- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

5.02.2015

“Hakimiyyət başını itirib”

“Bir tərəfdən Avropaya qarşı müharibə elan olunur, digər tərəfdən Avropa Oyunları üçün ölkə vətəndaşları aşağılanır”
Cəmil Həsənli: “Olmayan ofisdən nəyinsə koordinasiya edildiyini demək savadsızlıqdan daha çox sərsəmlikdir”
Hakimiyyət isterik durumdadır, kor-koranə şəkildə saga-sola “zərbələr” endirir, demokratiya tələbləri artdıqca hər kəs gözünə düşmən kimi görünür. Ötən ildən başlanan “əcinnə ovu” davam edir. Son günlər ABŞ hədəf seçilib. Hakimiyyətin nəzarətində olan bütün media qurumları bu ovqata köklənib, düşmən axtarışındadır. Gündəmdə olan məsələlərlə bağlı Milli Şuranın sədri Cəmil Həsənli “Azadlıq”ın suallarını cavablandrıb.

“8 milyard xərcləyib bütün dünyanı özünə qarşı çevirmək “istedadı”
- Cəmil müəllim, Azərbaycan hakimiyyəti antiAmerika, antiQərb kampaniyasının yeni dalğasına start verib. Bu nə ilə bağlıdır?
- “Yeni Az
ərbaycan” qəzetində dərc olunmuş “Azərbaycana qarşı “qara piar” kampaniyası haradan idarə olunur?” yazısı ilə tanışam. APA rəhbərliyi də bu istiqamətdə müxtəlif  “mötəbər” sənədlər nümayiş etdirdi.
Bütün bunlar ölk
əni böhran həddinə gətirib çıxarmış hakimiyyətin isterikasının açıq nümayişidir. Prezident Administrasiyasının xarici əlaqələrə məsul olan əməkdaşı Novruz Məmmədov əraziləri 20 ildir düşmən tapdağında olan ölkənin beynəlxalq vəziyyətinin hansı fəlakətli həddə düşdüyünü aydın şəkildə etiraf etdi. Əgər onun demədiklərini də bura əlavə etsək, ölkəmizin hansı ağır vəziyyətə düşdüyünü təsəvvür etmək elə də çətin olmaz. Xarici “düşmən” varsa, deməli, onun yerli “icraçıları” da olmalıdır. Ölkənin daxili və xarici vəziyyətininin qarşılıqlı vəhdəti Stalinin repressiya təliminin mühüm tərkib hissəsidir. 1937-ci il repressiyaları bir qayda olaraq ölkənin daxilini xarici ölkələrin agentləri kimi təqdim edilən  “5-ci kolondan” təmizlənməsi adı altında aparılırdı. Eyni ilə həmin siyasət bu gün Azərbaycanda müşahidə edilir. Hakimiyyət nəzarət etdiyi bütün medianı, nəzarətində olan bütün televiziyaları düşmən axtarışına yönəldib. Əcinnə ovu hazırda Azərbaycan siyasətinin başlıca strateji xəttinə çevrilib. Bu xəttin nəzəri müddəaları 2014-cü ilin dekabr ayının 3-də elan edildi. Onun psixoloji şoku hər kəsdən əvvəl həmin müddəaların müəllifini vursa da, reallıq hissini itirən hakimiyyət bundan nəticə çıxara bilmədi. Qəribə vəziyyət yaranıb, hakimiyyət özünü təqdim etmək, beynəlxalq aləmdə imicini yaxşılaşdırmaq üçün 8 milyard dollar vəsait xərcləyib və bütövlükdə proses də ona qarşı çevrilib. 8 milyard xərcləyib bütün dünyanı özünə qarşı çevirmək elə belə məsələ deyil, bunun üçün xüsusi “istedad” sahibi olmaq lazımdır. Hakimiyyətin bütün strukturlarını bürümüş isterika məhz bununla bağlıdır. Bir tərəfdən Avropaya qarşı total müharibə elan olunur, digər tərəfdən Avropa Oyunları üçün tərtib etdikləri YAPsayağı davranış kodeksi ilə ölkə vətəndaşları aşağılanır.
