- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

5.27.2015

Azərbaycanlılar Avropa Oyunları öncəsi nəqliyyatdakı məhdudiyyətlərdən narazıdır

Bir qrup azərbaycanlı Facebook istifadəçisi Bakı şəhər Baş Polis İdarəsinin nəqliyyatla bağlı rəsmi bəyanatından sonra öz qəzəbini ifadə edib.
Bəyanatda deyilir ki, Avropa Oyunlarna məxsus maşınların hərəkəti üçün nəzərdə tutulmuş Oyunlar zolağında nəqliyyatın hərəkəti digər sürücülər üçün mayın 29-dan məhdudlaşdırılacaq.
Eyni zamanda, bəyanatda əlavə olunur ki, bu cür yollardan icazəsiz istifadə edən sürücülər 40 manat məbləğində cərimə olunacaqlar.
“Vaxt gələcək onlar bizdən nəfəs almağa görə də pul istəyəcəklər,” Anar Veliyevadlı istifadəçi 25 mayda Bizim Yol qəzetinin Facebook səhifəsində yazıb.

Hüquq müdafiəçisi: Azərbaycan "zəif bənd"dən güclü dövlətə çevrilib

Azərbaycan inkişaf etdikcə bəzilərinin gözü bunu götürmür. Çünki güclü Azərbaycan bu bölgədə heç kimə lazım deyil. Azərbaycan həm Rusiya, həm İran, həm də Avropa ölkələrinə boru kəməri üçün lazımdır. Onlara “zəif bənd” lazımdır ki, bu bənddən istifadə etsinlər, Azərbaycan məhsulları ən ucuz şərtlərlə Avropa bazarlarına getsin. Lakin Azərbaycanda son 15 ildə aparılan siyasət ona gətirib çıxarıb ki, ölkə özünü “zəif bənd” obrazından çıxarıb güclü dövlətə çevirə bilib.
Trend-in məlumatına görə, bunu “Humanitar Tədqiqatlar" İctimai Birliyinin sədri Əvəz Həsənov Azərbaycanın nüfuzlu hüquq müdafiəsi təşkilatlarının rəhbərlərinin iştirakı ilə ilk Avropa Oyunları ilə bağlı keçirilən "dəyirmi masa"da bildirib.

Öldürülən əsgərlə bağlı şok detallar

FHN olayın qətl olduğunu təsdiqləyib; Tapdıq Babaşovun yaxınları onun işgəncəyə məruz qaldığını, öldükdən sonra 4-cü mərtəbədən atıldığını deyirlər; mərhumun sevdiyi qız gözüyaşlı qaldı... 
Mayın 22-də Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki hərbi hissəsində 23 yaşlı Babaşov Tapdıq Əlizaman oğlunun müəmmalı şəkildə ölməsi haqda xəbər vermişdik. BDU-nun tarix fakültəsini qırmızı diplomla bitirən mərhumun mayın 25-də Şamaxıdakı ata yurdunda üç mərasimi keçirildi. Ailənin yeganə oğlu olan T.Babaşovun yas mərasimində  iştirak etmək üçün Şamaxıya yollandıq.

5.21.2015

Dəhşətli yanğına görə “JEK” müdiri QURBAN VERİLİR?

Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasının yanması ilə bağlı 100-dən artıq adam dindirilib. Bu barədə dünən Baş Prokuror Zakir Qaralov məlumat verdi. Ancaq istintaq sirri olduğu üçün dindirilənlərin kimliyi açıqlanmadı.
Modern.az saytına daxil olan məlumata görə, yanmış bina ilə bağlı 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin (“JEK”) rəisi Nizami Orucov həbs edilib.  Bildirilir ki, sözügedən binaya həmin “JEK” məsuldur.
Qeyd edək ki, dünəndən bəri bəzi KİV-lərdə hadisənin əsas səbəbi kimi binanın yaxınlığında zibilin yanması və alovun ordan yayıldığı göstərilir.

