“Region” Beynəlxalq
Analitik Mərkəz (RBAM) və İnsan
Hüquqları və Maarifçilik İB-yi donorlarla
bağlı vətəndaş cəmiyyətində yaranan
yeni situasiyaya uyğun analiz apararaq donorlar üçün təkliflərlə çıxış edib – Analiz və Tövsiyyələr
Tarixə ekskursiya
Vətəndaş
cəmiyyəti quruculuğu prosesi
Azərbaycanın müstəqil dövlət
quruculuğu ilə paralel başlayıb. Vətəndaş
cəmiyyətinin aparıcı
subyektlərindən olan QHT-lərin
formalaşması öz tarixini, məhz elə bu
mərhələ ilə
başlayır. QHT-lərin kəmiyyət və
keyfiyyətcə artımı, bir institut
kimi formalaşması prosesi də 90-cı illərin
ortalarında daha geniş yayılmağa başlayıb və əsrin
sonuna yaxın artıq oturuşmuş bir struktura çevrilib.
Demək olar ki, 2007-ci
ildə QHT-lərə
Dövlət Dəstəyi
Şurası yaranana qədər Azərbaycanda
yerli donor institutu olmayıb. Ona görə də
QHT-lərin layihələri əsasən
ABŞ və Avropanın müxtəlif profilli fondları
və institutları tərəfindən
maliyyələşdirilib. Həmin
dövrün tələblərinə
uyğun olaraq, layihələr maliyyələşdirilərkən
daha çox insan hüquqlarının müdafiəsi, demokratik təsisatların
formalaşaması, seçki islahatları və digər
mühüm prioritet sahələr üzrə
yazılan layihələrin seçilməsinə
üstünlük verilib.
Amma, bununla yanaşı müxtəlif
ekoloji, kənd təsərrüfatı
və digər sahələrin
inkişafı ilə bağlı layihələr də dəstəklənib.
Məhz, bu illərdə Azərbaycanda
beynəlxalq təşkilatların
donorçuluq funksiyaları genişlənib. Azərbaycanda
nümayəndəliyi, yaxud təmsilçiliyinin
olub-olmamasından asılı olmayaraq, xarici donorlar tərəfindən
100-lərlə yerli təşkilatın
bu və ya digər formada layihələri
dəstəklənib,
onların həyata keçirilməsi üçün maliyyə vəsaiti
ayrılıb. Keçən əsrin 90-cı illərinin
ortalarından başlayaraq, bu donorların bəziləri
Azərbaycanda yerli nümayəndəliyini
açaraq QHT-lərə maddi dəstək
verilməsinə başlayıb.
Qeyd etmək lazımdır ki, məhz
bu dəstək nəticəsində
QHT-lərin əsas və
ilkin bazaları formalaşdı, onların ofisləri yaradıldı,
sistemli və daimi fəaliyyət
göstərmək imkanları genişləndi.
Sistemli və daimi fəaliyyət nəticəsində
ideyalar bolluğu yarandı, layihələr
çoxaldı, əhalinin maarifləndirilməsi
artdı, yeni iş yerləri açıldı. 1995-ci ilin noyabrında Azərbaycan
Respublikasının Konstitusiyasında qəbul olunan normalar
da QHT sektorunun inkişafı üçün münbit şərait yaratdı. Bununla
da vətəndaş cəmiyyəti
quruculuğu istiqamətində daha geniş spektr
formalaşdı. 1997-2003-cü illərdə
BMT inkişaf proqramı ilə Azərbaycan
hökumətinin birgə həyata
keçirdiyi “Azərbaycanda vətəndaş
cəmiyyətinin gücləndirilməsi”
proqramının reallaşması ictimai sektorun inkişafına mühüm töhfə
verdi. Proqramın icrası nəticəsində
Bakıda, regionlarda QHT-lərin resurs və təlim
mərkəzləri
yaradıldı. Milli QHT Forumu və digər
QHT koalisiyaları formalaşdı. Qanunvericilik bazasının yaradılması istiqamətində
mühüm addımlar atıldı və 1998-ci ildə
“Qrant haqqında”, 2000-ci ildə isə
“Qeyri-hökumət təşkilatları (ictimai
birliklər və fondlar) haqqında”
qanunlar qəbul edildi.
