- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

6.30.2015

Aynur Cəfər: Qarabağ müharibəsini yaşadım, amma təhsil arzularından vaz keçmədim

Nüfuzlu “Forbes” jurnalı və digər mötəbər dərgilərin hər il hazırladığı hesabatlarda dünyanın ən prestjili universitetlərinin siyahısı göstərilir. Bu universitetlər arasında ABŞ-ın prestijli təhsil ocaqları adətən ən yüksək yerləri tutur. Bu universitetlərdə gənclər təhsillə yanaşi, həm dəəyyən həyat təcrübəsi əldə edə və gələcəyə vəsiqə qazana bilir. Hər il yüz minlərlə xarici tələbə məhz bu təcrübəni əldə etmək üçün Amerika universitetlərində təhsil almağa üstünlük verir. Bu gənclərdən biri Kaliforniya ştatında Berkli universitetində magistr dərəcəsi almiş hüquqşünas Aynur Cəfərdir. Onun xaricdə təhsil haqda sosial mediada paylaşdığı esse böyük rəğbətlə qarşılanıb. Aynur Cəfər Amerikanın Səsinə müsahibəsində Berkli universitetində əldə etdiyi təcrübə, xaricdə təhsilin özəllikləri və qızların təhsilinin əhəmiyyətindən danışıb.

Aynur Cəfər hüquqşünas kimi təhsil almaq üçün ABŞ-ın prestijli Berkli univerisitetini seçməsinin səbəblərini izah edib. Norveçdə Oslo universitetində magistr dərəcəsi alan Aynur Cəfər öz gücünü dünyanın 10 ən yaxşı universitetlərindən birində sınamaq istədiyini bildirib. “Bu çox prestijli universitetdir, həm də reytinqi yüksək olan bir universitetdir. Buna görə Berkli üzərində dayanmaq qərarı verdim.”

"Hüquq sahəsində təhsil hər yerdə çətindir, amma Amerikada xüsusilə ağırdır, çünki çox sayda dəsrlər var. Müəllimlər çox tələbkardır, oxu materialı çoxdur."-Aynur Cəfər
Aynur Cəfər tələbələrin hərtərəfli hazırlığına xüsusi önəm verildiyini qeyd edib. O, Berkli universitetində qazandığı təcrübə və təhsil prosesindən danışıb. “Universitetdə çox yüksək səviyyədə təhsil tədris edilir. Amma təhsil eyni zamanda çox ağırdır. Hüquq sahəsində təhsil hər yerdə çətindir, amma Amerikada xüsusilə ağırdır, çünki çox sayda dəsrlər var. Müəllimlər çox tələbkardır, oxu materialı çoxdur. Amma çətinliyi keçmək də bir təcrübədir. Amerikada hüquq təhsilinin özəlliyi ondadır ki, bu, praktik təhsildir. Təhsil bütünlüklə məhkəmə işləri üzərində qurulub, çünki burada hüquq sistemi də fərqlidir.”
Aynur Cəfər təhsil prosesindəəllim-professor heyətinin tələbələrə hər zaman yardım göstərməyə hazırlığını xüsusi vurğulayıb: “Sizə hamı kömək etməyə çalışır. Sizə kömək lazımdırsa, hər kəs əlbirliyi ilə sizin problemlərinizi həll etməyə çalışır. Dərs yükünün ağır olmasına baxmayaraq, dərslərin çox maraqlı, professorlar vəəllimlərin çox mehriban olması, yardımsevər və diqqətli olmasını qeyd edə bilərəm.”
“Sizə hamı kömək etməyə çalışır. Sizə kömək lazımdırsa, hər kəs əlbirliyi ilə sizin problemlərinizi həll etməyə çalışır."-Aynur Cəfər
Qarabağ qaçqını olan Aynur Cəfər “Ədalət axtarışında” adlıTedxBaki çıxışında təhsilə çox gənc yaşlarından önəm verdiyini qeyd edib. O, dünyanın ən nüfuzlu universitetlərindən birinə gətirən yolda çətinliklərdən danışıb: “Dərslərə yüksək dərəcədə hazır olmaq lazımdır. Tələbələr dəsrlərə detallı hazır olmalıdır. Dərs yükü olduqca çoxdur. Mənim digər tərəfdən maddi baxımdan çətinliklərim var idi. Təqaüdüm yox idi. Berkli universiteti mənə təqaüd verdi, amma bu, yalnız təhsil haqqını ödəyirdi. Yaşamaq xərclərini özüm ödəməli idim. Berkli, San-Fransisko yaşamaq üçün bahalı yerdir. Ona görə də mən işlməli oldum. Üç yerdə işləyirdim. Bu, demək olar səhərdən axşama qədər qarışqa kimi çalışmaq deməkdir. Amma düşünürdüm ki, bu seçimi etmişəm və bu yolu axıra qədər getməliyəm. Səhv etmirəmsə, romalıların bir sözü var: “Elmin kökləri acı, meyvələri şirin olur.” Bu, bir az motivasiya verir sizə ki bu əziyyətli yoldan keçmək yaxşı gələcək vəd edə bilər. Mənim üçün bu, motivasiya idi.”

“Elmin kökləri acı, meyvələri şirin olur.” Bu, bir az motivasiya verir sizə ki bu əziyyətli yoldan keçmək yaxşı gələcək vəd edə bilər."-Aynur Cəfər
Aynur Cəfər gənc qızlar üçün təhsilin önəmini qeyd edib. O, ATƏT-in Bakıdakı ofisində işləyən zaman layihə çərçivəsində Azərbaycan rayonlarına səfərlərini xatırlayıb: “Məət zorakılığına dair bir layihə var idi və biz kəndlərə gedib qadınlarla məət zorakılığına dair müzakirələr aparırdıq. Mən gözlərimlə görürdüm ki, 15-16 yaşında qızlar ərə getməyə hazırlaşırlar. Bu, dəətli bir şeydir, mən təsəvvür edə bilmirəm, bu bizi hansı gələcəyə sürükləyir. Xüsusilə qadınların təhsili çox önəmlidir. Çünki təhsilli ana təhsilli övlad deməkdir.”

"Xüsusilə qadınların təhsili çox önəmlidir. Çünki təhsilli ana təhsilli övlad deməkdir."-Aynur Cəfər
Aynur Cəfər gənclərə təhsilə xüsusi diqqət verməyi tövsiyə edib: “Gənclərə tövsiyəm odur ki, oxusunlar. Təhsilə dəyər vermək lazımdır. Təhsil elm, işıqdır. Gözlərinizlə dünyanı görmək istəyirsinizsə və özünüzü dərk etmək istəyirsinizsə təhsil çox önəmlidir. Bundan qətiyyən vaz keçməyin. Qərb təhsilinə can atın. Bu, tamamilə başqa bir dünyadır.”

http://m.amerikaninsesi.org/a/2837050.html

Комментариев нет:

Отправить комментарий