"Insan hüquqlarını pozan ölkələrlə əməkdaşlığa son qoymalıyıq"

"Üç Şərq Tərəfdaşlığı ölkəsində - Azərbaycan, Ermənistan və Belarusda jurnalistika azadlığının pisləşməsi qeydə alınıb"
Həqiqətə xidmət prinsipi KİV fəaliyyətində ən böyük problemdir. Bu barədə Riqada “Şərq tərəfdaşlığında Medianın rolu” mövzusunda Birinci KİV Konfransının açılışında bildirilib.
Madrid Klubunun prezidenti, Latviyanın eks-prezidenti Vayra Vike-Freyberq qeyd edib ki, bu problem oliqarxlar tərəfindən idarə olunan ölkələrdə daha aydın görünür.
Onun sözlərinə görə, KİV-in iqtisadi və siyasi asılılığı dayağı söz azadlığı olan demokratiyanın yaranması və inkişafı üçün ciddi təhlükələr yaradır.

QARABAĞDAN YENI SAVAŞ XƏBƏRI

"Əgər öz torpağımıza sülh yolu ilə qayıda bilmiriksə, mən əlimdə silah döyüşə-döyüşə qayıtmağa hazıram".

ANS PRESS-in məlumatına görə, bu barədə Ağdam rayonundan olan məcburi köçkün Oruc Cabbarov İtaliyanın “Il Giornale” qəzetinə verdiyi müsahibəsində bildirib. 

“Il Giornale” qəzetinin müxbiri Azərbaycana gələrək Ermənistan tərəfindən işğal edilmiş ərazilərdən Ağdamın Azərbaycanın nəzarətində qalmış kəndlərinə sığınmış məcburi köçkünlərlə görüşüb. 2010-cu ildə məcburi köçkünlər üçün salınmış “689” kəndində olmuş müxbiri Fausto Biloslavo Ermənistan işğalının yaratdığı probemləri təsvir edib. Onun sözlərinə görə, Ağdamın əhalisi rayonun işğal edilməmiş 30 faiz ərazisinə sığınıb və heç yerə getmək niyyətində deyil. 13 yaşında doğma evini tərk etməyə məcbur olmuş Məhəmməd Aslanov deyib: "Mən öz gəncliyimi itirmişəm. Mən istəmirəm ki, bu faciə mənim uşaqlarıma miras qalsın. Bir ay qabaq anam dünyasını dəyişdi. Mən onu istədiyi kimi, yəni atamın məzarının yanında dəfn edə bilmədim, çünki kəndimiz Ermənistan tərəfindən işğal edilib". 

Riqa sammitindən ölkələrin gözləntiləri: Azərbaycan tələsmir - AÇIQLAMA

Riqada IV Şərq Tərəfdaşlığı sammiti öz işinə bu gün axşamdan başlayır. Avropa İttifaqı və Şərq Tərəfdaşlığı proqramı ölkələrinin dövlət və hökumət başçıları bağlı qapılar arxasında keçəcək təntənəli şam yeməyində bir araya gələcəklər. Sammitin rəsmi hissəsi isə mayın 22-də Milli Latviya Kitabxanasının binasında baş tutacaq. Sammit iştirakçıları Şərq Tərəfdaşlığı proqramının həyata keçirilməsi, eləcə də onun inkişaf perspektivlərini müzakirə edəcəklər. Riqa sammitində Belorus prezidenti Aleksandr Lukaşenko, Azərbaycan dövlət başçısı  İlham Əliyev, eləcə də 3 Avropa Birliyi ölkəsinin – İrlandiya, İspaniya və Luksemburqun prezidentləri sammitə qatılmamaq qərarını veriblər. 