Bu zaman artıq Azərbaycanda bəzi
beynəlxalq fond və donor təşkilatlar
fəaliyyətə
başlamışdı. Digər qism xarici donorlar da məhz
QHT-lər və onların fəaliyyətini
tənzimləyən
qanunvericilik bazası tam formalaşdıqdan sonra Azərbaycanda fəaliyyətə
başladı, yerli QHT-lərlə əməkdaşlıq
etdi. QHT-lərinvə təndaş
cəmiyyətinin müstəqil
qolu kimi formalaşması beynəlxalq təşkilatlarda
bu qurumların fəaliyyətinə
marağı artırdı, onların layihələrinin
dəstəklənməsinə səbəb
oldu.
Dünyada çox nüfuzlu donorlar – Açıq Cəmiyyət
İnstitutu, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), ABŞ Milli
Demokratiya İnstitutu, ABŞ Respublikaçılar İnstitutu, Beynəlxalq
Araşdırmalar və Mübadilə Şurası (İREX),
Amerika Hüquqşünaslar Assosiasiyası (ABA CEELİ), Marşal Fondu,Demokratiyanı Milli Himayə
Fondu (NED), Avrasiya Fondu, Beynəlxalq Media Müdafiə Təşkilatı
(İnternational Media Support), Böyük Britaniyanın Oksfam Humanitar təşkilatı,
ABŞ-ın «Counterpartİnternational» Beynəlxalq Humanitar Təşkilatı,
Şərqi Avropa Demokratiya İnstitutu, Avropa Şurası və onlarla beynəlxalq təşkilat
və donorlar Azərbaycanda fəaliyyət
göstərir, öz nümayəndəliyini
açır, yerli QHT-lərin layihələrini
maliyyələşdirirdi.
Ölkədə fəaliyyət
göstərən səfirlikləri
də bu sıraya əlavə
etsək, böyük bir donorçuluq institutunun formalaşdığnı demək
olar: ABŞ-ın Azərbaycandakı səfirliyi, Böyük
Britaniyanın Azərbaycandakı səfirliyi, Norveç
Krallığının Azərbaycandakı səfirliyi, ATƏT-in Bakı ofisi, Almaniya, Yaponiya səfilrlikləri,
habelə Kanada və Avstraliya səfirlikləri.
Vətəndaş cəmiyyətinə ayrılan
qrantlar
20 ildən çoxdur ki, bu
donorlar Azərbaycanda müxtəlif sahələrin
inkişafına böyük həcmdə vəsait
ayırmış, QHT-lərin bir çox lazımlı və gərəkli
layihələrini dəstəkləmişdir.
Minlərlə Azərbaycan
vətəndaşı bu və ya
digər formada layihələrə cəlb
edilərək, maariflənmiş,
hüquqlarını öyrənmiş, yaxud işləyərək əmək
haqqı almışdır. Çünki ölkəyə
böyük qrant vəsaitləri cəlb
edilirdi. Bu vəsaitlər vətəndaşların
maariflənməsinə
imkan yaratdığı kimi yeni iş yerlərinin açılması, məşğulluun
artmasında da əhəmiyyətli
rol oynayırdı. Məsələn,
2007-ci ildə 52 donor təşkilatından 5
milyondan çox ABŞ dolları məbləğində
qrant alınmışdır. 2009-cu ilə bu rəqəm 57
donor təşkilatından 5 844 025.4 ABŞ dolları,
3 095 578 avro, 105 000 funt sterlinq,
1 921 500 türk lirəsi və 15 000 kanada
dolları olmuşdur. 2011-ci il ərzində isə
12 452 738,37 ABŞ dolları, 4 334 469,54 avro,
259 617,50 funt sterlinq, 21 904 isveçrə frankı,
9 715 000 norveç kronu, 3 020 000 rus rublu və 43
250 kanada dolları məbləğində
qrant alınmışdır. 2012-ci ildə ümumi alınan qrant məbləği
39 542 569 manat olub, bunun da 21.090.811 manatı birbaşa xarici donorların
payına düşür. 2013-cü ildə isə QHT-lərin
illik büdcəsi 65 milyon manatdan çox olub. Bunun təxminən
35 faizi, 22 milyon manatdan çoxu xarici donorların payına düşür.
