- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

6.13.2015

“O məşəli gözlərini Qarabağda itirən...”- Deputatlar danışdı

Millət vəkilləri ötən gecə paytaxtda baş tutan I Avropa Oyunlarının açılış mərasiminə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, onlar bu barədə fikirlərini sosial şəbəkədə paylaşıblar. 

Fazil Mustafa Avropa Oyunlarını stadiondan canlı izləmənin daha gözəl olduğunu dilə gətirib: “Möhtəşəm bir tədbir, möhtəşəm bir tərtibat. Təbii ki, kompozisiya barədə hazır material üzərindən müəyyən tənqidlər səsləndirmək olar, bəlkə daha yaxşısını düşünmək olardı. Ancaq kifayət qədər rəngarənglik vardı və xüsusilə də Qobustan qayaları kompozisiyası mükəmməl idi. Alim Qasımov da, "Sarı gəlin" də, "Qarabağ şikəstəsi" də, hətta Ledi Qaqa belə tərtibatın içində tam uyğun görünürdü. Nizami əsərlərinin kompozisiyası yabançılar üçün bir qədər anlaşılmazdı, elə bizim üçün də müəyyən epizodlarda sual işarəsi yarandı. Kompozisiyada Şərqdə ilk cümhuriyyət yaradıldığını xatırlatmaq mədəni simamızın tanıtımı baxımından daha faydalı olardı. Nar simvolikası da uğurlu seçilmişdi və parçalanmış nardan nar dənəsini xatırladan şarların dağılımı gözəl düşünülmüşdü. Alov kompozisiyası da sonluq üçün xeyli uğurlu seçim idi”. 

F. Mustafa mərasim zamanı  ən çox zövq aldığı səhnənin isə Türkiyə və Azərbaycan heyətlərinin eyni coşqu ilə qarşılanması olduğunu bildirib: “ Düşmənə göz dağı vermək baxımından seyr etməyə dəyərdi. Bu tədbir hər şeydən əvvəl millətin səfərbər olma potensialını göstərdi. Təşkilatçılıqda, icrada zəhməti olan hər kəsə vətəndaş olaraq təşəkkür etməyi borc bilirəm. Ölkəmiz adına son illərin bəlkə də ən müsbət hadisəsi dəyə bilərəm. İnşallah idmançılarımız da uğurlu çıxışlarla əhvalımızı daha da yüksəldərlər”.
Qənirə Paşayeva qeyd edib ki, 1-ci Avropa Oyunları məşəlini açılış mərasiminə Qarabağ müharibəsində iki gözünü itirmiş qəhrəmanımız, dəfələrlə olimpiya çempionu olmuş İlham Zəkiyev gətirdi və Olimpiya alovunu o alovlandırdı: “Bu əslində ciddi bir mesaj idi. Bir neçə xarici dostlarımız onun gözləri ilə bağlı verdiyi sualın cavabından çox təsirlənmişdi. Hətta onunla bağlı daha geniş məlumat da istədilər. O məşəli açılışa gözlərinin işığını Qarabağda itirən, amma buna rəğmən dünyanın ən tanınmış idmançılarından biri olan İlham bəyin gətirməsi Təşkilat Komitəsinin ən gözəl addımlarından biri idi. Təşəkkürlər. İlham qardaşımıza da hər zaman uğurlar”.
Adil Əliyev isə  mərasim sevincini bu sözlərə paylaşıb
“Azərbaycanla qürur duydum. Çox möhtəşəm idi. Qanadım olsaydı, uçardım!”
Aydın Mirzəzadə vurğulayıb ki, I Avropa Oyunlarının açılışı gözlənildiyi kimi çox möhtəşəm oldu: 
“64 minlik stadiona giriş və tamaşçıların hərəkətinin təşkili yüksək səviyyədə təşkil edilmişdi və elan edildiyi kimi Olimpiya stadin tam dolu idi.
İlk andan fantastik bir şou-tamaşanın olacağı gözlənilən idi. Ancaq axıracan hər kəs stadionda sonda yanacaq məşəlin yerini axtarırdı ki, sonda onun gzölənilməyən yerdən qalxması qalxması hamı üçün gözlənilməz oldu.
Proqram çox gözəl hazırlanmışdı. Aparıcılar, musiqi nömrələri, rəqslər bir-birini gözəl tamamlayırdı. Proqrama gün qaralandan sonra hər kəsin telefonundakı işığı yandırmaqla müəyyyən hallarda proqramı dəstəkləməsi də özünü doğrultdu.
Stadion auditoriyası bütün komandaları hörmətlə qarşılandı. Azərbaycan idmançılarını isə tamaşaçılar ayaq üstə kəsilməyən alqışlarla qarşıladılar.
Qədim tariximiz çox gözəl tamaşa və səhnə tapıntıları ilə diqqəti dünyaya göstərildi. Bu həm şou, həm də dünyaya Azərbaycanı tanıtmaq imkanı idi. Bu səhnəyə görə ssenaristlərə böyük təşəkkür düşür”
Onun sözlərinə görə, açılışın ən maraqlı hissəsi isə səhnənin parçlanaraq dağa çevrilməsi, səhnədə gölün və, göy çəmənliyin yaranması və səhnədəki çatlarda od vasitəsi ilə insan obrazının yaranması idi: “Açılış Bakı-2015-ni təşkilat komitəsinin sədri Mehriban xanımın, Avropa Olimpiya Komitələri sərdinin təbrik sözləri ilə sona yaxınlaşdı. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Birinci Avropa Oyunlarını açıq elan etməsi Azərbaycan dövlətinin öz üzərinə düşən məsuliyyəti yüksək şəkildə yerinə yetirməsi elanı idi. Avropa Oyunlarının açılışı böyük bir bayramın uğurlu keçəcəyinə yaxşı bir zəmanət idi. Azərbaycan bunu bacardı”.
http://www.qafqazinfo.az/xeber-o-mli-gozlrini-qarabada-itirn-t133283.html

Комментариев нет:

Отправить комментарий