“Tikintilər aparılarkən beynəlxalq dərəcəli avtomobil və dəmir yollarına, neft obyektlərinə və yanacaqdoldurma məntəqələrinə uzaqlıq tələblərinə ciddi riayət olunmalıdır. Əks təqdirdə, bu tikintilər qanunsuz hesab ediləcək və onlarla
bağlı icazə sənədləri qüvvədən düşmüş sayılacaq”.
Ucnoqta.az-ın məlumatına görə, bu sözləri Fövqəladə Hallar
Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət
Agentliyinin mütəxəssisləri və hüquq şöbəsinin əməkdaşları
Qəbələdə keçirilən Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklərlə bağlı
seminarda səsləndiriblər.
Qeyd edək ki, bu cür seminarlar Şəhərsalma və Tikinti Məcəlləsinin
qüvvəyə minməsi ilə əlaqədar yeni məqamlar,
onların tətbiqi zamanı yerli icra
hakimiyyətləri ilə Fövqəladə Hallar
Nazirliyi arasında əlaqələrin
qurulması kimi məsələlər ilə əlaqəli təşkil edilir.
FHN əməkdaşları
yeni məcəllə ilə bağlı ortaya çıxan sənədləşmə
prosedurlarından bəhs ediblər:
“Bundan sonra tikintiyə icazənin
verilməsi ilə bağlı yeni qaydalara riayət olunmadan inşa edilən obyektlər
qanunsuz sayılacaq və onlarla
bağlı müvafiq hüquqi addımlar atılacaq”.(APA)
http://ucnoqta.az/news/11798

Комментариев нет:
Отправить комментарий