- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

6.09.2015

Avropa rəsmilərinin yazısına Azərbaycan hakimiyyəti tənqidlə cavab verib

Avropa rəsmilərinin “İdman insan haqlarına biganə qala bilməz” adlı məqaləsi Azərbaycan hakimiyyətinin tənqidinə səbəb olub.
Avropa insan haqları komissarı Nils Muzinieks, BMT-nin insan haqları məruzəçisi Michel Forst və ATƏT-in mətbuat azadlığı təmsilçisi Dunja Mijatovicin “Opendemocracy” saytında dərc etdirdikləri yazıda deyilir ki, xüsusilə də son 12 ayda Azərbaycanda insan haqlarının vəziyyəti kəskin şəkildə pisləşib və hökumətin tənqidçisi kimi tanınan çox sayda jurnalist və fəal həbs edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bu yazını "Azərbaycana qarşı Avropa Oyunları ərəfəsində bəzi dairələr tərəfindən sifarişli əsasda aparılan qarayaxma kampaniyasının tərkib elementi" adlandırıb.
Məqalədə Rəsul Cəfərov, Leyla Yunus və Xədicə İsmayılovanın adları çəkilib.
Bu da qeyd olunur ki, repressiyalar dalğası hətta Azərbaycandakı xarici jurnalistləri, QHT-ləri və BMT rəsmilərini də əhatə edir.
Məqalədə vurğulanır ki, Azərbaycan hakimiyyəti həbslərin siyasi motivlərlə aparıldığını dansa da, müəlliflər bu iddia ilə razılaşmırlar:
“Biz bununla razı deyilik. Biz bu fəallarla və jurnalistlərlə illərdir ki, işləmişik və onları çox yaxşı tanıyırıq. Onlar qətiyyən cinayətkar deyillər”.
“Bunları dayandırmağın vaxtıdır və bu işdə idman kömək edə bilər. İdmançılar ən azı, yarışdıqları ölkədəki ictimai-siyasi vəziyyəti bilməlidirlər. Onlar bu məsələni ev sahiblərinin qarşısında qaldıra və hətta öz populyarlıqlarından ədalətsiz olaraq məhbus edilmiş insanları dəstəkləmək üçün istifadə edə bilərlər” – məqalədə deyilir.
Hikmət Hacıyev hesab edir ki, sözügedən şəxslər "təmsil etdikləri təşkilatların məqsəd və məramlarına deyil, yalnız məhdud siyasi dairələrin maraqlarına xidmət etdiklərini bir daha sübut edirlər”.
O, yazı müəlliflərini bir milyondan artıq Azərbaycan qaçqınının hüquqlarının qorunması üçün səslərini ucaltmağa cəsarətləri çatmamaqda günahlandırır.
http://www.bbc.com/azeri/azerbaijan/2015/06/150604_azeri_fm_reax

Комментариев нет:

Отправить комментарий