- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

2.25.2015

Ağcabədidə məcburi köçkünlər aksiya keçirdi (Fotolar)

Ağcabədinin Taxra körpü qəsəbəsində yaşayan Laçın rayonundan məcburi köçkünlər Ağcabədi magistral yolunu bağlayaraq aksiya keçiriblər.
Bu barədə Meydan Tv-yə aksiyada iştirak etdiyini deyən kənd sakini məlumat verib. Adını açıqlamayan şəxsin sözlərinə görə, 150-200 yaxın məcburi köçkün "Kamaz" markalı maşınlarla yolu kəsərək, özlərinə ev tələb ediblər və son günlər olan qiymət artımına qarşı etirazlarını bildiriblər.

“Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı işçi qrupların yaradılmasını təklif ediblər”

“Ermənilər iki azərbaycanlı girovu saxlaya bilməzlər, əminəm ki, onları gec-tez qaytaracaqlar”.
 APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında xarici işlər naziri Elmar Məmmədyarov deyib.

2.23.2015

Lənkəranda bahalaşma əleyhinə etiraz…

Lənkəranın Liman qəsəbəsində bir qrup sakin ölkədə bahalaşmaya etiraz olaraq Bakı-Astara yolunu bağlayıb.
Liman qəsəbə sakini İman Əliyevin dediyinə görə, ərzaq mağazaların çoxu bağlıdır. Mağazalar əhaliyə nisyə mal vermir. Manatın məzənnəsinin aşağı düşməsi əhalini qəzəbləndirib. İşıqların tez-tez söndürülməsi insanları bezikdirib.

Azərbaycanlı jurnalistlər İstanbulda Qarabağ kitab sərgisi təşkil etdi

İstanbulda Xocalı ilə bağlı tədbirlər davam edir. Bu gün Türkiyənin İnsani Yardım Vəqfinin yardımı ilə “The Green Park Hotel Merter”də Qarabağla bağlı kitab sərgisi keçirilib. Sərginin təşəbbüsçüsü Yenicag.az internet qəzetinin baş redaktoru Aqil Ələsgərin sözlərinə görə, “bu işdə İHH bizə yardımçı oldu. Azərbaycandan Qarabağ və Xocalı ilə bağlı apardığımız kitab və disklərlə yanaşı İHH-nın Xocalının 23-cü il dönümünə həsr olunan Xüsusi Buraxılışı” da təqdim olundu”.
Qarabağla bağlı kitablara ciddi marağın olduğunu qeyd edən Aqil Ələsgərin sözlərinə görə, “Biz Qazaxıstanda başladığımız “Qarabağ” sərgisini ötən il  İnegöldəki Türk Şölənində də keçirmişdik.

Mərkəzi Bankdan kommersiya banklarına ciddi xəbərdarlıq

Azərbaycanda fəaliyyət göstərən bir sıra kommersiya banklarının valyuta mübadiləsi məntəqələri ABŞ dollarının alış-satış məzənnəsinin müəyyənləşdirilməsi prosesində Mərkəzi Bankın (AMB) marja ilə bağlı tələbnaməsini pozub.


AzVision.az report.az-a istinadən xəbər verir ki, Bakı şəhərinin bir çox yerində mübadilə məntəqələri əhalidən dolları 0,85-0,90 AZN/USD məzənnəsi ilə alır. Halbuki, AMB-nin tələbnaməsinə əsasən, icazə verilən marja +/-2% təşkil edir. Yəni, valyutanın alış-satış məzənnəsi rəsmi məzənnədən maksimum 2% ucuz və 2% baha (alış minimum 1,029 AZN/USD, satış isə maksimum 1,071 AZN/USD) ola bilər. Faktiki olaraq, paytaxtdakı valyuta mübadiləsi məntəqələri icazə verilən marjanı 7-10 dəfə aşıb və alışı rəsmi məzənnədən 14-19% aşağı qiymətlə həyata keçirir.

2.19.2015

İntiqam Əliyev məhkəmə heyətinə etiraz etdi

“Mən nədə ittiham olunduğumu bilmirəm”

Fevralın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi, “Hüquq Maarifçiliyi” Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Rasim Sadıxov sədrlik edib.
Meydan TV əməkdaşının verdiyi məlumata görə, proses başlayan kimi hakim zərərçəkmiş Gülşən Orucovanın ifadə verəcəyini elan edib. Lakin İntiqam Əliyev etiraz edərək, vəsatətlə çıxış edib. O, ittiham aktının ona aydın olmadığını, nədə günahlandırıldığını bilmədiyini deyib.

