- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

5.27.2015

Öldürülən əsgərlə bağlı şok detallar

FHN olayın qətl olduğunu təsdiqləyib; Tapdıq Babaşovun yaxınları onun işgəncəyə məruz qaldığını, öldükdən sonra 4-cü mərtəbədən atıldığını deyirlər; mərhumun sevdiyi qız gözüyaşlı qaldı... 
Mayın 22-də Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki hərbi hissəsində 23 yaşlı Babaşov Tapdıq Əlizaman oğlunun müəmmalı şəkildə ölməsi haqda xəbər vermişdik. BDU-nun tarix fakültəsini qırmızı diplomla bitirən mərhumun mayın 25-də Şamaxıdakı ata yurdunda üç mərasimi keçirildi. Ailənin yeganə oğlu olan T.Babaşovun yas mərasimində  iştirak etmək üçün Şamaxıya yollandıq.

Rastlaşdığımız mənzərə ağır idi. Hər kəs mərhumun vətənpərvərliyindən danışır, qatillərinin cəzalandırılmasını tələb edirdi. Artıq hadisənin qətl olmasına şübhə yox idi. Çünki FHN-də faktı təsdiqləyib, istintaq aparıldığını və bugünlərdə günahkarların cəzalandırılacağına söz veriblər. Ekspertiza da mərhumun döyülərək öldürüldüyü rəyini verib. 
Tapdığın yaxınları onun idmançı olduğunu nəzərə alaraq, bu qətldə bir yox, bir neçə şəxsin iştirakını iddia edirlər. Bizimlə danışıqlarında yarım ay öncə mərhumun andiçməsində iştirak edən yaxın qohumları onun heç nədən şikayətinin olmadığını bildirdilər. Hətta öldüyü gündən bir gün öncə Tapdıq ailəsi ilə son dəfə danışıb. Hər şeyin yaxşı olduğunu, sentyabrda məzuniyyətə buraxılacağını söyləyib. İki saatdan sonra isə ailəsinə onun 4-cü mərtəbədən yıxıldığı xəbəri verilib.
Xəstəxanada həkimlər Babaşovun iki ayağının qırıldığını və tezliklə sağalacağını bildiriblər. Lakin sonradan ümid dolu sözlər faciəvi xəbərlə bitib. Baxışovlar ailəsinin əsas iddialarından biri də mərhumun hərbi hissədə öldürülərək, 4-cü mərtəbədən atılması ilə bağlıdır... 
Mərhumun anası ilə söhbət etməyə cəhd etsək də, alınmadı. Yeganə oğlunu itirən ana şokdan ayıla bilmir. Tapdıq Babaşovun dayısı İsaq Süleymanov bacısı oğlunun vətənə bağlı bir insan olduğunu bildirdi: “Hədsiz dərəcədə vətənini sevirdi. Əsgərliyə getmək üçün nələr etdiyini onu tanıyanlar yaxşı bilir. Onun ödündə daş var idi. Komissiyadan keçəndə dedilər ki, sənə əsgərliyə getmək olmaz. Onu Çinə göndərdik. 15 gün müalicədən sonra qayıtdı. Təzədən komissiyadan keçdi. Hər şey normal idi. Əsgərliyə getdi. Xəbəri qəflətən eşitdik. Heç kəslə problemi olacaq insan deyildi. Andiçməsində yanına getdik. Xidmətinə görə elə sevinirdi ki. Hər şeydən razı idi. Sonuncu dəfə ölümü günü zəng edib. Deyib ki, narahat olmayın, Allah qoysa, sentyabrda məzuniyyətə gələcəm. Vətənə qulluq etməkdən hər danışığında qürur hissi keçirdiyini deyirdi”.
Mərhumun nəşini görən dayısı şok faktlar açıqladı: “Qollarında qaraltı var idi. Bədənində salamat yeri yox idi. Üzü tamamilə yox dərəcəsində idi. Başı iki yerə bölünmüş, tikiş qoymuşdular. Ayaq dabanlarının hər ikisi tikişdə idi. Bir onu bilirəm ki, son zamanlar hərbidə tez-tez belə şeylər olur. Kaş bacım oğlu şəhid olardı. Buna çox sevinərdim. Bilərdim ki, Tapdıq vətən uğrunda şəhid olub. Amma heyf ki, özümüzünkülər öldürür. Yaxın günlərdə hər şey üzə çıxacaq. İstintaq başlayıb. Tutulan var. 


http://musavat.com/news/olke/oldurulen-esgerle-bagli-shok-detallar_268836.html?welcome=2

Комментариев нет:

Отправить комментарий