- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

4.16.2015

Rəsul Cəfərov 6 il 6 ay azadlıqdan məhrum edilib

Cümə axşamı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərova hökm oxunub. O, 3 il müddətinə dövlət və bələdiyyə qurumlarında rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Vəkili Fariz Namazlının sözlərinə görə, qərar qanunsuz və əsassız olaraq çıxarılıb: "Bizim təqdim etdiyimiz heç bir sübutlar Rəsul Cəfərovun təqsirsizliyi kimi qiymətləndirilmədi. Hətta zərərçəkmişlər belə Cəfərovun xeyirinə çıxış etdilər. Hökm ancaq istintaq orqanının topladığı sübutlara qiymət verdi və belə nəticəyə gəldi".
Rəsul Cəfərov isə qərarla bağlı, "bu, siyasi sifarişdir və mən təqsirsizəm" deyib.

İnsan Haqları Klubu təşkilatının rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərov qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunur. İstintaq dövründə ona qarşı, həmçinin mənimsəmə və sənədləri saxtalaşdırma maddələri ilə də əlavə ittihamlar elan olunub.
Aprelin 9-da keçirilən məhkəmədə dövlət ittihamçısı onun 9 il həbs cəzasına məhkum edilməsini istəmişdi.
Aprelin 15-də son sözlə çıxış edən Rəsul Cəfərov hər zaman istintaq orqanına hörmətlə yanaşdığını qeyd edərək xahiş edib ki, onun və vəkillərinin çıxışını nəzərə alaraq barəsində bəraət hökmü çıxarılsın.
http://www.bbc.co.uk/azeri/azerbaijan/2015/04/150416_rasul_jafarov_verdict

Комментариев нет:

Отправить комментарий