Texas parlamenti Xocalı ilə bağlı yeni qətnamə qəbul edib

ABŞ-ın Texas ştatının Nümayəndələr Palatasının üzvü Jin Vu Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar qətnamə yayıb. Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı diaspor təşkilatı Amerika Azərbaycanlıları Şəbəkəsi məlumat verib.
Qətnamədə qeyd edilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin mülki əhalisi Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən qırğına məruz qalıb: “Bu, müharibə vaxtı baş verə biləcək cinayət haqqında xəbərdarlıq və zorakılığa yol verməmək üçün dialoqun inkişaf etdirilməsinin zəruri olmasının acı bir xatırlatmasıdır”.

2.18.2015

Bakı Ali Neft Məktəbinin elektron kitabxanası dünya reytinq cədvəlinə daxil olub

Bakı Ali Neft Məktəbinin (BANM) elektron kitabxanası dünya elektron arxivinin (repozitorilərinin) reytinq cədvəlinə daxil olub. Belə ki, dünyanın 2200-dən artıq ali təhsil müəssisəsinin elektron arxivini əhatə edən «Webometrics Ranking of World Universities» ümümdünya reytinq cədvəlinin 2015-ci ilin yanvar ayına olan nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinin elektron kitabxanası Vebometriks reytinq cədvəlinə daxil olub.
http://repositories.webometrics.info/en/Europe/Azerbaijan
Bundan başqa, BANM-in elektron kitabxanası dünyanın aparıcı akademik repozitorilərinin iki reyestrində qeydiyyatdan keçib.

Heç bir qadın təcavüzə layiq deyil

Sosial şəbəkələrdə “sən də anlat” haştağı altında təcavüzə məruz qalan insanların həyat hekayələri anladılır. Gözəl kampaniyadır, ictimai qınaq üçün vacib addımdır. Amma təəssüf ki, təcavüzə məruz qalanlar, zorakılıqla üzləşənlər arasında çox az adam tapılar ki, sosial şəbəkədən yararlansın, yaxud da bunu yazmağa cəsarət etsin.
Bununla belə, bir yerdən başlamaq lazımdır. Əgər gecə küçədə görünmək qadın üçün təhlükəlidirsə (bugünlərdə iki kişi gecəyarısı küçədə qadına təcavüz ediblər), deməli, ictimaiyyət reaksiya verməli, təhlükənin qarşısını almaq üçün addımlar atılmalıdır. Necə ki, Türkiyədə bu etirazın şahidi oluruq.

Qazaxda Şəhidlər Xiyabanı baxımsızlıqdan uçulur…

Qazaxda Şəhidlər Xiyabanı uzun müddətdir ki, baxımsız qalıb. Yerli camaat və veteranlar bunu vətən uğrunda həlak olanların ruhuna hörmətsizlik kimi qiymətləndirirdilər. Ancaq rayon rəhbərliyi Şəhidlər Xiyabanını abadlaşdırılması, yenidən qurulması üçün hələ ki, addım atmır.
Veteranlardan Fəzail Əliyev deyir:
«Orada uyuyanlar bizim azadlığımız və vətənimiz uğrunda canını fəda edən övladlarımızdır. Onlara qarşı bu cür diqqətsizlik olmamalıdır. Milyonlarla dövlətin pulu var. Bir xiyabanı abadlaşdırmaq nə çətin işdir ki, bu qədər müddət yubadırlar? Rayon rəhbərliyinin başı meşələri qırıb satmağa qarışıb. Bir maraqlanmır ki, bu məzarlıqda vəziyyət necədir».
«DÖYÜŞDÜYÜMƏ HEYFSİLƏNİRƏM»

“Qarabağ Uğrunda” Jurnalist Hərəkatının loqosu hazırlanıb

Əsas hədəflərindən biri Azərbaycan juralistlərinin Qarabağla bağlı yazılarını müxtəlif dillərə tərcümə etdirərək xarici mərbuata çıxarılması olan “Qarabağ Uğrunda” Jurnalist Hərəkatının loqosu hazırlanıb. Loqonun əsas komponenti gilzəsi qələm başlığı ilə vəzələnmiş güllədir. “Silahımız qələmdir” mənasını ehtiva edən bu element Hərəkatın əsas tanıtım işarəsi olacaq. Bundan başqa, loqoda bir neçə vacib komponent də yer alıb. Bunlar işğal olunmuş rayonlarınin xəritədəki görünüşü və onların adlarıdır.  Veb dizayner Anar Ağayarov tərəfindən hazırlanmış loqoda Hərəkatın adı həm Azərbaycan, həm də ingilis dillərində əks olunub.  

http://musavat.com/news/media/qarabag-ugrunda-jurnalist-herekatinin-loqosu-hazirlanib_247075.html

Qadın haqları?! O, heç Avropada da yox imiş...

