Bir nəfər yazırdı
ki, məcburi köçkün qohumunun həyat yoldaşı xəstədir və təcili pula ehtiyacı
var. Amma işləmədiyi üçün kredit götürə bilmir, borc almağa imkanlı qohumu da
yoxdur. Həmin şəxs sual verirdi ki, qanunla qohumu dövlətin ona verdiyi evi
satma hüququna malikdirmi? Açığı, bu suala mən də birmənalı cavab verə bilmədim.
Həmin şəxs onu da bildirmişdi ki, qohumu evini satma məsələsi ilə bağlı
dost-tanışa müraciət etsə də, ona müsbət cavab verən olmayıb. Lakin qohumunun
Ermənistandan gələn qaçqın tanışlarından biri ona verilmiş evi satıb: “Ona görə
qohumum çaşıb qalıb ki, biz evimizi sata bilərik ya yox”.
Yeri gəlmişkən bir
məqamı da qeyd etmək yerinə düşər. Belə ki, bəzi məcburi köçkünlər Qaçqın və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində fəaliyyət göstərən “qaynar xətt”
nömrələrini bilmirlər. Bu səbəbdən problemlə üzləşdikləri zaman onlar
suallarına komitədən deyil, hətta bəzən dəxli olmayan adamlardan “cavab”
alırlar.
Komitənin qaynar
xətləri
Qeyd edək ki, komitənin
saytında ayrı-ayrı məsələlər üzrə “qaynar xətt” nömrələri yerləşdirilib. Belə
ki, hüquqi məsələlər üzrə suallara komitənin (012) 431 31 26 nömrəli “qaynar xətt”inə
(baş məsləhətçi Vüqar Qarayev) zəng vuraraq cavab almaq olar.
Sosial problemlər və
müavinətlərlə bağlı məsələlər üzrə suallara komitənin (012) 431 86 34 nömrəsinə
zəng vurmaqla (şöbə müdiri İspəndiyar Əbdüləzimov) aydınlıq gətirmək olar.
Statusla bağlı məsələlər üzrə (Mehdixanlı Cövdət - şöbə müdiri) suallara komitənin
(012) 431 11 66, məskunlaşma, miqrasiya və məşğulluq məsələləri (şöbə müdiri Sənan
Hüseynov) üzrə suallara (012) 431 70 48, kommunal xidmətlər üzrə suallara (Qəhrəman
Məmmədov - şöbə müdiri) (012) 430 09 22 nömrəsinə zəng vurmaqla cavab almaq
olar.
O ki, qaldı məcburi
köçkünlərin dövlət tərəfindən onlara verilən mənzilləri sata bilib-bilməmələri
məsələsinə, komitədən bildirdilər ki, bu məsələ hələ bir neçə il öncə də gündəmə
gətirilib, müzakirələrə səbəb olub və birmənalı şəkildə aydınlıq gətirilib.
Qeyd edilib ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən
qaçqın və məcburi köçkünlərə verilən evlər onların mülkiyyətinə verilmir.
Yalnız Ermənistandan
gələn qaçqınlara nə verilibsə...
Xatırladaq ki, bir
müddət öncə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov da jurnalistlərin bu sualına cavab verib. Əli Həsənov deyib ki, məcburi
köçkünlər üçün nə tikilirsə, müvəqqəti yaşayış üçündür. Bütün götürülmüş
torpaqlar, tikilmiş qəsəbələr komitənin balansındadır: “Məcburi köçkünlərə müvəqqəti
yaşayış sənədi verilir. Həmin evlər onların mülkiyyətinə verilmir. Yalnız Ermənistandan
gələn qaçqınlara nə verilibsə, onların mülkiyyətidir. Məcburi köçkünlərə dövlət
tərəfindən verilən evləri isə onlar heç kimə verə, dəyişə, sata, orada hər
hansı dəyişiklik apara bilməzlər. Bu, qəti qadağandır. Belə qəsəbələrin
hamısında komitənin Mənzil İstismar sahələri var. İdarəçilik Qaçqın və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əlindədir”.
"Zaman Azərbaycan"
http://news.milli.az/society/237560.html
Комментариев нет:
Отправить комментарий