- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

6.11.2015

Amnesty International Bakıya səfərini ləğv etməli olub

Amnesty International təşkilatına Bakı 2015 Avropa Oyunları ərəfəsində Azərbaycana gəlməməsi barədə xəbərdarlıq edilib.
Azərbaycanın Londondakı səfirliyi çərşənbə axşamı göndərdiyi məktub vasitəsilə insan hüquqları ilə bağlı vəziyyətə dair yeni hesabat hazırlayan qrupa Bakıya səfərinin "arzuedilməz" olduğunu çatdırıb, Amnesty bildirir.

Hüquq müdafiəsi təşkilatı deyir ki, Azərbaycanın diplomatik missiyası Avropa Oyunları müddətində səfərlərini təxirə salmağı məsləhət bilib və qrup məcburiyyət qarşısında səfərini ləğv etməli olub.
Bundan öncə isə, çərşənbə axşamı günü Platform London təşkilatının fəalı Bakıya buraxılmayıb.

Emma Hughes-un deportasiyası

6 min idmançının iştirakı ilə keçiriləcək ilk Avropa Oyunlarına cümə günü start verilir. Azərbaycanı insan haqlarını pozmaqda ittiham edən qurum və təşkilatlar idman yarışından əvvəl Azərbaycan məhbəslərində saxlanılan fəalların azad edilməsinə səsləyiblər.
Azərbaycan rəsmiləri insan hüquqlarının pozulması ilə bağlı tənqidləri oyun ərəfəsində ölkəyə qarşı aparılan qarayaxma kampaniyasının tərkibi kimi görürlər.
Azərbaycanın Britaniyadakı səfirliyi bildirir ki, Amnesty İnternational nümayəndələrinin Bakıda hökumət rəsmiləri və vətəndaş cəmiyyətinin üzvlərilə görüşlərini təmin etmək üçün səfərin hər iki tərəf üçün məqbul vaxta keçirilməsini təklif edib və söhbət missiyanın yasaqlanması kimi qəbul edilməməlidir.
“Söhbət səfərin ləğvi yox, onun hər iki tərəfi qane edən vaxtadak təxirə salmaq barədə təklifdən gedir”, - Azərbaycan səfirliyi BBC-ə bildirib.
Çərşənbə axşamı günü Bakı aeroportunda saxlanılan Platform London təşkilatının fəalı Emma Hughes Azərbaycana gəldiyi günün ertəsi deportasiya olunub, hüquq müdafiə qrupu bildirir.
Londonda mənzillənən kampaniya təşkilatının nümayəndəsi Avropa Oyunlarını işıqlandırmaq üçün Bakıya gələrkən ölkəyə buraxılmayacağını öyrənib.
"Mənə hələ izah etməyiblər ki, konkret nəyə görə məni ölkəyə buraxmırlar. Sadəcə dedilər ki, qırmızı siyahıdayam və məni sərhədi keçməyə buraxa bilməzlər", - deyə iyunun 9-da fəal BBC Azərbaycancaya bildirib.
Bakı vaxtı ilə saat 19:00 radələrində "pasportumu götürdülər, qırmızı siyahıda olduğumu və sərhədi keçə bilməyəcəyimi dedilər", Hughes BBC Azərbaycancaya deyib.
"Mənə hələ izah etməyiblər ki, konkret nəyə görə məni ölkəyə buraxmırlar. Sadəcə dedilər ki, qırmızı siyahıdayam və məni sərhədi keçməyə buraxa bilməzlər", deyə fəal əlavə edib.
Dövlət Sərhəd Xidmətindən məsələ ilə bağlı əlavə məlumat almaq mümkün olmayıb.
"Deyəsən sabah səhər geri uçacağam amma dəqiq bilmirəm", Hughes çərşənbə axşamı BBC Azərbaycancaya bildirib. "Bura gəlmək üçün akkreditasiya da almışdım".
Beynəlxalq neft sənayesinin sosial, iqtisadi və ətraf mühitə təsirini araşdıran Platform London təşkilatı Azərbaycanda 90-cı illərin sonlarından fəaliyyət göstərir.
Bakıda Avropa Oyunlarının açıldığı gün, iyunun 12-də Londonda çapdan çıxacaq kitab BP şirkətinin Azərbaycanın hökuməti ilə münasibətlərinə həsr edilib.
Parıldayan bütün şeylər – Azərbaycanda İdman, BP və Repressiya" adlanan bu kitabda deyilir ki, "həm Əliyev dinastiyasının, həm də Bakı Oyunlarının yaradılmasında BP mərkəzi rol oynayıb".
http://www.bbc.com/azeri/azerbaijan/2015/06/150609_emma_hughes_detained

Комментариев нет:

Отправить комментарий