- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

6.19.2015

Mətbuat icmalı: Neftin ucuzlaşması, Qərb yoxsa Rusiya və yeni devalvasiya xəbərdarlığı

“Azadlıq” qəzeti “Buzzfeed” saytında dərc olunmuş “Azərbaycanda neft bumu başa çatır - iflas başlayır” başlıqlı məqalənin tərcüməsini dərc edib.
Məqalədə deyilir ki, oliqarxların həbsi “Azərbaycanın sıçrayışına səbəb olan neft bumunun başa çatmasının siqnalı idi. Neft hasilatının aşağı düşməsi, həmçinin qiymətinin ucazlaşması ölkəni büdcəni doldurmaq üçün yeni yollar axtarmağa vadar edib. Azərbaycan Mərkəzi Bankı fevral ayında kəskin devalvasiya qərarı verdi və ölkənin milli valyutası olan manat 34 faiz dəyərini itirdi.

Yeni devalvasiya?

Bu ilin sonuna qədər yenə də devalvasiya qərarının veriləcəyi istisna olunmur. Səxavətlə pul xərcləmək xeyli vaxtdır ki, neft pulları hesabına müasir dövlət imici yaradan Azərbaycanın vizit kartına çevrilib. Bu ölkə özünü Qərbə Rusiyaya alternativ neft-qaz mənbəyi, NATO və Israil üçün strateji tərəfdaş, ekstravaqant tədbirlərin “ev sahibi (2012-ci ildə ”Eurovision" musiqi yarışması) kimi təqdim edib.”
“Təsəvvür edin, neftin bir barrelinin qiyməti 60 dollar civarına düşüb, milli valyuta devalvasiyaya məruz qalıb, qonşu bazarlarda da vəziyyət ağırdır və belə bir vaxtda əslində, özünü göstərmək məqsədi daşıyan bir sıra layihələri təcili maliyyələşdirmək lazımdır. Bunun üçün yeganə yol islahatlardır”, - deyə Bakıda fəaliyyət göstərən Qərb biznesmeni bildirib. …Lakin hüquq müdafiəçilərinə qarşı repressiyaların ardınca biznesmenlərin kütləvi həbsi hökumətlərin islahatlara gedəcəyinə dair ümidləri öldürdü.
Qərb diplomatları və yerli müxalif fəallar deyir ki, Avropa Oyunları sıravi azərbaycanlıların cibinə ciddi təsir göstərib. Dövlət strukturlarında çalışan işçilər maaşlarından “Olimpiada vergisi” adı altında müəyyən məbləğ kəsilməsindən şikayətlənirlər.
Kiçik sahibkarlar vergi idarəsinin işçilərinin özbaşınalığından, özbaşına pul tələb etməsindən, qeyri-qanuni olaraq polis tərəfindən saxlanılıb onlardan pul alınmasından narazıdır. Dövlət Yol Polisi Avropa Oyunlarına görə yollarda xüsusi ayrılmış zolağa daxil olan sürücülərdən 40 dollardan cərimələr yığır. Yerli fəallar deyir ki, hakimiyyət fərqli fikirlilərə qarşı repressiyalarla həm də Azərbaycanın bəlasına çevrilmiş korrupsiyaya görə xalqın qəzəbinin qarşısını almaq məqsədi güdür.

İnsan hüquqları

“Azadlıq” qəzeti bununla yanaşı ABŞ-ın nüfuzlu həftəlik nəşri olan “Newsweek”jurnalı da “Avropa Oyunları Azərbaycanda insan haqlarının dəhşətli vəziyyətini diqqət mərkəzinə gətirib” başlığıyla dərc etdiyi məqalədən də yazıb. “Tirajı 1 milyon yarımdan artıq olan jurnal Azərbaycandakı repressiyalarla yanaşı, hakimiyyətin beynəlxalq aləmdəki tənqidçiləri müxtəlif vasitələrlə ələ almaq cəhdlərindən də yazıb… Bir qism Azərbaycandakı Avropa Oyunlarını boykot etməyə çağırırdı. Digər qism vətəndaşlara daha çox azadlıq verilməsini istəyirdi. Istənilən halda, Əliyevin onun hakimiyyətinin hegemonluğuna etiraz edən vətəndaş cəmiyyəti təşkilatlarına və ya ayrı-ayrı adamlara dözümü yoxdur. Qərbin Azərbaycanda insan haqlarının vəziyyətinə bu cür münasibəti ya real siyasət, ya da sadəcə, maraqlarıyla bağlıdır. Avropa Ittifaqı və ayrı-ayrı ölkələr Azərbaycana Rusiyaya alternativ olan neft-qaz ixracatçısı kimi baxır. Amma bu cür siyasətin də qiyməti çox bahadır.
Əliyev rejimi ölkənin neft-qaz gəlirləri hesabına stabilliyi saxlamağa çalışır. Azərbaycandakı rejim 2014-cü ildən Kremlin yürütdüyü siyasəti təkrarlayır. Qərb donorları tərəfindən maliyyələşən QHT-lərə “xarici agent” damğası vurulub. Bu cür təşkilatların maliyyə imkanları sərt şəkildə məhdudlaşdırılıb. Rejim bunun əvəzində öz nəzarətində olan QONQO təşkilatların sayını artırıb".
“Azadlıq” qəzeti fins.az saytına istinadən yazır ki, “Yunanıstan hökuməti ölkənin qazpaylayıcı şirkəti olan “DESFA”nın nəzarət səhm paketini öz əlində saxlamağa qərar verib. “DESFA”nın səhmlərini Dövlət Neft Şirkəti (SOCAR) almaq istəyir. Şirkət “DESFA”nın özəlləşdirilməsi ilə bağlı keçirilmiş müsabiqədə səhmlərin 66%-lik hissəsini 400 milyon avroya əldə edib. Amma Avropa Komissiyası sövdələşdirməni başa çatdırmağa icazə vermir. Qaz müəssisəsinin əmək kollektivi isə şirkətin satılmasının qəti əleyhinədir. Işçilərin fikrincə, bu məsələ baş tutsa, “DESFA”da ixtisarlar aparıla, ölkədə mavi yanacağın qiyməti arta bilər.”

