- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

6.11.2015

Azay Quliyev jurnalistlərə çağırış etdi

Biz ilk Avropa Oyunları zamanı yaranmış imkandan faydalanaraq Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ problemi, Azərbaycan ərazilərinin işğal edilməsi haqqında məlumatları gələn qonaqlara çatdırmalıyıq.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu iş avropalıların qəbul etdiyi formada həyata keçirilməlidir: "I Avropa Oyunları ilə əlaqədar Bakıya yüzlərlə, minlərlə xarici vətəndaş, turist gəlir. Bizim əsas məqsədimiz, ilk növbədə, bu tədbiri yüksək səviyyədə keçirmək, ilk Avropa Oyunlarının standartlarını təqdim etməkdir. Əlbəttə ki, belə bir imkandan faydalanaraq Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ problemi, ərazilərimizin işğal edilməsi haqqında məlumatları gələn qonaqlara çatdırmaq olmalıdır. Lakin bunu elə bir formada etməliyik bu, ünvana doğru şəkildə çatdırıla bilsin. Elə olmasın ki, xarici qonaqlar düşünsünlər ki, bu tədbiri keçirməkdə əsas məqsədimiz təbliğatla məşğul olmaqdır. Biz bunu çox incə, beynəlxalq aləmdə qəbul ediləcək formada etməliyik".

A.Quliyev bildirib ki, artıq bununla bağlı bukletlər, müxtəlif materiallar, stendlər hazırlanıb: "Qonaqlara Azərbaycan haqqında, eyni zamanda işğal olunmuş ərazilərimiz haqqında müfəssəl məlumatlar veriləcək. Biz, əlbəttə ki, şiddətin, həyəcanlandıcı fotoların yayılmasının tərəfdarı deyilik. Çünki avropalılar bunu yaxşı qəbul etmirlər. Amma Ermənistanın işğalçılıq siyasətini, onun mahiyyətini olduğu kimi təqdim etsək, bu gün Ermənistanın həyata keçirdiyi təcavüzkarlığı ifşa edə bilsək, avropalılar bunu doğru-dürüst qəbul edəcəklər.

Bu, bizim üçün bir fürsətdir ki, xalqımızın mədəni, tolerant, qonaqpərvər xalq olduğunu göstərək. Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri sərbəst yaşaya bilir. Amma ermənilər Ermənistanın işğalçılıq siyasəti nəticəsində belə bir situasiya yaradıblar. Azərbaycanın bir hissəsini işğal ediblər, Azərbaycanda 1 milyondan çox məcburi köçkün və qaçqın var, onlar dözülməz şəraitdə yaşayır. Dünya ictimaiyyəti buna dözməməlidir. Əgər bu gün dünyada haqdan, ədalətdən danışılırsa, bu barədə danışan jurnalistlər gəlib bu fakta xüsusi diqqət yetirməlidirlər. Bilməlidirlər ki, bütün bu işğala, təcavüzə, çətinliklərə baxmayaraq, Azərbaycan ayaq üstə durmağı bacarır. Azərbaycan Avropanın ayrılmaz hissəsidir və Avropa dəyərlərinə hörmət edir. İlk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi də ölkənin, həqiqətən, güclü, qüdrətli dövlət olduğundan xəbər verir".

A.Quliyev azərbaycanlı jurnalistləri mümkün qədər əcnəbi həmkarları ilə təmasda olmağa, əməkdaşlıq etməyə, onları Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmağa çağırıb: "Xarici jurnalistlər hazırladıqları bir çox reportajlarda, yazılarda informasiyasızlıqdan yanlış məlumatlar verirlər. Bunun bir səbəbi qərəzdirsə, digər səbəbi məlumatın kifayət qədər olmaması, Azərbaycan jurnalistləri, qht-ləri, müvafiq qurumlarının bu işdə lazımi fəallıq nümayiş etdirməməsidir. Ona görə də Avropa Oyunları bizim üçün bir imkandır və bundan maksimum faydalanmalıyıq".

http://avropa.info/news/88598.html

Комментариев нет:

Отправить комментарий