- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

11.05.2014

Məcburi köçkünlərə məxsus obyektlər sökülür

Tərtərdə Ağdam rayonundan olan məcburi köçkünlərə məxsus ticarət və xidmət obyektləri söküləcək.
Bunlar əsasən yerli əhali arasında daha çox dördyol kimi tanınan Bakı-Xankəndi magistral və dəmir yolunun mühafizə zolaqlarında yerləşən obyektlərdir.
Ərazini boşaltmaq üçün sahibkarlara verilmiş 15 günlük müddət başa çatmaq üzrədir.

Icra Hakimiyyətindən bildirirlər ki, söküntü planına səbəb sənədlərin olmamasıdır.
Köçkünlərə "sənəd yox" Ağdamdan olan məcburi köçkün Namiq Əliyev də deyir ki, işlətdikləri obyektlərin sənədləri yoxdur. “Biz Tərtər rayon İcra Hakimiyyətinə müraciət etdik ki, bizə sənəd versinlər. Cavabları bu oldu ki, biz köçkünlərə sənəd vermirik.”
Emil Quliyevin sözlərinə görə, onlara başqa yerdə ticarətlə məşğul olmaq üçün nə yer verilir, nə də sökuləcək obyektlərə görə kompensasiya ödənilir. “Bunların fikiri var ki, bu torpaqları hərraca çıxarıb satsınlar.”
“İcra Hakimiyyətindən və bələdiyyədən gəlib deyirlər ki, buradan çıxın. Heç özlərini də təqdim etmirlər. Bizimlə çox kobud danışırlar. Soruşuruq ki, nə üçün sökürsünüz, deyirlər ki, qanunsuzdur, təhlükəli ərazidə yerləşir. Göründüyü kimi, magistral yoldan 35 metr aralıdadır, dəmir yolundan da 25. Həm də bu dəmir yolu işlək deyil. Relslərin yarısı da yoxdur. Mənim obyektimi kimsə sökə bilməz, özümü yandıracağam,” bu sözlər sahibkar Vüqar Hümbətova məxsusdur.
Sahibkarlıqla məşğul olan məcburi köçkünlər İcra hakimiyyətinin nümayəndəsi Zabil Paşayevdən və bələdiyyə sədrindən şikayətçi olduğunu bildirdilər.
“Bu şəxslər bir qrup polislə əraziyə gəlib nə sənəd göstərirlər, nə də hansı qanuna əsasən söküntü aparmaq istədiklərini deyirlər. Əvvəlcə 3 gün vaxt verdilər, sonra da 15 gün.”
Özünü Tərtər Rayon İcra Hakimiyyətinin rəsmisi kimi təqdim edən Zabil Paşayev deyir ki, müharibənin ilk illərindən burada məcburi köçkünlər məskunlaşdığı üçün burada öz obyektlərini işlədirdilər.
"Söküntünün də əsas məqsədi bundan ibarətdir ki, bunların heç birinin sənədi yoxdur, yolun mühafizə zolağında yerləşir, eyni zamanda da burada çoxlu sayda avtoqəzalar da olur.”
Elməddin Abdullayev deyir ki, dörd yol ərazisində məskunlaşmış əksər məcburi köçkünlər Ağdamda yeni salınmış qəsəbələrə köçürüldükdən sonra onlara da təklif olunub ki, rayona qayıtsınlar.
“Bizə deyirlər ki, Tərtərdə məcburi köçkün qala bilməz, gedin torpaqlarınızda yaşayın. Bizə ev verilib, amma 6 sotluq torpaqda ticarət və əkin üçün hansısa şərait yoxdur.”
Məcburi köçkünlər ticarət üçün banklardan kredit götürdüklərini və obyektləri bağlanacağı tədqirdə borclarını qaytara bilməyəcəklərini deyir. Yalçın Ağayev adlı şəxs söhbət əsnasında hər ay banka ödədiyi qəbzləri gətirib göstərir.
Söküləcək obyektlərin sayı 150-200-dür. Hər obyektdə orta hesabla 4-5 nəfər çalışır, ümumilikdə isə 800 ailə burada əldə olunmuş qazancla dolanır.
Paşayev əlavə edir ki, Tərtər İcra Hakimiyyəti bu obyektlərin başqa yerə köçürülməsi məsələsinə gələcəkdə baxa bilər.
Qeyd: Material EPNK-in Avropa Birliyinin maliyyəsi və International Alert təşkilatının dəstəyilə həyata keçirilən "Eşidilməyən səslər" layihəsi çərçivəsində hazırlanıb.



Комментариев нет:

Отправить комментарий