Qrantların istiqamətləri əsasən təhsil,
insan hüquqları, uşaq və gənclərin
problemləri, iqtisadiyyat, səhiyyə,
yerli özünüidarə, ekologiya, kənd təsərrüfatı,
qaçqın və məcburi köçkünlərin
problemləri və s. aktual mövzular
olmuşdur. Maraqlı nüanslardan biri budur ki, son illər
insan hüquqları istiqamətində
ayrılan qrantların ildən-ilə azalmasıdır. Əvvəlki illərdə bu
sahəyə ayrılan qrantlar
çoxluq təşkil etsə də, tədricən
azalmışdır. 2007-ci ildə bu sahəyə
ayrılan qrantlar ümumi qrant məbləğinin
12%-ni təşkil edirdisə, 2011-ci ildəbu
rəqəm 5.9% təşkil
etmişdir. Bu da onu göstərir ki, beynəlxalq
donorlar daha çox sosial sahələrə qrant
ayırılmasında maraqlı olub.
Donorlarla bağlı yaranan yeni vəziyyət
Son illər hökumətlə
beynəlxalq donorlar arasında münasibətlər
soyumağa doğru getmiş, nəticədə
bir sıra problemlər yaranmışdır. 2013-cü ilin əvvəlindən
başlanan bu “soyuqlaşma” bu il öz pik həddinə
çatmış və münasibətlər
daha da kəskinləşmişdir. Münasibətlərin
pozulması səbəbindən də
demək olar ki, əksər
beynəlxalq donorların fəaliyyətinə
“qırmızı işıq” yandırıldı. Milli Demokratiya İnstitutu və
İREX kimi təşkilatarın fəaliyyətinə
son verildi. Eləcə də
bir sıra yerli QHT-lərin bank hesablarına həbs
qoyuldu. Hökumət bunu donorların və onların qrant
ayırdığı təşkilatların fəaliyyətinin
şəffaf olmaması ilə izah edir: Hökumətin
fikrincə,
Ayrılan vəsaitlər
təyinatı üzrə xərclənmir;
Ayrılan qrantlar
siyasi məqsədlərə istiqamətləndirilir;
Qrant alan təşkilatlar
dövlət büdcəsinə məcburi ödəmələri yerinə yetirmir;
Donorlar və
respiyentlər arasındakı gizli sövdələşməyə görə, vəsaitlər bu və ya digər
formada mənimsənilir;
Hökumətin mövqeyinə
görə bu şübhələr
üçün ciddi əsaslar vardır. Çünki, bəzi beynəlxalq
təşkilatlar yalnız hökumətin əleyhinə
çıxış edən QHT-ləri maliyyələşdirirlər.
Qrantlar ayrılan zaman sosial, tarixi, mədəni,
yaxud iqtisadi araşdırmalara deyil, birbaşa iqtidara qarşı təzyiq,
yaxud müxalifət partiyalarını dolayısı yolla maliyyələşdirən
layihələr maliyyələşdirilir.
Mətbuatda gedən məlumatlara
görə, İREX 2006-ci ildən 2013-cü ilə
kimi 730 min manat məbləğində
qrant ayırıb ki, bu da əsasın müxalifyönlü təşkilatlara
verilib.“RevenueWatchİnstitute” 952
min, MDİ 10 il ərzində, yəni
2003-2013-cü illərdə Azərbaycan
QHT-lərinə 3 milyon 500 min
dollar həcmində 78 qrant ayırıb. Üstəlik
bu subsidiyaların əsas hissəsi 2010-2013-cü illərdə
ayrılıb və məbləğ 2
milyon 300 min dollar olub. USAİD isə 1992-ci ildən
bu yana 300 milyon dollar, o cümlədən
2008-ci ildən 8 milyon 200 min dollar və
daha 93 min manat vəsait ayrılıb. Hökumətə
görə, USAİD əvvəllər
ticarət və kənd
təsərrüfatı profilli
layihələr üstünlük versə də,
2008-ci ildən sonra daha çox siyasi yönümlü layihələri
maliyyələşdirib.
Daha bir məlumata görə, bəzən
qrant müqavilələrində
göstərilən məbləğlər
ümumiyyətlə Azərbaycana
daxil olmur. Həmin qrantların müəyyən
hissəsi resipyentin bank hesabına daxil olsa da, məbləğin
daha böyük hissəsi hara və necə
ötürülür məlum olmur.