“Hakimiyyət Rusiyanın ağuşuna atıldıqdan sonra ünvan dəyişib”
- Bu kampaniyada “Milli Şuranın” adı ABŞ-ın Azərbaycan əleyhinə siyasətində başlıca istinad nöqtəsi kimi təqdim edilir. Bu nə qədər əsaslıdır?
- Bunun heç bir
əsası yoxdur. Milli Şuranın mövcudluğunun çıxış nöqtəsini Azərbaycan xalqı, ölkə əhalisi təşkil edir. Bu hakimiyyətin əzdiyi, diz çökdürdüyü, insan yerinə qoymadığı, həqarətli duruma saldığı ölkə əhalisindən başqa istinad edəcəyimiz bir ünvan, xidmət edəcəyimiz kimsə yoxdur. Milli Şura olaraq məqsəd və məramımız millətimizin haqqı və hüququdur. Bunu biz dəfələrlə demişik, yazmışıq, proqram sənədlərimizdə təsbit etmişik. Lakin yarıtmaz siyasətin nəticəsi olaraq ölkəni bürüyən böhran dərinləşdikcə Milli Şuranın adının daxili həyəcan zəminində uydurulmuş qərb və Amerika proyektlərinə assosiasiya edilməsi hakimiyyət isterikasının aydın görüntüsü, hakimiyyətin özünü çarəsiz duruma salmasının açıq ifadəsidir. Şübhəsiz ki, Milli Şuranın ölkə daxilində artan gücü, xalqımızın haqqı və hüququ uğrunda məqsədyönlü mübarizəsi, heç bir siyasi, dini, milli, etnik mənsubiyyət fərqi qoymadan bütün siyasi məhbusları müdafiə etməsi onun həm ölkə daxilində, həm də ölkə xaricində nüfuzunu xeyli artırmışdır. Hakimiyyətin dialoq adı altında müxalifəti ram etmək, onu özünün əməllərinə şərik etmək, beynəlxalq təzyiqlərə qarşı “milli müdfiə” səddi yaratmaq siyasəti iflasa uğradı. Milli Şura yolun düzü ilə getməyə, hakimiyyətin oyunlarından uzaq olub xalqın yanında dayanmağa üstünlük verdi. Onun gah bu, gah da digər ölkələrin proyekti kimi təqdim edilməsi,  hakimiyyyətin uydurduğu “5-ci kolon” düşərgəsində yer alması məhz bununla bağlıdır. Heç kəs, o cümlədən Azərbaycanı korrupsiya, monopoliya, rüşvət girdabına yuvarlayanlar, öz əhalisini diz çökdürənlər bu ölkəni sevmək, bu millətə  xidmət etmək, onun müstəqilliyini hər şeydən üstün tutmaq məsələsində bizimlə  rəqabətə girə bilməz. Canımız və qanımız bahasına əldə etdiyimiz müstəqillikdən ölkəni müstəqil şəkildə sökmək, onun sərvətlərinə sahiblənmək məqamı kimi istifadə edənlər üçün bu gün müstəqillik anlayışı Leyla Yunusun həbsxanada öldürülməsindən, Xədicə Ismayılın Kürdəxanıda ələ salınmasından o yana keçmir.  Dünyanın qəribə işləri var. Qədim Romada  doymaq hissini itirən qalın qursaqlılara və  Qədim Rusda mülkiyyəti ilə bərabər mənəvi simasını itirmiş muzdurlara da “kolon” deyirdilər.  Indi bu sözün hər iki anlamına uyğun gələnlər bu ölkənin mənəvi yükünü öz çiyinlərində daşıyan adamları “5-ci kolon” hesab edirlər. Xatırlayırsınızsa, Milli Şura yarananda onu Rusiya proyekti kimi qələmə verməyə çalışdılar. Prezident Aparatından, müxtəlif hakimiyyət qurumlarından təlimat alan media qurumları, yedək müxalifəti səs-səsə verərək haray salırdılar ki, ay aman, qoymayın, Rusiya Milli Şura vasitəsilə hakimiyyəti devirmək istəyir. Hakimiyyət Rusiyanın ağuşuna atıldıqdan sonra indi ünvan da dəyişib. Dünən Milli Şuranı Rusiya proyekti hesab edənlər, bu gün onu ABŞ-ın Azərbaycanda hakimiyyət dəyişikliyi proyektinin icraçısı kimi qələmə verməyə uğursuz cəhdlər edirlər.
