- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

6.19.2015

"Taleyi Ukrayna kimi olar" - Qarabağda müharibə arzusuna cavab

“Qarabağ müharibəsi başlasa qan töküləcək”.
Bu fikri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sədri Nikolay Bardyuja bəyanatında deyib.
Politoloq Ərəstun OrucluATV.az-a verdiyi açıqlamasında   Nikolay Bardyujanın dediyi bu sözlərə münasibətini aşağıdakı kimi ifadə edib.
O deyib ki, Nikolay Bardyuja qeyri ciddi fiqurdur və onun verdiyi bəyanatların çoxu ya Kremlin, yada Rusiya hərbi dairələrinin fikridir. 

“Nikolay Bardyujanın  vasitəsilə sözügedən məsələni rəsmiləşdirib mətbuata ötürürlər. Bu dəfəki bəyanat da, onun əvvəlki bəyanatlarından mahiyyət etibarı ilə heç də fərqlənmir”.
Bu iddia Azərbaycanın ünvanına şantajdır
“Bu sözlə o, Azərbaycana çatdırmaq istəyir ki, siz Dağlıq Qarabağda hərbi əməliyyatlar keçirtmək istəyirsinizsə, Rusiya ilə üz-üzə gəlməli olacaqsınız. Bu halda da Ermənistanın müttəfiqi olaraq Azərbaycanı ciddi şəkildə cəzalandıracayıq. Orada bir cümlə işlədilib: “Hərbi əməliyyatlara başlamaq istəyən ölkə bilməlidir ki, onun taleyi Ukrayna kimi ola bilər”. Aydın məsələdir ki, bu gün hərbi əməliyyatlara başlamağa əsası, haqqı və motivi olan, əraziləri işğal altında qalmış ölkə Azərbaycandır.  Burada da birbaşa söhbət  Azərbaycandan gedir. Mən düşünürəm ki, Nikolay Bardyujanın bəyanatı Azərbaycanın ünvanına təhdiddir. Bu iddiada onun niyyəti Azərbaycanı məcbur etmək cəhdidir ki, Azərbaycan bütün məsələrdə Rusiya ilə razılığa gəlsin”.
http://news.atv.az/news/politics/31753-taleyi-ukrayna-kimi-olar

Комментариев нет:

Отправить комментарий