marja ilə bağlı tələbnaməsini
pozub.
AzVision.az
report.az-a istinadən xəbər verir
ki, Bakı şəhərinin bir çox yerində mübadilə məntəqələri əhalidən
dolları 0,85-0,90 AZN/USD məzənnəsi ilə alır. Halbuki, AMB-nin tələbnaməsinə əsasən, icazə verilən marja
+/-2% təşkil edir. Yəni, valyutanın alış-satış məzənnəsi rəsmi məzənnədən
maksimum 2% ucuz və 2% baha
(alış minimum 1,029 AZN/USD, satış isə
maksimum 1,071 AZN/USD) ola bilər.
Faktiki olaraq, paytaxtdakı valyuta mübadiləsi məntəqələri icazə verilən marjanı 7-10 dəfə aşıb və alışı rəsmi məzənnədən 14-19%
aşağı qiymətlə həyata
keçirir.
AMB-dən "Report"a
bildirilib ki, tələbləri pozan
banklara qarşı tədbir
görüləcək.Qeyd edək ki, bu gün səhər saatlarında "Muğan Bank" ASC-nin bir neçə filial və mübadilə məntəqəsi dolların alışını 0,85 AZN/USD məzənnəsi ilə həyata keçirib və bunu baş ofisdən aldığı rəsmi göstərişlə əsaslandırıblar.
Bununla yanaşı, "Unibank" ASC rəsmi veb-saytında dolların alış məzənnəsini 0,9474 manat (rəsmi məzənnədən 9,77% aşağı) göstərib.
Maraqlıdır ki, paytaxtın mərkəzində yerləşən bir sıra mübadilə məntəqələri ümumiyyətlə dolların alışını, bəzən isə satışını da dayandırıb.

Комментариев нет:
Отправить комментарий