- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

11.04.2014

Bədbəxt ölkələrin siyahısı - Azərbaycan 38-cidir

ABŞ-ın 'Cato Institute' Tədqiqat Mərkəzi ən bədbəxt ölkələrin reytinqini açıqlayıb.

'Qafqazinfo' 'Media forum'-a istinadən xəbər verir ki, bədbəxtlik indeksi inflyasiya və işsizlik dərəcəsinə, ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcminə əsaslanır. Reytinq cədvəlinə 109 ölkənin adı düşüb.

Ən bədbəxt ölkələr siyahısında Suriya, Venesuela, Sudan və İran ilk pillələrdə yer alıb.
Siyahıda Azərbaycan 38-ci pillədə dayanıb. Qonşu ölkələr - Ermənistan 10-cu, Gürcüstan 24-cü, Rusiya 47-ci yerləri tutub.

Reytinq cədvəlinə görə, ən xoşbəxt ölkələr İsveçrə, Yaponiya, Çin, Tayvan, Cənubi Koreya, Sinqapur, Malayziya və Tailanddır.

Комментариев нет:

Отправить комментарий