“Bunların çoxu küt adamlardır”
- Artıq bir neçə gündür hakimiyyət təbliğatında hətta bu dəyişikliyin koordinasiya edildiyi ünvan da göstərilir. Belə bir koordinasiya mərkəzinin ABŞ-ın dövlət katibi Con Kerrinin Konqresdəki ofisində yerləşdiyi göstərilir.
- Bilirsiniz, bunların çoxu küt adamlardır. Ona gör
ə də ağızlarına gələni danışırlar. 2013-cü ilin fevral ayının 1-də Kerri Dövlət Katibi təyin edildikdən sonra onun Konqresdə artıq heç bir ofisi yoxdur. Kerri elə yüksək vəzifəyə təyinat alan gün Massacüsets qubernatoru Deval Patrikə məktub yazıb senatdakı vəzifəsindən istefa verdiyini bildirdi. Bunlar elə bilirlər ki, Azərbaycandakı kimi eyni şəxs həm qanunverci orqanda, həm də icra orqanında təmsil oluna bilər. Indi olmayan ofisdən nəyinsə koordinasiya edildiyini iddia etmək savadsızlıqdan daha çox sərsəmlik cəhdidir. Bu əfəl adamlar öz bacarıqsızlıqlarını ört-basdır etmək üçün yalnız bir şey bilirlər: Azərbaycandan kimsə öz xalqına hörmət etməyi dilə gətirsə, nahaqdan tutulmuş insanları azad etməyi tələb etsə, korrupsiya, monopoliya, rüşvətxorluq kimi natəmiz əməlləri üzə vursa, ona tez ermənipərəst damğası vursunlar. Necə olur ki, əfvinə sığındığınız Putin gəlib Irəvanda uydurma soyqirim haqqında türklərə mənəviyyat dərsi vermək istəyəndə ermənipərəst olmur, bütün təmiratını yapdığınız Vatikan şefi bu soyqırımı tanıyanda ermənipərstlik yadınıza düşmür, az qala hər məhəlləsində kilsə təmir etdiyiniz Fransa prezidentini Irəvan ziyarətindən sonra Bakıda qəbul edəndə milli təssübkeşlik yaddan çıxır, Serbiya prezidenti Irəvanda və təmiratını yapdığınız Müqəddəs Petka kilsəsində  soyqırım qurbanlarının ruhuna dualar oxuyub türkləri vəhşilikdə ittiham edəndə ermənipərəst olmur, amma bütün təhdidlərə rəğmən 24 apreldə soyqırım ifadəsini işlətməkdən vaz keçən Obama və onun təmsil etdiyi Amerika ermənipərəst olur. Son vaxtlar Serj Sərkisyan və qondarma Dağlıq Qarabağ hökumətinin başçısı açıq şəkildə bəyan etdilər ki, onların ordusunu Rusiya silahlandırır və Moskva modernləşdirir. Bunun müqabilində Siz neynirsiniz? Hətta Şimali Koreya diktatorunun iştirakdan imtina etdiyi 9 may Qızıl Meydan paradına nəinki qatılır, üstəlik ora - bir həftə əvvəl türkləri aşağılayan, işğalçıya dəstək verən bir ölkəyə - təzim etmək üçün bir əsgəri bölük də aparırsınız.
“Bizimkilər Avropada kilsə təmir etməklə demokratiya ləbbadəsi geyinmək istəyir”
- Doğrudan da məntiqsizlikdir...