Rusiya yoxsa Qərb?

“Yeni Müsavat” qəzeti Böyük Britaniyanın səfiri İrfan Siddiinq Britaniya KİV nümayəndələrinin Azərbaycana səfərinin qadağan edilməsinə münasibəti barədə yazıb. Qəzet xatırlaldır ki, “Azərbaycan hakimiyyətinin Qərbi Avropada ən yaxın münasibətlərə malik olduğu ölkələrdən biri və ya birincisi Böyük Britaniya krallığıdır. Bakı ilə London arasında uzun illər isti münasibətlər mövcud olub. Britaniyadan şahzadə səviyyəsində yüksək titullu rəsmilər dəfələrlə Bakıda qonaq olublar. Bu mənada uzun müddət Qərbdə Bakıya qarşı tənqidi fikirlərə London qoşulmayıb. İndi isə vəziyyət dəyişib.”
Qəzet bununla bağlı Fransa Beynəlxalq Araşdırmalar Mərkəzi (CERI), Paris Siyasi Elmlər İnstitutunun eksperti Bayram Balçının fikirlərini də dərc edib. Ekspert deyib ki, “Bakı ilə Qərb arasında bağlar tamamilə qopmaq həddinə yaxınlaşır. …Bu oyunlar Azərbaycana baş bəlası olacaq. Reklam, hörmət gətirmək əvəzinə başağrısı, tənqidlər gətirəcək. Çünki bu cür tədbirlər bir qayda olaraq ölkədəki insan haqları, demokratiyanın vəziyyətinin tanıdılmasına, yerli fəalların bu sahədə problemləri dünyaya çıxarmaları üçün unikal şans verir.
…Ən pis vəziyyətdə Bakı Moskva ilə yaxınlaşma kursu götürə bilər. Belə olarsa, Qərb daha çox itirəcək. Bunu Bakıda da bildikləri üçün sakit dayanmırlar. Bu mənada çox təəssüf ki, Azərbaycan demokratik fikirlər üçün çox ümidsiz bir durumdadır. Mən həmişə demişəm ki, Qərb vaxtında Rusiyanı durdura bilsəydi, o zaman indiki hadisələr baş verməzdi. Rusiya Ukrayna və digər ölkələrdə Qərbə qarşı bu şəkildə hücum edə bilməzdi. Qərbin indi Bakıya qarşı hansısa addımı atması mümkün deyil. Çünki ortada güclü Rusiya faktoru var. Moskvaya sığınarsa Bakı Qərbdən gələn təzyiqlərə qarşı dayanacaq. Yalnız BTC layihəsi davam edəcək. Çünki bu bir beynəlxalq layihədir və çox böyük miqdarda pul yatırılıb”. “
“Azərbaycan” qəzeti Rusiya Federasiyası Dövlət Dumasının İctimai birliklərə və dini təşkilatlara dair işlər üzrə Komitəsi sədrinin müavini Olqa Kazakovanın Azərbaycan barədə fikirlərini dərc edib. Dumanın deputatı “qəzəblə bildirib ki, “hamını birləşdirən” Avropa Oyunları günlərində Almaniya Bundestaqı Azərbaycan əleyhinə qətnamə qəbul edib. “Bir gün əvvəl qətnamə qəbul olunduğuna baxmayaraq, Bakıda alman nümayəndə heyəti gurultulu alqışlarla qarşılandı. İnsanlar başa düşürlər ki, mədəniyyət adamları birləşdirir. Biz bu komandaların necə qarşılandıqlarını gördük. Tamaşaçılarda necə emosiyalar vardı. Emosiyalar elə səmimi idi ki, burada sünilikdən danışmaq qeyri-mümkündür. Belə təşkilatçılara uyğun olmaq lazımdır. Avropa görməlidir ki, bizim necə xeyirxah, sülhsevər dostlarımız var və mən fəxr edirəm ki, Azərbaycan bizim mehriban dostumuzdur”.”
http://www.bbc.com/azeri/azerbaijan/2015/06/150619_media_review_06_19

Комментариев нет:

Отправить комментарий