Qazaxda Şəhidlər Xiyabanı
uzun müddətdir ki, baxımsız qalıb. Yerli camaat və veteranlar
bunu vətən uğrunda həlak olanların ruhuna hörmətsizlik kimi
qiymətləndirirdilər. Ancaq rayon rəhbərliyi Şəhidlər Xiyabanını
abadlaşdırılması, yenidən qurulması üçün hələ ki, addım atmır.
Veteranlardan Fəzail Əliyev deyir:
«Orada uyuyanlar bizim azadlığımız və vətənimiz uğrunda canını
fəda edən övladlarımızdır. Onlara qarşı bu cür diqqətsizlik olmamalıdır.
Milyonlarla dövlətin pulu var. Bir xiyabanı abadlaşdırmaq nə çətin işdir ki, bu
qədər müddət yubadırlar? Rayon rəhbərliyinin başı meşələri qırıb satmağa
qarışıb. Bir maraqlanmır ki, bu məzarlıqda vəziyyət necədir».
«DÖYÜŞDÜYÜMƏ HEYFSİLƏNİRƏM»
Veteranlardan Sübhan Məmmədov isə deyir ki, rəhbərlik çox cüzi
miqdarda xərc çəksə, xiyaban təmir olunar:
«Burada uyuyanlar mənim silah
yoldaşlarımdır. Qəbirdaşıları sınıq-sınıqdır. Bir-iki qəbir yox, demək olar,
bütün qəbirlər belə vəziyyətdədir. Bu məzarlıqda mən də ola bilərdim. Allah
istəyib sağ qalmışam, indi onlara edilən bu hörmətsizliyi görüb döyüşdüyümə
heyfsilənirəm».
Qazax rayonunun başqa bir sakini Yolçu Qorçuyevisə deyir ki, xiyabanabaxımsız münasibət çoxdandır davam edir:
Qazax rayonunun başqa bir sakini Yolçu Qorçuyevisə deyir ki, xiyabanabaxımsız münasibət çoxdandır davam edir:
«Dəfələrlə yerli icra hakimiyyətinə, bələdiyyəyə iradımızı
bildirmişik, baxan yoxdur şikayətlərimizə».
Qazax rayon İcra Hakimiyyətindən bildiriblər ki, görüləcək təmir işlərinin siyahısına Şəhidlər Xiyabanının abadlaşdırılması məsələsi də daxildir: «Rayonda bu işlər planlaşdırılmış və növbəli şəkildə aparılır. Yerli icra hakimiyyəti yaxın vaxtlarda xiyabanın təmir-tikintisi ilə də məşğul olacaq».

Комментариев нет:
Отправить комментарий