- Yox, m
ən belə deməzdim. Bunlar üçün ölkənin maraqları deyil, öz hakimiyyətləri müqəddəsdir. Onu qoruyub saxlamaq üçün hər şeyə, o cümlədən ölkənin maraqlarının əleyhinə də getməyə hazırdırlar. Bu gün Amerikaya, Qərbə qarşı başlanan kampaniya özü də Rusiyanın xoşuna gəlmək, onun artıq çox yerdən daman təhlükəsizlik çətiri altına sığınmaq arzusundan irəli gəlir. Bir anlığa fikirləşək, Qərb Azərbaycandan nə tələb edir? Öz xalqınla adam kimi rəftar elə, öz vətəndaşını haqsız yerə tutma, öz gəncinin, dindarının cibinə narkotika atma, azad seçki keçir. Bir tərəfdən iman əhli olan dindarlar saxta narkotika ittihamı ilə həbs olunur, görənlərin məlumatına görə, zindanda zülm edilən Hacı Mövsümün vücudu az qala iynə deşiyindən keçir, digər tərəfdən haram yeməkdən harınlamış bir sıra hacılarımızın, din məddahlarımızın vücudu o qədər piylənib ki, Avropa ölkələrində müayinə olunmaq üçün öz ölçülərinə uyğun emori aparatı da tapa bilmirlər. Budur Azərbaycan gerçəkliyinin acı mənzərəsi. Indi Qərb nə deyir? Deyir ki, bu əməllərdən əl çəkmirsənsə, demokrat imicinə iddia etmə. Bizimkilər isə Avropada kilsə təmir etməklə demokratiya ləbbadəsi geyinmək istəyir. Indi dünyanın o vaxtı deyil. Öz xalqına zülm edənlərin faciəli sonluğu Iraq, Liviya, Misir, Tunis və digər avtoritar ölkələrin  nümunəsində tarixə yazıldı. Polis dəyənəyinə söykənməklə, çevik polis alayını xalqın üzərinə buraxmaqla “sabitlik” haqqında təsəvvürlər yaratmaq dövrü keçib. Hakimiyyət zaman-zaman zülm etdiyi, ac-yalavac saxladığı xalqdan bu gün dəstək umur. Axı, siz bu xalq üçün nə etmişiniz, bu millətə nə gün ağlamışınız ki, indi odan dəstək də umursunuz. Burada həbs edilən ləyaqətli adamlar nə amerikalı, nə ingilis, nə də almandır. Bir tərəfdən hakimiyyət bu xalqın ən zəruru ehtiyaclarına xərclənməsli olan 8 milyard xərcələyib özünü Avropaya göstərmək istəyir, digər tərəfdən bu göstəri astanasında Rəsul Cəfərova 6 il yarım, Intiqam müəllimə 7 il yarım hökm oxutdurur. Haradadır burda məntiq. Gündən-günə kəskinləşən xarici təzyiqlər və ölkə əhalisinin artan narazılığı fonunda hakimiyyət sözün tam mənasında başını itirib. Ona görə sağlam məntiqə sığmayan cəfəngiyat danışır.
Öt
ən əsrin 20-ci illərində, Sovet hakimiyyətinin ilk vaxtlarında Azərbaycanda uyezdlər (qəzalar) var idi. Onların başçılarına U-komlar (yəni uezd komitəsinin başçısı) deyirdilər. Bir gün ?Molla Nəsrəddin? curnalı yazırdı ki, hörmətli oxucularımız, Gəncə U-komu başını itirib, kim tapsa, redaksiyamıza, bu ünvana göndərsin. Bir həftə sonra bu axtarışla bağlı Mirzə Cəlil yeni müraciət dərc edib yazdı: “Hörmətli oxucularımız, biz ötən sayımızda yazmışdıq ki, Gəncə U-komu başını itirib, kim tapsa redaksiyamıza göndərsin. Təvəqqe edirik, artıq zəhmət çəkib axtarmayasınız, sən demə, U-komun başı yox imiş”.
 http://www.azadliq.info/siyast/65725-hakimiyyt-oezuenue-carsiz-duruma-salb.html

Комментариев нет:

Отправить комментарий