5.06.2015

Əli Həsənov: «Bizim problemlərin səbəbkarı Rusiya, ABŞ, Fransadır»

«ATƏT həmsədrləri olan üç dövlət son 20 ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir addım atmayıblar. Mən doğma torpaqlarımızın işğalına son qoyulmayınca, torpaqlarıma qayıtmayınca, Minsk Qrupunun həmsədri olan dövlətlər barədə tənqidlərimə son qoymayacağam. Nə üçün biz bunları deməməliyik?..».
apa-nın məlumatına görə, bu sözləri «Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir» mövzusunda konfransda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

"Azərbaycan Rusuyanın köləliyinə sürüklənir"

Arif Hacılı: "Bunun üçün isə bütün müqavimət mərkəzlərini ələ almaq və ya məhv etmək xətti götürülüb"
 
"Azərbaycanda müxalifətçi kimi fəaliyyət göstərmək 1988-ci ildən bu yana heç vaxt indiki qədər çətin olmamışdı.
Belə görünür ki, iqtidar 1993 -cü ildən yerinə yetirməsə də, bəyan etdiyi xarici və daxili siyasi kursundan, avrointeqrasiya və demokratikləşmə xəttindən təmamilə imtina etməyə hazırlaşır".

“Qarabağ və Krımın işğalı eynidir” - Ruslana

“Gəldilər və bizim torpaqlarımızı zəbt elədilər. Bu məsələlərdə birmənalı olaraq paralellik var. Qarabağ və Krımın işğalı eyni dəst-xətdir”. 

Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın xalq artisti, tanınmış ictimai-siyasi xadim, “Eurovision” musiqi yarışmasının qalibi Ruslana vesti.az saytına müsahibəsində Krım və Dağlıq Qarabağ münaqişələri arasında paralellik apararkən bildirib.

Neftin qiyməti ilin rekordını qırdı

Bu gün neftin qiyməti 69 dollara yüksələrək illik rekordunu qırıb. 
Regioninfo xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,52 dollar artaraq 61,92 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,56 dollar artaraq 69,08 dollar olub.

Qaçqınkom haqqında şok iddia...

Üstündən bir il keçməmiş yeni salınmış şəhərcikdəki məcburi köçkünlərə verilən evlərin acınacaqlı durumu barədəModerator.az-a çoxsaylı fotolarla bərabər şikayət məktubu daxil olub.

İddia olunur ki, Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş qəsəbədəki özbaşınalıqdan səlahiyyət sahibləri nəinki narahatlıq keçirmir, əksinə, etiraz edənləri aşağılayıcı ifadələrlə ələ salırlar:

5.05.2015

Nazirliyə müraciət xadiməyə baha başa gəldi

Bakı Olimpiya Stadionuna vaqondan baxan ailə

Putin azərbaycanlı milyarderi sevindirdi

Rusiya prezidenti Vladimir Putin neft şirkətlərinə Baltik dənizində hasilat işlərinə başlamasına icazə verib.
 Bu barədə Rusiya prezidenti qanun imzalayıb. Belə ki, əgər şirkət 2008-ci ilə qədər bu sahədə yeraltı geoloji tədqiqat aparılmasına dair rəsmi icazə alıbsa, onda həmin şirkətlərə hasilata görə də lisenziyanın verilməsi zəmanəti verilib.
Bu isə o deməkdir ki, Rusiya qanunvericiliyi hasilatla məşğul olan şirkətlərin bir çoxunun fəaliyyətini məhdudlaşdırır.

"Yaxın 10 il ərzində dünyada qadınlar güc strukturlarında daha çox təmsil olunacaq"

Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənovun Azərbaycanda qadınların nə zamansa müdafiə naziri postuna gətiriləcəyinin mümkün olub-olmadığı barədə fikrini öyrəndi. 

Ə.Həsənov qeyd etdi ki, Müdafiə Nazirləri postuna qadınların təyin olunması yeni bir trend olduğundan hələ ki, cəmiyyət tərəfindən bu vəzifəni icra edən qadınlara ciddi münasibət yoxdur. Lakin, nəzərə almaq lazımdır ki, bu ənənə davam edəcək və yaxın 10 il ərzində dünyada qadınlar güc strukturlarında daha çox təmsil olunacaqlar. Onu deyə bilərəm ki, artıq Gürcüstanda bu posta qadın təyin olunub. Norveç, İsveç, Hollandiya və Almaniyanın müdafiə nazirləri də qadınlardır.  Almaniyanın 55 yaşlı Müdafə Naziri Ursula von der Leyen yeddi uşaq anası olmasına baxmayaraq ən populyar namizdələrdən biri kimi bu vəzifəyə təyin olundu. 

