- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

4.26.2015

Avropa Olimpiya Komitələri Azərbaycanda "insan haqlarına qarışmayacaq"

Azərbaycanda ifadə azadlığı üzərinə getdikcə artan hücumlar barədə beynəlxalq insan haqları qruplarının müraciətinə cavab olaraq Avropa Olimpyia Komitələri (AOK) federasiyası bildirib ki, təşkilat bu narahatlığı Azərbaycan hökuməti ilə münasibətlərində qaldırmayacaq və o “suveren bir ölkədə gedən siyasi və hüquqi proseslərə müdaxilə etmək səlahiyyətinə malik deyildir”.
“The Guardian” qəzeti yazır ki, bu ayın əvvəllərində insan haqları qrupları bu barədə AOK-un prezidenti Pat Hickey-ə məktub göndərmiş, onu Azərbaycan prezidenti İlham Əliyevlə təmaslarında insan haqları ilə bağlı məsələni qaldırmağa çağırmışdı.

Yanlış mesaj

“Sakit dayanmaqla, Avropa Olimpiya Komitələri belə bir mesaj vermiş olur ki, Azərbaycan hökumətinin öz tənqidçilərini susdurduğu bir şəraitdə, onun həm də Xartiyasının əsasında insan ləyaqəti və idman olan bir tədbirə ev sahibliyi etməsi məqbul sayıla bilər” – deyilirdi insan haqları təşkilatları koalisiyaının məktubunda.
Qəzet yazır ki, insan haqları təşkilatlarının narahatlığını bu həftə artıran həm də insan haqları vəkili İntiqam Əliyevin 7 il yarım müddətinə azadlıqdan məhrum edilməsi olub. İnsan haqları təşkilatları onun qondarma ittihamlar əsasında məhkum edildiyinə inanırlar.
Azərbaycan rəsmiləri insan haqları ilə bağlı tənqidlərin qərəzli olduğunu deyirlər.

Vicdan məhbusları

“The Guardian” yazır ki, Amnesty İnternational təşkilatının qiymətləndirməsinə görə hazırda Azərbaycanda azı 20 vicdan məhbusu var, çox sayda fəala səfər qadağanı qoyulub və onların təqibi davam edir.
Avropa Olimpiya Komitələri bu narahatlıqlara cavab olaraq bildirir ki, təşkilat ölkədəki hüquqi və siyasi sistemə müdaxilə edə bilməz, lakin ölkə rəhbərliyindən Olimpiya Xartiyasına əməl olunacağı və beynəlxalq medianın Oyunlar zamanı sərbəst fəaliyyətinə imkan yaradılacağı barədə zəmanət alıb.

Suveren bir ölkədə

“AOK suveren bir ölkədəki hüquqi və siyasi proseslər barədə mühakimə yürütmək səlahiyyətində deyil və bütün başqa idman təşkilatları kimi biz də mövcud siyasi kontekst daxilində fəaliyyət göstərməliyik” – deyilir cavab bəyanatında.
Bəyanatda deyilir ki, AOK Olimpiya Xartiyasına “oyunların bilavasitə özü ilə bağlı bütün sahələrdə” əməl olunması prinsiplərinə sadiqdir, lakin o öz səlahiyyətlərini bundan o yana aşa bilməz.
AOK bildirir ki, Azərbaycan hökuməti Avropa Oyunlarında akkreditasiyası olan bütün media nümayəndələrinin sərbəst işləməsinə imkan yarartmaq zəmanəti verib.

Kimin akkreditasiyası varsa...

Bəzi tənqidçilər bildirirlər ki, Avropa Oyunlarına media akkreditasiyası verilməsi prosesinin özü tam şəkildə Azərbaycan hakimiyyətinin nəzarətindədir və bu oyunlara hansı medianın gəlib-gəlməməsini müstəsna olaraq rəsmi Bakı müəyyənləşdirib.
“The Guardian” yazır ki, 50 ölkədən 6 min idmançının iştirak edəcəyi bu tədbirə Azərbaycan hökumətinin tənqidçilərinin dediyinə görə 6,5 milyard dollar xərclənəcək.
AOK iddia edir ki, Bakı Oyunları Azərbaycanda sosial dəyişiklikləri stimullaşdıracaq, lakin insan haqları təşkilatları isə bu barədə fərqli mövqedədirlər. Onların fikrincə, əksinə, Oyunlar hökumətin öz tənqidçilərinin susdurulmasındakı qətiyyətini artıracaq.

"Bu siyasətçilərin işidir"

Associated Press Agentliyi isə yazır ki, Bakıda keçiriləcək Avropa Oyunlarının rəhbəri, Britaniyalı Simon Clegg də Azərbaycandakı insan haqlarının inaqurasiya üzərinə kölgə salacağına inanmadığını bildirib.
London 2012 Olimpiadasının təşkilatçısı, 55 yaşlı ingilis düşünür ki, insan haqları kimi məsələlərlə siyasətçilər məşğul olmalıdırlar.
AFP yada salır ki, hələ ötən həftə “The Washington Post” qəzeti Azərbaycanda keçiriləcək Oyunlar barədə “Olimpiya məşəlini söndürən ölkə” başlıqlı redaksiya məqaləsi ilə çıxış edib.

Britaniya Oyunların əsas təşkilatçısıdır

Simon Clegg deyib ki, “mən təmamilə vəzifəm xaricində olan fəaliyyət sahələrinə qarışmaq fikrində deyiləm, özümün kifayət qədər qayğım var”.
Cənab Cleggin bu bəyanatı verdiyi gün Britaniyanın başqa bir təşkilatı – böyük yayın şirkəti BT Sports Bakı oyunlarının translyasiyasına öz üzrinə götürdüyünü relan edib.
Britaniyanın Olimpiya Assosiasiyası Bakı oyunlarınas 153 idmançşıdan ibarət komanda göndərdiyini təsdiq edib.
Bu komandanın və Oyunlarda iştirak edəcək bütün başqa heyətlərin bütün xərclərini çəkməyi Azərbaycan hakimiyyəti öz üzərinə götürüb.
http://www.bbc.co.uk/azeri/azerbaijan/2015/04/150425_european_games_rights_media

Комментариев нет:

Отправить комментарий