Amma digər bir fikrə
görə, hökumətlə
donorlar arasında yaşanan gərginliyin səbəbi
kimi şəffaflıq, yaxud ayrılan vəsaitin təyinatı
üzrə xərclənib-xərclənməsi
deyil. O cümlədən dövlətə məcburi
ödənişlər də bu
məsələdə əsaslı
rol oynamır. Bu gərginliyin əsas səbəbi
aşağıdakılardır:
ABŞ-ın
vitse-prezidenti Co Baydenin 2009-cu ildə inqilabın baş verəcəyi potensial ölkələr
siyahısında Azərbaycanın adını çəkməsi;
Ayrılan
qrantların “inqilabi fəaliyyət”ə yönələcəyini düşünüldüyünə görə;
Beynəlxalq
donorlar tərəfindən maliyyələşən QHT-lərin hakimiyyətə qarşı təkcə ictimai
deyil həm də siyasi müxalifətçilik mövqeyi sərgiləməsinə görə;
Ərəb
inqilablarının bütün dünyada doğurduğu həyəcan;
ABŞ-ın keçmiş səfiri
Richard Morningstarın may ayında Azadlıq radiousuna verdiyi müsahibə zamanı
Ukraynada baş verən Maydan hadisələrinin Azərbaycanda baş verməsi ehtimalını səsləndirməsi;
Münasibtələrin
kəskinləşməsi
nəticəsində
donorçuluq fəaliyyəinə çətinliklər
yaradıldı. Nəticədə
QHT-lərin layihələrinin
xarici donorlar tərəfindən
maliyyələşdirilməsi
yolları çətinləşdi. Artıq “Qrant
haqqında” Azərbaycan Respublikasının Qanuna əlavə və dəyişikliklər
edilib. Bu dəyişikliklər xarici donorlarla
QHT-lərin əməkdaşlığı,
yəni layihələrin
dəstəklənməsi
anlamında bir sara və ciddi öhdəliklər
yaradır. Artıq hər hansı layihənin maliyyələşdirilməsi əvvəlki
kimi sadə və asan başa gəlməyəcək.
Çünki qanunvericilikdə olan dəyişikliklər
donorun üzərinə böyük vəzifələr
qoyur.
Azərbaycanda fəaliyyət
göstərmək istəyən,
Azərbaycan QHT-ləri ilə
işləmək istəyən
donor hökumətlə müqavilə
bağlamalıdır, donorçuluq fəaliyyəti
üçün lisenziya almalıdır, maliyyələşdirdiyi
layihəni əsaslandırmalı və
bununla bağlı müavafiq icra hakimiyyəti orqanından rəy
almalıdır. Yalnız bu halda onun qrantvermək hüququ rəsmiləşəcək. Əks təqdirdə statusundan asılı
olmayaraq, hər hansı bir donor təşkilat Azərbaycanda
qrant verə bilməz. Təbii
ki, bu məsələdə ən
çox əziyyət çəkən
QHT-lər və orada çalıışan işçilər
olacaq. Çünki hökumətin tərkibinə
daxil olan müvafiq icra strukturlarının (nazirliklər,
komitələt, komissiyalar və s.
) həyata keçirdikləri, yaxud keçirəcəkləri
layihələrlə
bağlı ciddi bir problem yaşanması ehtimalı azdır. Çünki gərəkli
bilinən sahələr
üçün bu tezliklə və bürokratik əngəllər
olmadan həll ediləcək.
Lakin QHT-lərlə bağlı bunun
problemsiz olacağını demək çətindir.
İstər bürokratik əngəllər,
istərsə də
vaxt baxımından. Nəzəri cəhətdən
qarşıdan gələn parlament seçkisi
ilə bağlı layihə hazırlayan, donorla
razılaşdıran QHT, onun həyata keçirilməsinə
icazə almaya da bilər.
Donorların fəaliyyəti
ilə bağlı yaranan çətinliklərdən
elə həmin donorların nəsə
itirəcəyi qeyri-realdır.
Faktiki Azərbaycanda fəaliyyət
göstərə bilməyən
donorlar öz vəsaitlərini Qafqazın digər
ölkələrinə,
Gürcüstana və Ermənistana yönəldəcək.
Eləcə də
donorların “daimi müştərisi” kimi nəzərdə
tutulan QHT-lər və ya onların rəhbərlərinin
nəsə itirəcəyini
də demək çətindir.
