İstanbulda Xocalı ilə bağlı tədbirlər davam edir. Bu gün Türkiyənin İnsani Yardım Vəqfinin
yardımı ilə “The Green Park Hotel Merter”də Qarabağla bağlı kitab sərgisi
keçirilib. Sərginin təşəbbüsçüsü Yenicag.az
internet qəzetinin baş redaktoru Aqil Ələsgərin sözlərinə görə, “bu işdə İHH bizə yardımçı oldu. Azərbaycandan Qarabağ və
Xocalı ilə bağlı apardığımız kitab və disklərlə yanaşı İHH-nın Xocalının 23-cü il dönümünə həsr olunan Xüsusi
Buraxılışı” da təqdim olundu”.
Qarabağla bağlı kitablara ciddi marağın olduğunu qeyd edən
Aqil Ələsgərin
sözlərinə görə,
“Biz Qazaxıstanda başladığımız “Qarabağ” sərgisini
ötən il İnegöldəki
Türk Şölənində
də keçirmişdik.
Gələcəkdə
daha geniş şəkildə
bu sərgini keçirmək planlarımız var.
Bu il sərginin keçirilməsində
İHH başqanı Bülent Yıldırım, İHH-nın qurucu üzvlərindən
Hüseyin Büyükfırat və İHH Araşdırma Mərkəzi
başqanı Ahmet Emin Dağın böyük yardımları oldu”.
A.Ələsgər
qeyd edib ki, bu dəfəki
kitab sərgisinin keçirilməsində
Avropa.info saytının baş redaktoru Ruslan Bəşirlinin
də xidmətləri
olub.

Комментариев нет:
Отправить комментарий