- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

2.12.2015

Müdafiə Nazirliyi: Ermənistanın xüsusi təyinatlı dəstəsinin komandiri öldürülüb

Ermənistan Ordusunun bölmələri təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərib.
Azərbaycan Müdafiə Nazirliyinini mətbuat xidmətinin məlumatına görə, qabaqlayıcı tədbirlər nəticəsində iki kəşfiyyat-təxribat qrupunun qarşısı alınıb.

“Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib. Xeyli sayda yaralı var”, məlumatda deyilir.
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrin bölmələri heç bir itki verməyib və cəbhə xəttində vəziyyətə tam nəzarət edir.
Ermənistan tərəfi bu barədə hələlik hər hansı bir məluat yaymayıb.
http://www.amerikaninsesi.org/content/cebhe_xetti/2638395.html

Комментариев нет:

Отправить комментарий