- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

2.12.2015

“Cənub Qaz Dəhlizi“ layihəsinin ilk iclası keçirilir - Bakıda

Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclası keçirilir.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, iclasda Azərbaycan prezidenti İlham Əliyevin, "Cənub Qaz Dəhlizi" layihəsinin iştirakçısı olan ölkələrin - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstanın enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviçin, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Dövlət Neft Şirkəti, "BP-Azerbijan" şirkəti, Trans Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumlarının və digər beynəlxalq qurumların rəsmi nümayəndələri iştirak edir.
 Tədbirdə "Cənub Qaz Dəhlizi" layihəsinin icrası, idarə olunması, mövcud vəziyyəti ilə bağlı konkret tövsiyələrin veriləcəyi gözlənilir.
 Qeyd edək ki, Məşvərət Şurasının yaradılması təşəbbüsünü Azərbaycan prezidenti irəli sürüb.
 

http://ucnoqta.az/news/11771

Комментариев нет:

Отправить комментарий