- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

8.04.2014

Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması



Azərbaycan Respublikasının Dövlət Neft Fondu 2001-ci ildən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə vəsait ayırır. Bu dövr ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, İmişli, Göygöl, Bərdə, Oğuz, Şəki, Gədəbəy, Saatlı, Hacıqabul rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax, Balakən şəhərlərində, Mehdiabad, Ramanı, Müşviqabad, Masazır, Pirşağı, Fatmayı və Ümid qəsəbələri ərazisində qaçqın və məcburi köçkünlər üçün hündürmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilmişdir.

8.01.2014

Məcburi köçkünlər aldıqları evləri sata bilərmi?



Bir nəfər yazırdı ki, məcburi köçkün qohumunun həyat yoldaşı xəstədir və təcili pula ehtiyacı var. Amma işləmədiyi üçün kredit götürə bilmir, borc almağa imkanlı qohumu da yoxdur. Həmin şəxs sual verirdi ki, qanunla qohumu dövlətin ona verdiyi evi satma hüququna malikdirmi? Açığı, bu suala mən də birmənalı cavab verə bilmədim. Həmin şəxs onu da bildirmişdi ki, qohumu evini satma məsələsi ilə bağlı dost-tanışa müraciət etsə də, ona müsbət cavab verən olmayıb. Lakin qohumunun Ermənistandan gələn qaçqın tanışlarından biri ona verilmiş evi satıb: “Ona görə qohumum çaşıb qalıb ki, biz evimizi sata bilərik ya yox”.