5.02.2015

Freedom House Azərbaycanı mətbuatı "azad olmayan" ölkələrə aid edib

İnsan haqları üzrə Freedom House təşkilatınınn sonuncu hesabatında Azərbaycan mətbuatı azad olmayan ölkələr siyahısına aid edilib.
ABŞ-da mənzilllənən kampaniya qurumunun 199 ölkəni əhatə edən hesabatında 63 ölkə azad, 71 ölkə qismən azad, 65 ölkə isə azad olmayan mətbuata sahib kimi qeyd edilib.
Hər bir ölkə və ərazi üçün Azad, Qismən Azad və ya Azad olmayan statusunun təyin edilməsi üçün, 100 xallıq şkala təyin edilib.

Təhvil verilməyən binada yaşayan sakinlər

“Hakimiyyət başını itirib”

“Bir tərəfdən Avropaya qarşı müharibə elan olunur, digər tərəfdən Avropa Oyunları üçün ölkə vətəndaşları aşağılanır”
Cəmil Həsənli: “Olmayan ofisdən nəyinsə koordinasiya edildiyini demək savadsızlıqdan daha çox sərsəmlikdir”
Hakimiyyət isterik durumdadır, kor-koranə şəkildə saga-sola “zərbələr” endirir, demokratiya tələbləri artdıqca hər kəs gözünə düşmən kimi görünür. Ötən ildən başlanan “əcinnə ovu” davam edir. Son günlər ABŞ hədəf seçilib. Hakimiyyətin nəzarətində olan bütün media qurumları bu ovqata köklənib, düşmən axtarışındadır. Gündəmdə olan məsələlərlə bağlı Milli Şuranın sədri Cəmil Həsənli “Azadlıq”ın suallarını cavablandrıb.

Azərbaycanlıların yandırılmasından yazan erməni jurnalist danışdı

Virtualaz.org saytı dünən erməni jurnalist Mane Papyanın 80-ci illərin sonlarında Ermənistanda baş vermiş qanlı hadisələrdən bəhs edən sensasion araşdırmasını dərc etmişdi.
M.Papyanın ciddi riskə gedərək apardığı araşdırmanın nəticələri də bir daha və birmənalı şəkildə təsdiq edir ki, Ermənistanda azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsi və deportasiya edilməsi hələ Sumqayıt hadisələrindən də xeyli əvvəl başlayıb, bu prosesin özü isə Moskva tərəfindən təşkil və idarə olunub.

Prezident Avropa Oyunlarının xərcini açıqladı

“Ümid edirik ki, Birinci Avropa Oyunları bütün Avropa idmançılarının ümumi bayramına çevriləcək. Bu bizim üçün böyük məsuliyyətdir”. 

Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində deyib. Prezident qeyd edib ki, Azərbaycan bu Oyunların keçirilməsinə yeganə namizəd idi: “Ümumiyyətlə, əgər o zaman buna razılığımızı verməsəydik, yəqin ki, bu, ideya olaraq qalacaqdı. Mən bu ideyaya həmişə dəstək verən Avropa Olimpiya Komitəsinin Prezidenti cənab Patrik Hikkinin müstəsna rolunu qeyd etmək istəyirəm. Bu bizim üçün böyük məsuliyyət idi, lakin bizi daha böyük - Olimpiya Oyunları ilə müqayisəyə gələn Avropa Oyunlarını 2,5 ilə və hətta daha az müddətə keçirmək şərəfi gözləyirdi. 6 mindən çox idmançı, idmanın 20 növü”.

Qızı “yox” cavabına görə öldürən oğlan- “Bıçaq qırıldı, yoxsa...”

Bakının Nizami rayonunda 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Babayeva Aytac Nazim qızını qətlə yetirən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. 

Qafqazinfo”nun report-a istinadən məlumatına görə, Nizami rayon Məhkəməsinin qərarı ilə cinayəti törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Hüseynov İzzət Natiq oğlu 3 ay istintaq dövrü müddətində həbs edilib.