Lənkəranın Liman qəsəbəsində bir qrup sakin ölkədə bahalaşmaya etiraz olaraq Bakı-Astara yolunu
bağlayıb.
Liman qəsəbə sakini İman Əliyevin
dediyinə görə, ərzaq mağazaların çoxu bağlıdır. Mağazalar əhaliyə nisyə
mal vermir. Manatın məzənnəsinin aşağı düşməsi
əhalini qəzəbləndirib.
İşıqların tez-tez söndürülməsi
insanları bezikdirib.
Liman qəsəbə bələdiyyəsindən
bildirdilər ki, yol bağlı
olmayıb. 5-10 nəfər sakin yolların bərbad olmasına, işıq və qazın fasilə ilə verilməsinə etiraz ediblər. Rayon rəhbərliyi hadisə
yerindədir və bu barədə
tədbirlər görülür.
Fevralın 21-dən
etibarən Azərbaycan manatı təqribən 30 faiz dəyərdən düşüb. Bu bütün ölkədə
qiymət artımı ilə müşahidə edilir.

Комментариев нет:
Отправить комментарий