Hər il Avropada 62 milyon qadın zorakılıq qurbanı olur
Avropa Təməl Hüquqlar Agentliyinin apardığı sorğulardan bəlli olub ki, Avropada hər il 62 milyon qadın zorakılıqla üzləşir, zorakılıq görənlərin 5 faizi cinsi istismar edilir. Qadınlara qarşı zorakılıq faktlarının araşdırılması ilginc faktların ortaya çıxmasına səbəb olub. Avropanın nüfuzlu elmi mərkəzlərinin apardığı araşdırmalar Hollandiya, Finlandiya, İsveç, İngiltərə və Fransa kimi inkişaf etmiş ölkələrin qadın zorakılığı ilə bağlı statistikada ilk yerləri tutduğunu göstərib. 

Azərbaycan öz valyutasını dollara nisbətən "aşağı salmağa çalışır"

Neft qiymətlərinin düşməsi Azərbaycanın neftdən asılı iqtisadiyyatını sınaq qarşısında qoyduğu üçün ölkə manatın dollara qarşı müəyyən etdiyi qiymətini tərk etməyi planlaşdırır, Mərkəzi bankın rəhbəri Financial Times qəzetinə bildirib.
“Fiskal və monetar siyasətə müəyyən düzəlişlər etmək vacibdir,” Azərbaycanın mərkəzi bankına iyirmi il ərzində rəhbərlik etmiş Elman Rüstəmov Bakıda verdiyi müsahibəsində deyib.
“Biz daha çevik məzənnə rejiminə keçməli olduğumuzu düşünürük. Tədricən inflyasiyanı hədəfləyən rejimə keçəcəyik", Mərkəzi bankın rəhbəri deyib.

2.16.2015

Əhalinin sosial vəziyyəti yaxşılaşıb

Astara rayonunda keçən ilin müvafiq dövrü ilə müqayisədə ərizə və şikayət azalıb 
Regionların sosial- iqtisadi inkişafı həmişə diqqət mərkəzində olub. Astara rayonunda digər sahələrdə olduğu kimi ötən il rayon əhalisinə göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Rayon Mərkəzi Xəstəxanası yeni tibbi cihaz və avadanlıqlarla təmin edilib. Kijəbə qəsəbə sahə xəstəxanası, Artupa həkim məntəqəsində təmir işləri davam etdirilir. Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən ötən il fevralın 17-dən mayın 1-dək ölkə əhalisinin tibbi müayinədən keçirilməsi təmin edilib. Cənub regionun önəmli rayonlarından biri olan Astarada bu müddət ərzində 56 min nəfər müayinəyə cəlb olunub, xəstəlik aşkar olunanlar respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilib. 

2.12.2015

Erməni kəşfiyyatçıya Azərbaycanda cinayət işi açıldı – Rəsmi

Erməni kəşfiyyat-təxribat qrupunun üzvü barədə həbs qətimkan tədbiri seçilib. 

Hərbi Prokurorluğunun mətbuat xidmətindən “Qafqzinfo”ya daxil olan məlumata görə, 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan hərbi qulluqçuları tərəfindən yaxalanıb.
Fakt üzrə Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29,120.2.7., 29,120.2.12. və 29,282.2-ci maddələri ilə cinayət işi başlanıb.

İlham Əliyev münaqişənin həlli ilə bağlı bütün variantları açıqladı

Fevralın 7-də 51-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsi keçirilib. 
”Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Sloveniyanın Prezidenti Borut Pahorun sədrliyi ilə keçirilən paneldə dövlətimizin başçısı çıxış edib və sualları cavablandırıb.
Prezident Borut Panor: Cənab Prezident, Sizin fikrinizcə Avropa İttifaqının genişlənməsi imkanlarının çatışmazlığı məsələsi problemin mövcud olduğu regionda çətinliklər yaradırmı?

“Cənub Qaz Dəhlizi“ layihəsinin ilk iclası keçirilir - Bakıda

Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclası keçirilir.

Bakıda evlərin kütləvi söküntüsü gözlənilir

“Tikintilər aparılarkən beynəlxalq dərəcəli avtomobil və dəmir yollarına, neft obyektlərinə və yanacaqdoldurma məntəqələrinə uzaqlıq tələblərinə ciddi riayət olunmalıdır. Əks təqdirdə, bu tikintilər qanunsuz hesab ediləcək və onlarla bağlı icazə sənədləri qüvvədən düşmüş sayılacaq”.

Ucnoqta.az-ın məlumatına görə, bu sözləri Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri və hüquq şöbəsinin əməkdaşları Qəbələdə keçirilən Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklərlə bağlı seminarda səsləndiriblər.

Müdafiə Nazirliyi: Ermənistanın xüsusi təyinatlı dəstəsinin komandiri öldürülüb

Ermənistan Ordusunun bölmələri təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərib.
Azərbaycan Müdafiə Nazirliyinini mətbuat xidmətinin məlumatına görə, qabaqlayıcı tədbirlər nəticəsində iki kəşfiyyat-təxribat qrupunun qarşısı alınıb.