Çünki, konkret maddələrə
görə həbs olunanlar istisna
olmaqla, digərləri artıq xaricdə məskunlaşıblar.
Ona görə də, əgər
onlara hər hansı vəsait ayrılacaqsa,
bunun variantları tapılacaq. Onların bu və ya digər
formada ölkədə fəaliyyəti
təmin ediləcək.
Müstəqil QHT-lər,
onların əməkdaşları üçün çətinliklər
qaçılmazdır. Bununla da həm QHT-lərə, həm vətəndaşlara,
həm də dövlət
büdcəsinə zərər dəyəcək.
QHT-lərdə çalışan işçilərin
vəsaitləri hesabına dövlət
büdcəsinə məcburi
ödəmələr azalacaq,
eyni zamanda işsizlərin sayı artacaq, QHT-lərin
ideya və layihələri
dəstəkdən məhrum
olacaq, maarifləndirmə işləri
aparılmayacaq. Bunun nəticəsində
bütünlükdə vətəndaş
cəmiyyətinin inkişafına zərər dəyəcək.
Bəs çıxış yolu nədir?
Hesab edirik ki, beynəlxalq
təşkilatlar və donorlar indiki
situasiyadan çəkinməməlidir.
Qanunvericilikdə olan dəyişikliklər
qadağa kimi qəbul etməməlidir.
Bunu bir az sərt, amma həlli olan variant kimi
qəbul etməli, yeni və
daha şəffaf fəaliyyət
mexanizmi tətbiq etməlidir. Xüsusən də fəaliyyəti
şəffaf, Azərbaycanda donorçuluq
fəaliyyəti vətəndaş
cəmiyyətinin inkişafını,
demokratik təsisatların möhkəmlənməsini
və sosial problemlərinin həllini
özü üçün prioritet seçən təşkilatlar hökumətlə
danışıqlara başlamalıdır. Öz nümayəndəliklərini
yaratmalı, onların qeydiyyatına nail olmalıdır. Hökumətlə
birgə vəziyyətdən
çıxış yolunu araşdırmalı, qanunvericiliyin tələblərini
yerinə yetirməklə, vətəndaş
cəmiyyətinin inkişafına öz
töhfəsini verməlidir.
Tövsiyələr
Donorlar Azərbaycanda
nümyanədləkilərini açmaqdan çəkinməməli və qanunun yeni tələbinə uyğunlaşmaq
üçün səy göstərməlidir. Çünki, vətəndaş cəmiyyətinin zəifləməsi, insan
hüquqları və demokratik inkişaf sahəsində ciddi axsamalara gətirib çıxara bilər.
Donorların nümayəndəlik açması çox vəsait tələb etdiyindən, kiçik həcmli
qrantlar ayıran donorlar yerli QHT-lər arasından seçim edərək, onlara təmsilçilik
hüququ verə və ya bir nəfər eksperti işə götürərək təmsilçiliklə təmin edə bilər;
Donorların Azərbaycan
hakimiyyəti ilə danışıqlar aparması və dialoq qurması çox vacibdir. Dialoq
olmadan problemlərin həlli mümkün görünmür. Bunun üçün də donorlar Azərbaycan
hökuməti ilə birbaşa dialoq aparmaq üçün imkanlarını səfərbər etməlidir;
Azərbaycan
Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə
layihələr üzrə memorandum imzalanarsa və birgə qrant layihələrinin həyata
keçirilməsi razılaşdırılarsa, o zaman bir çox məhdudiyyətlərdən azad olmaq
mümkündür;
Azərbaycan
Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının QHT və
donorlarla iş üçün müvafiq icra hakimiyyəti orqanı seçilməşi bu sahədə ehtimal
olunan problemlərin qarşısını ala bilər. QHT-lərə Dövlət Dəstəyi Şurası QHT fəlsəfəsini
daha yaxşı dərk etdiyinə görə onunla müzakirələr daha effektivdir. Buna görə də
donoların QHT-lərə Dövlət Dəstəyi Şurasının müvafiq icra hakimiyyəti orqanı
olması üçün lobbiçilik fəaliyyəti göstərməsi vətəndaş cəmiyyətinin inkişafına
faydalı ola bilər.
Комментариев нет:
Отправить комментарий