- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

6.02.2015

Bakının bu ay bağlı olacaq yolları (Ünvanlar)


Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxtın bəzi yol və prospektləri bağlanır.

ANS-in məlumatına görə, iyunun 30-dək beş küçə bütünlüklə avtomobillərin hərəkəti üçün bağlı olacaq.

Mehdi Hüseyn, Teymur Elçin, Lermontov, Xanlar, Qurban Abbasov küçələrinə yalnız həmin əraziyə giriş üçün icazəsi olan nəqliyyat vasitələri buraxılacaq. Həmin icazə isə qeyd edilən ünvanlarda yaşayan vətəndaşlara verilib.

Lermontov küçəsinin giriş və çıxışında yol polis patrulları növbə çəkəcəklər. Mehdi Hüseyn küçəsində isə yol polisi ilə bərabər Bakı Avropa Oyunları Təşkilatının nümayəndəsi növbədə olacaq.

İyunun 12-də birinci Avropa Oyunlarının açılışı ilə bağlı mərkəzi küçələrdən bəziləri də bağlanacaq. Həmin gün Mehdi Hüseyn küçəsi, Şeyx Şamil küçəsi, Bünyad Sərdarov küçəsi, Həsən Seyidbəyli küçəsi, Heydər Əliyev prospekti, Ziya Bünyadov prospekti (Olimpiya Stadionu ərazisinə yaxın olan sahə) vətəndaşların girişi üçün məhdudlaşdırılacaq.
Artıq iyunun 1-dən rayon qeydiyyatında olan nəqliyyat vasitələri paytaxta buraxılmır.
Şəhərin içində də bəzi yerlərdə sürücülərə məhdudiyyətlər yaradılıb. 
Yollarda yaradılan bu məhdudiyyət iyulun 1-dək davam edəcək.
http://www.azadliq.org/content/article/27049309.html

Комментариев нет:

Отправить комментарий